Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Cinlər...
    Cinn surəsi Qurani-Kərimin 72-ci surəsidir. Bu surə Məkkədə nazil olmuşdur. Cinlər haqqında bəzi məlumatları verən surənin başlanğıc ayələrinə nəzər salaq: (Ya Peyğəmbər!) De: Mənə vəhy olundu ki, bir dəstə Cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik. O (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. Həqiqətən, Rəbbimizin cəlalı çox ucadır. O, Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq! Doğrusu bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş. (Əl-Cin surəsi, 1-4-cü ayələr) Allah-Təala dünyada şüurlu varlıqları üç növ üzrə yaratmışdır: mələklər, insanlar və cinlər. Mələklər şəhvətsiz xəlq olunmuşlar, günah etməzlər, yeyib-içməzlər, artıb-çoxalmazlar və iradə azadlığına malik deyillər.

    Mələklərin hamısı məsum (günahsız), mömin, Allaha itaət edən ruhlardır. Lakin digər iki şüurlu canlı növü - yəni insanlar və cinlər iradə azadlığına, seçki ixtiyarına, ağıla və şəhvətə sahibdirlər. Çaman etibarilə öncə mələklər, sonra cinlər, sonra da bəşəriyyət yaranmışdır. Allah-təala mələkləri nurdan, insanları su ilə qarışıq torpaqdan, cinləri isə oddan xəlq etmişdir. Qurani-Kərimdə buyurulur: "Can tayfasını daha öncə tüstüsüz oddan xəlq etmişdik" (ƏL-Hicr surəsi, ayə 27). Təfsir alimləri ayədəki "can" sözünü cinlərin cəmi və ya cinlərin ulu əcdadı kimi mənalandırıblar. Ərəb dilində "cənnə" feilindən qaynaqlanan bir neçə söz var ki, bunların hamısı gözdən gizli olmaq, görünməmək mənasını verir. Məsələn, bağçaya ağacların budaqları altında görünməz olduğuna görə "cənnət", zirehə arxasında gizlənildiyinə görə "cünnə", rüşeymə ana bətnində gizli və naməlum olduğuna görə "cənin" deyirlər. Psixoloæi pozuntusu olan adamı ağlını itirdiyinə görə "məcnun" adlandırırlar. "Cin" adı da bu varlığa normal insan gözü ilə görünmədiyinə görə verilib. Əlbəttə bu haqda daha çox danışmaq olar... Cinlər lətif şəffaf bədən quruluşuna malikdirlər. Buna görə, adi halda gözlə görünməzlər. Yüngül olduqlarına görə uça bilirlər. Maneələrdən (məsələn, divarın içindən) rahatlıqla keçirlər. Adi insanın qadir olmadığı işləri görməyə imkanları var. Məsafə onlar üçün problem deyil, asanlıqla uzaq məsafələri qət edib teyyil-ərz edirlər (yerlərini dəyişirlər). İstədikləri şəklə düşmək bacarığını Allah-Təala onlara vermişdir: heyvanların və insanın şəklini ala bilərlər. Amma mələk və peyğəmbər sifətini almaq onlara qadağandır. Cin öz adi qifayəsində deyil, başqa şəklə düşdükdən sonra insanın gözünə görünə bilər. “Deyirlər” adlı Cinlər əsasən xəbərləri insanlar arasında yayırlar. Onlar çox zaman qadınlar yığıncağında olurlar. İnsanlar arasında dedi-qodu yaradırlar. Yaxın keçmişdə Məkkə-Həcc ziyarətinə gedənlər Qırmızı dəniz vasitəsilə gəmilərlə hərəkət edərdilər. Bir dəfə qadın yas məclisində söz yayılmışdı ki, Həcdən gələn hacılar az qala dənizdə boğulsunlar. Bu şayə Həccə gedənlərin ailəsində xeyli narahatçılıq yaratmışdı. Hadisə bizim kəddə olduğundan bunu həmişə mən də atamdan eşitmişəm. Hacı Nəsirullahın qardaşı hacıları qarşılayarkən birinci sualı gəminin harda qasırğaya düşməsi olur. Hacı Nəsirullah təsdiq edir ki, belə bir qorxulu məsələ oldu, amma Allah-Təala bizi salamat saxladı, gəmimiz fəlakətə uğramadı. Həmin yas məclisində yayılan tarixlə qasırğanın tarixi eyni günə düşür. Halbuki dənizdə olan hadisənin həmin gün vətənə çatması o dövr üçün qeyri-mümkün idi. Hacı Nəsirullah təbəssümlə qeyd edir ki, bəli bu xəbəri “deyirlər” adlı Cin çatdırmışdır. Onların qadınlarla əlaqəsi güclüdür. Bu cür hadisələr tarixdə çoxdur. İmam Cəfəri Sadiq (ə) öz dostları ilə səfərüstü dincələrkən kənardan bir itin sürətlə hərəkət etdiyini müşahidə edirlər. İmam yanındakılara buyurur: Bu heyvan filan şəhərə xəbər aparır. Əslində o Cindir it şəklinə girib və s. Bütün bunlara görə insanlar həmişə Allahı zikr etsələr, Allahın adını tez-tez yad etsələr Cinlər onlardan uzaq olarlar. Bismillah, Sübhanəllah, Əlhəmdulillah və digər Quran ayələrini oxumaq Cinləri zərərsizləşdirər. Cinlər də artıb çoxalırlar. Qadın (dişi) cinlər övladlarını doğur, əmizdirirlər, onların hamiləlik müddəti insana nisbətən qısadır. Nə ilə qidalanmaları barədə məlumatlar fərqlidir. Mənbələrdə cinlərin hava ilə, xörək qoxusu ilə və ya insanların artıq qalmış yeməkləri ilə qidalandıqları bildirilir. İslam fiqhi məsələlərində – yemək bəhsində belə buyurulur ki, əti sümükdən çox təmizləməyin ki, heyvanlar və cinlər üçün heç olmazsa bir şey qalsın. Cin də insanlar kimi hissiyyat üzvlərinə malikdir, gözləri, burnu, ağzı, qulağı, iki əli və iki ayağı var. Görür, eşidir, danışır. Bundan əlavə, telepatiya xüsusiyyətinə də sahibdir, öz fikrini uzaqdan və səssiz ötürməyi, başqasının fikrini oxumağı bacarır. Bədən quruluşu insandan fərqlidir. Cinlər maneəsiz olaraq həm yer səthində, həm də havada hərəkət edə bilirlər. İnsanlar aləminə daxil olur insanın gözünə görünüb, onunla rabitə qura bilirlər. Cinlər də insanlar kimi təklif (dini mükəlləfiyyət) sahibidirlər. Onların bir qismi mömin, bir qismi kafirdir. Aralarında günahkarlar da var. Bəşəriyyətə nisbətən təkamülün daha aşağı pilləsində durduqlarına görə, insanlara göndərilmiş peyğəmbərlərə itaət etməyə vəzifəlidirlər, öz peyğəmbərləri yoxdur. Qurani-Kərimdə insanlarla bir sırada cinləri də xatırladan və onlara müraciət edən ayələr (Ənam surəsi, ayə 130;) (Ər-Rəhman surəsi, ayə 31 və 33 habelə Cin surəsi bütövlüklə) bunu göstərir ki, İslam dini, Quran və Həzrət Mühəmməd Peyğəmbər (s) bu iki varlığı hidayət edir. Yuxarıda qeyd etdiyimiz kimi, Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında cinlərin bir qismi o həzrətin Quran oxumasını eşitdikdən sonra Onunla görüşmüş, İslam dinini qəbul edib iman gətirmiş və öz qövmləri arasında bu dini yaymağa təyin olunmuşdular: "Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda (bir-birinə): "Qulaq asın!" - dedilər və (Quran oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifəti ilə öz qövmlərinin yanına qayıtdılar" (Əhqaf surəsi, ayə 29). Şiə mənbələrində imamların da cinlərlə görüşdükləri, onların suallarına cavab verdikləri və onlara əmr etdikləri barədə rəvayətlər vardır. Mötəbər mənbələrə görə, aşura günündə cinlərin bir dəstəsi İmam Hüseynlə (ə) görüşüb, Ona yardım göstərməyi təklif edib, amma İmam bu işin yalnız insanlar tərəfindən həll edilməli olduğunu söyləyərək, onların hadisəyə qarışmalarına icazə verməmişdir. Cinlər də insanlar kimi yaşadıqdan sonra ölürlər, amma ömürləri bəşər ömründən xeyli uzundur. Onlar üçün də məhşər günü olacaq. Həyatda etdikləri əməllərə görə Axirətdə cavab verəcək, ya mükafata layiq görülüb Cənnətə aparılacaq, ya da əzabı dadmaq üçün Cəhənnəmə göndəriləcəklər. Quranda buyurulur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım" (Çariyat surəsi, ayə 56). "Artıq Rəbbinin (mələklərə dediyi): "Mən cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!" - sözü tamamilə yerinə düşür" (Hud surəsi, ayə 119). Və ya "Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq" (Əraf surəsi, ayə 179). Qurani-Kərimdə kafir və günahkar cinlər haqqında bir neçə ayə vardır. "Nas" surəsində insanlarla yanaşı, cinlərin də şərindən Allaha sığınmaq müsəlmanlara tövsiyə edilir: "O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır: cinlərdən də olur, insanlardan da" (Nas surəsi, ayə 5-6). Ayədən göründüyü kimi, şeytan anlayışına həm insanların, həm də cinlərin nümayəndələri aid oluna bilərlər. Şeytan xüsusi varlıq növü deyil. Onların başçısı və əcdadı olan İblis mələklərin əhatəsində yaşamış cin olmuşdur. O, uzun müddər mələklərə pişinamaz olmuşdur Allah-Təala Adəm Peyğəmbəri yaradandan sonra mələklərə ona səcdə etməyi əmr edəndə bütün mələklər səcdəyə düşdülər, ancaq İblis cəcdə etmədi. Qurani-Kərimə diqqət edək. (Ya Peyğəmbər) Biz mələklərə: Adəmə səcdə edin dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu. (Əl-Bəqərə surəsi 34-cü ayə). Burada söz çoxdur, lakin qısaca olaraq bunu ərz edirəm ki, İblis mələk olmadığı üçün səcdə etmədi və iç üzü açıldı, əbədi lənətə layiq oldu. Allah-Təala onu dərgahından qovdu. Lakin İblis uzun müddət Allah-Təalaya ibadət etdiyi üçün bəzi imtiyazlar istədi. Müəyyən vaxta qədər yaqamaq hüququ və insanlara qənim kəsildi. İblis Allaha asi olduqdan sonra iradəsi zəif olan insanları və cinləri aldadıb öz tərəfinə çəkdi. Kafir cinlər İblisin vəsvəsəsi ilə hərəkət edib həm mömin cinlərə, həm də mömin insanlara ziyan vurmağa çalışırlar. İnsanlar bəzi tilismlərdən və fövqəltəbii qüvvələrdən istifadə edərək cinləri özlərinə təslim edə bilərlər. Amma bu işi görmək (son dərəcə zərurət halları istisna olmaqla) günahdır. Tilsimin dərəcəsindən asılı olaraq, cinin insana tabe olmaq dərəcəsi də fərqlənir. Bəzən bəşər dünyasına icazəsiz daxil olmuş kafir və günahkar cinlər insana ziyan yetirirlər. Buna xalq arasında "cin vurmaq" deyilir. Bunun qarşısını almağın yolları haqqında xüsusi kitablar var. Cinlərin mənfi təsirindən amanda qalmaq üçün ən yaxşı yol Allah-Təalanın qüdrətinə sığınmaq, tez-tez Quran oxumaq, ibadət etmək, dua etməkdir. Kafir cinlər "Bismillah" ayəsindən qorxurlar: yəni bu müqəddəs kəlam onların mənfi təsirini puça çıxarır və insana ziyan yetirmək yolunu bağlayır. Bütün bunlardan qounmaq üçün yuxarıda qeyd etdiyim kimi həmişə Allah-Təalanı zikr etmək Quran ayələrindən istifadə etmək lazımdır. Onların şərrindən Allaha pənah aparmaq lazımdır. Əziz PÜNHAN

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 723
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30