Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Sosial şəbəkə xəstəliyi
    İndi hər şeyi bircə anın içərisində kompüter – internetlə həll etmək mümkündür. İstədiyini asanlıqla əldə edirsən. Yalnız hərəkət edən barmaqlar və düymələrdir. Çoxlu sayda sosial şəbəkə fəaliyyət göstərir: “odnoklassnik”, “facebook”, “tvitter”. 

    Bu şəbəkələrin bəzilərində ziyalılarımız, bəzilərində isə müxtəlif təqbəqələrdən insanlar oturur. O insanlardan biri də mən oldum. Hər zaman eşitdiyim sözlərin təsirindən qərara gəldim ki, mən də bu şəbəkələrlə əlaqə yaradım və kənardan onların özlərində görə bilmədiklərini görməyə çalışım. Açığı ilk günlər dəhşətə gəldim. Eşitdiklərimdən də betər hallara rast gəldim. İlk əvvəl öz adımla  - Gülsüm Əliyeva kimi profilimi yaratdım. Kim dostluq göndərdisə tərəddüdsüz qəbul etdim. Dostluğumda olanların sayı 240-ı keçdi. Birini də cavabsız qoymurdum. Yazılan sözlərə, verilən şərhlərə mən də qoşulurdum. 
    Dostluq sözü çox ağırdır. Dostluğu əsl dost olmağı bacaran insanlar daha çox dərk edir. Onlar mənim dostlarım deyil, sadəcə olaraq bir neçə həftəlik “şəbəkə qonaqlarım” idilər. Dostluğuma daxil olanların arasında müəllim, mühəndis, polis, hərbçi, fəhlə və eləcə də başqa respublikaların vətəndaşları da var idi. Rusiya, Qazaxıstan, Ukrayna, İran və s. ölkə vətəndaşları da səhifəmə yol açmışdılar. Mən onların arasından ən çox sadə insanlara yer verirdim. Çünki yazılarında bir istilik, bir səmimiyyət var idi. 
    Xalid adlı bir oğlanla tanış olmuşdum. Bir-birimizə o qədər isindik ki, mənə ana dedi, sonra titrək əlləri ilə bu sözləri yazdı: Anamı itirmişəm. Olar, mən sizə ana deyim? Bu kəlmələri eşitmək ürək ağrıdır. Cəlilabad rayonundan idi. Amma uzaq Sibirdə fəhlə işləyirdi. 
    Bununla yanaşı virtual aləmdə oğlanların açıq səhifələrdə nalayiq soyüşlərinin şahidi oldum. Bir neçə nəfərə iradımı da bildirdim, səhflərini başa düşüb nalayiq hərəkətlərini yığışdırdılar. Ağzında siqaret və yaxud da başqa bir xoşagəlməz vəziyyətdə ortaya çıxan insanlar gördüm. Məni onlar bir o qədər incitmədi. Məni azərbaycanlı qızların çimərlik paltarlarında şəbəkələrdə oturması, evlərində oturub namusuna qiymət qoyub pula satılanlar incitdi. İyrəndim o şəbəkədən. Və o şəbəkəni bağlamaq qərarına gəldim. Bağladım, amma hələ mənə qaranlıq olan çox şeyləri oyrənə bilmədiyim üçün yenidən Gülsüm Adilqızı adı ilə yeni bir səhifə açdım.
    O biri şəbəkədə görə bilmədiklərimi bu şəbəkədə gördüm. Bu şəbəkədə əvvəlkindən fərqli idim. Dostları seçim edib dostluğa alırdım. Bunların arasında bir hərbçi zabitlə tanış oldum. Profilinə yerləşdirdiyi fotolar, yazdığı şərhlər doğurdan da onun sağlam hərbçi olduğunu göstərirdi. Açığı o hərbçinin simasında Milli Ordu gözümdə dağa döndü. Savadı, zəkası, mərifəti o biri şəbəkədəki dostlarımdan fərqli idi. Açığını yazsam, mən onların nalayiq yazışmalarını başqa açıq səhifələrdə də görmüşdüm. Amma bu adamın yersiz və nalayiq hərəkətlərinə rast gəlmədim. Hətta o insan mənə bir çox məsləhətlər də verirdi. Onun dediklərinin gerçəkliyi doğrudan da özünü göstərirdi. 
    Sonra profili dəyişib “Qarabağ 1988” yazdım. Oranı Çingiz Mustafayev, Ramil Səfərov, Mübariz İbrahimovun fotoları ilə bəzədim. Elə fotoları yüklədiyim andan bir neçə dəqiqə sonra qiymət cədvəlində verilən qiymətlərin sayı artmağa başladı. Qiymət cədvəli verilən səhifəni açdım, gözlərim doldu. Ruslar Ramilə, Mübarizə, Çingizə 5+ yazmışdılar. Hətta Ramilə ürək, öpüş şəkilləri göndərənlər də var idi. Bir daha Vətənimin qəhrəman oğulları ilə fəxr etdim. 
    Deməli, əsl qəhrəmanlar təkcə öz Vətənində deyil, böyük dövlətlərdə də başqa millətlər tərəfindən sevilirlər. 
    “Odnoklassnik” mənə nə verdi. Görmədiklərimi görmək, heç bir kitabda, qəzetdə oxumadıqlarımı oxumaq. Artıq belə bir qənaətə gəldim ki, boşanmaların ən yüksək faizinin səbəbi elə bu cür sosial şəbəkələrdir. 
    Sosial şəbəkələrdə dost axtarmaq dəryanın dibində dürr axtarmaq qədər çətindir. Çox nadir hallarda bir nəfər yaxşısına rast gəlmək mümkündür. Onlar da bacardığı qədər gəncləri maarifləndirməyə çalışırlar. Qarşıma üç belə insan çıxdı. 25, 29, 37 yaşlarında hərbiçi zabitlər idilər. Üç zabit gözümdə ordunun qüdrətini daha da yüksəklərə qaldırdı. 
    Gəlin nəinki ordumuzun, bütün respublikanın, dövlətin adını göylərə qaldıraq. Qarabağ harayını müzakirə edək. İşğal altında olmuş ərazilərin adlarını sosial şəbəkələrdə yayaq. Dostumuzu dost kimi, düşmənimizi düşmən kimi dünyaya tanıdaq. Yersiz danışıqlara yol verməyək. 

    Gülsüm Adilqızı
    “Vətən çağırır” qəzetinin Baş redaktoru,
    Moskva

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 791
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30