Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Danışıqlarda bir nəticə əldə olunmasa, Rusiya rüsvay olacaq”
    Asim Mollazadə: “Biz açıq şəkildə görürük ki, Rusiyanın cəhdləri Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa tərəfindən də alqışlanır”

    Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi xeyli intensivləşsə də, yenə də konkret nəticə görünmür. Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə keçirilən sonuncu ikitərəfli görüşündən sonra isə sanki danışıqlarda bir durğunluq yaranıb. İctimaiyyətə məlum olan budur ki, danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri Madrid prinsiplərinin yeni variantını hazırlayaraq tərəflərə təqdim ediblər. Srağagün Azərbaycanın xarici işlər naziri Elman Məmmədyarov Azərbaycan tərəfinin yeniləşdirilmiş prinsiplərlə ümumilikdə razılaşdığını bildirib. Ermənistan tərəfindən isə hələ heç bir cavab yoxdur. Belə hiss olunur ki, Ermənistan yenə də danışıqların uzadılmasına çalışır. Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə prosesin gələcəyi ilə bağlı nikbindir. O, qəzetimizə verdiyi müsahibəsində bu il nizamlanma prosesində irəliləyiş əldə olunacağına inamını ifadə etdi:

    - Asim müəllim, son danışıqlardan sonra Dağlıq Qarabağ nizamlanması ilə bağlı dialoqun dalana dirəndiyini demək olarmı?

    - Məncə prosesdə durğunluq yoxdur. Əksinə, son aylarda danışıqların intensivləşdiyi, vasitəçilərin fəallaşdığı açıq-aydın görünür. Hazırda da danışıqlar davam edir. Həmsədrlər sonuncu dəfə regiona səfər edərkən Madrid prinsipləri adlandırılan sənədə yeni dəyişiklikləri tərəflərə təqdim etdilər. Məndə olan məlumata görə, Azərbaycan bu təkliflərlə bağlı öz mövqeyini açıqlayıb. Ermənistan isə yenə də prosesi ləngidir. Yerevan hələ də təqdim olunan son təkliflərə münasibətini açıqlamayıb. Məncə yaxın müddətdə həmsədrlər yenidən regiona səfər edəcəklər. Eyni zamanda, danışıqların xarici işlər nazirləri və prezidentlər səviyyəsində davamı da gündəmdədir. Bu günlərdə Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bu barədə vəd verdi. Digər beynəlxalq təşkilatların nümayəndələri, böyük dövlətlərin nümayəndələri də prosesin gələcəyi ilə bağlı nikbin fikirlər söyləyirlər.

    Dünya çox maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar çox yaxın bir müddətdə nəticə versin. Əgər Ermənistan yenə də bu prosesi sabotaj etməyə cəhd göstərsə, çox ciddi qınaqla üzləşəcək.


    - Belə bir təsəvvür də yaranır ki, son vaxtlar münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesi tamamilə Rusiyanın inhisarına keçib. Digər həmsədrlər – Fransa ilə ABŞ isə kənarda qalıb.

    - Bu, qətiyyən mümkün olan hal deyil. Məsələyə başqa prizmadan yanaşmaq lazımdır. Həmsədrlərdən biri olan Rusiya münaqişənin həlli ilə bağlı xüsusi təşəbbüslə çıxış edib. Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirərək onların arasında Moskva bəyannaməsi adlanan sənədin imzalanmasına nail olub. Bundan sonra da Azərbaycan və Ermənistan prezidentləri onun təşəbbüsü ilə görüşlər keçiriblər. Prezidentlərin ötən ay Soçidə keçirilən son görüşündə də Rusiya prezidenti şəxsən iştirak edib. İndi ortada Rusiyanın nüfuzu məsələsi var. Əgər danışıqlarda bir nəticə əldə olunmasa, Rusiya demək olar ki, rüsvay olacaq. Hələlik görünən odur ki, Rusiya münaqişənin həlli üçün çalışır. Əgər rəsmi Moskvanın bu istiqamətdəki səyləri səmimidirsə, bizə ancaq bunu alqışlamaq qalır. Bu niyyətin səmimi olub-olmadığı isə qısa müddətdə məlum olacaq. Digər tərəfdən, biz açıq şəkildə görürük ki, Rusiyanın cəhdləri Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa tərəfindən də alqışlanır. Deməli, Rusiya yeni təşəbbüslərlə çıxış etməklə sülh prosesini inhisara almaq niyyətində deyil. Belə olsaydı digər həmsədrlər baş verənlərə etiraz edərdi.


    - Son vaxtlar Türkiyənin də regionda xeyli fəallaşdığı hiss olunur. Siz Ankaranın bu prosesdəki rolunu necə qiymətləndirirsiniz?

    - Nəzərə almaq lazımdır ki, Türkiyə regionun ən mühüm və güclü dövlətlərindən biridir. Təbii ki, Türkiyə də regionun inkişafı üçün böyük maneəyə çevrilən Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. Ümumiyyətlə, dünyanın bir sıra güc mərkəzlərinin maraqları Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində üst-üstə düşür. Mənə belə gəlir ki, artıq münaqişənin həll olunmasında Rusiyanın da, ABŞ-ın da, Türkiyənin də maraqları çərçivəsindədir. Bu baxımdan prosesə müqavimət göstərən tərəf gələcəkdə ciddi problemlərlə üzləşəcək.


    - Amma belə fikir də var ki, Ermənistanı indiki qeyri-konstruktiv movqeyi tutmağa «böyük qardaş» hesab etdiyi  Rusiya sövq edir.

    - Açığı mən bu barədə heç nə deyə bilmərəm. Bununla bağlı məndə heç bir məlumat yoxdur. Bizə məlum olan odur ki, Rusiya prezidenti Dmitri Medyedyev şəxsən münaqişənin həllində maraqlı olduğunu ifadə edir. Artıq münaqişənin həlli ilə bağlı sənədlər də müzakirə masasının üstündədir. Bu baxımdan istisna etmirəm ki, yaxın zamanlarda münaqişənin mərhələli həlli ilə bağlı ilk addımlar atılacaq. Ən azından ilkin bir neçə mərhələnin razılaşdırılması mümkündür.


    - Yəqin razılaşarsınız ki, Ermənistan kimi kiçik və aciz bir dövlətin dünyanın güc mərkəzlərinin istəklərinin əleyhinə getməsi çox çətindir. Belə olan halda Ermənistan təkbaşına danışıqlar prosesinə sabotaj edə bilərmi?

    - Bunun üçün də mən deyirəm ki, yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı ilkin mərhələlər razılaşdırıla bilər. Ermənistan artıq müqavimət göstərmək gücündə deyil.


    - Belə bir iddia da var ki, Rusiya münaqişənin həlli üçün Azərbaycanın qarşısında müəyyən şərtlər qoyur. Məsələn, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması, ölkə ərazisində Rusiya hərbi bazasının yaradılması istənilir.

    - Mən inanmıram ki, Rusiya Azərbaycandan qeyd etdiyiniz məsələləri tələb edə bilsin. Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər heç kim Azərbaycanla qeyd etdiyiniz məsələlərlə bağlı tələblə danışa bilməz. Azərbaycan qeyd etdiyiniz təşkilata ona görə üzv olmadı ki, onu yaradanlardan biri Azərbaycan torpaqlarını işğal edən bir dövlətdir. Bu təcavüz hazırda da davam edir. Nə qədər ki, bu belədir, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüklə bağlı danışıqlara başlamasını ciddi hesab etmirəm.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 662
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30