Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Misir Mərdanov məktəb direktorları ilə görüşdü
    Bu gün Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu və sınaq dərslərinin təşkil edildiyi məktəblərin direktorları ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov müsabiqənin növbəti mərhələlərində iştirak edəcək müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb. 

    Nazir Prezident İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq altıncı ildir ki, müvafiq müsabiqələrin keçirildiyini vurğulayıb və maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqənin əsas məqsədinin ən yaxşı müəllimlərin üzə çıxarılması olduğunu bildirib.
    Təhsil naziri “Ən yaxşı müəllim” müsabiqəsinə 2013-cü ildə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nin sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi barədə məlumat verib. M.Mərdanov bildirib ki, müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş müəllimlərdir. Ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 207 nəfərin (Təşkilat Komitəsinə müraciət etmiş 6 nəfər sonradan növbəti mərhələyə buraxılıb) II mərhələyə buraxıldığını qeyd edən nazir müsabiqədə iştirak üçün sənəd verən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsünə diqqət çəkib.
    İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32 nəfər), tarix (25 nəfər),  Azərbaycan dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini nəzərə çatdıran Misir Mərdanov digər fənlər üzrə müsabiqədə iştirak edəcək müəllimlərin sayı barədə də məlumat verib. Nazir müsabiqə iştirakçılarının nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını sadalayaraq qeyd olunan təhsil müəssisələrində müvafiq şəraitin yaradılacağını vurğulayıb və dərsləri qiymətləndirəcək ekspert komissiyalarının fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.
    Nazir dərslərin qiymətləndirilmə meyarları və dərs mövzusunun müəyyənləşdirilməsi qaydaları haqqında məlumat verib, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının veriləcəyini söyləyib. İştirakçıların sayından asılı olmayaraq hər fənn üzrə bir ekspert komissiyasının təşkil edildiyini vurğulayan təhsil naziri bunun müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsul olduğunu bildirib.
    Bütün sınaq dərslərinin videoçəkilişinin aparılacağını qeyd edən nazir dərsin qiymətləndirməsinin nəticəsindən narazı qalan müəllimlərə 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı verildiyini nəzərə çatdırıb. Misir Mərdanov bildirib ki, II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında 10 dəqiqəlik təqdimatla çıxış edəcək və hər bir mərhələnin nəticələrinə əsasən, müsabiqə iştirakçılarının yekun balı müəyyən olunacaq.
    Sonra sınaq dərsləri dinləniləcək müəllimləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 643
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30