Prezident terrorizmlə bağlı Bakıda keçirilən tədbirə qatılıb
Bu gün Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfrans işə başlayıb. Prezident İlham Əliyev konfransın açılışında iştirak edib. BMT-nin, Azərbaycan hökumətinin və İSESCO-nun təşkilatçılığı ilə keçirilən konfransda dövlətimizin başçısı açılış nitqi söyləyib.
Sonra BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov çıxış edib.
Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edib. Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak edirlər.
Beynəlxalq konfrans sabah başa çatacaq.