Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsil müəssisəsi rəhbərlərinə və əməkdaşlarına intizam tənbehi tədbirləri tətbiq edilib
    Cari ilin fevral ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 715 müraciət daxil olub. Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilib. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb.

    Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğular daha çox ümumi təhsil məktəbləri şagirdlərinin respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, müəllimlərin dərs yükü ilə təmin olunması, əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması, xaricdə təhsil və digər məsələlərlə bağlı olub. Şikayət xarakterli müraciətlərin ümumi sayı 86 olub. Bu müraciətlər ümumi təhsil, ilk peşə-ixtisas təhsili, internat, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə əlaqədardır. Fevral ayında “Qaynar xətt” xidmətində ümumi təhsil müəssisələri ilə bağlı 66 şikayət qəbul edilib. Ümumi təhsil müəssisələri ilə əlaqədar Bakıdan 33, Sumqayıtdan 3, Gəncədən 1, Mingəçevirdən 1, Abşeron rayonundan 6, Biləsuvar, Qəbələ, Xaçmaz, Samux, Zərdab, Lənkəran rayonlarının hər birindən 2, Qusar, Şəki, Neftçala, Cəbrayıl, Gədəbəy, Küdəmir, Göyçay, Ağdam, Cəlilabad, Daşkəsən rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, müxtəlif məqsədlər üçün pul tələb olunması, məktəb rəhbərlərinin idarəetmədə yol verdiyi nöqsanlar və digər bu kimi məsələləri əhatə edib. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə və əməkdaşlarına intizam tənbehi tədbirləri tətbiq edilib. Belə ki, Bakı şəhəri, Xətai rayonundakı 260 nömrəli orta məktəbdən daxil olan şikayət araşdırılarkən məktəb rəhbərliyinin idarəetmə sahəsində nöqsanlara yol verdiyi aşkarlanıb, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən məktəb rəhbərliyinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Digər araşdırmaların nəticəsində Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin riyaziyyat müəlliminə, Sabunçu rayonundakı 69 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminə və Nərimanov rayonundakı 202 nömrəli tam orta məktəbin biologiya müəlliminə xəbərdarlıq elan olunub, Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının şöbə müdirinə töhmət verilib. İlk peşə-ixtisas məktəbləri üzrə 1 şikayət qəbul edilib. Bu şikayət 12 nömrəli Bakı Peşə Məktəbi haqqındadır. Qeyd olunan şikayət araşdırılaraq müvafiq qaydada həll edilib. Ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı qəbul edilən 19 şikayət xarakterli müraciətin 14-ü dövlət, 2-si isə özəl ali təhsil müəssisələrindən olub. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl ali məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin ləngiməsi və digər məsələləri əhatə edib. Orta ixtisas təhsili müəssisələri üzrə daxil olmuş 3 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlıdır. Həmin müraciətlərə araşdırılıb və müvafiq qaydada cavablandırılıb. Müraciətlərdən biri üzrə araşdırmanın nəticəsinə görə Bakı Neft-Energetika Kollecinin 1 müəlliminə kollec rəhbərliyi tərəfindən xəbərdarlıq edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 641
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30