Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ZİRVƏYƏ GEDƏN YOL...
    Dağa qalxmaq çətindir. İnsan nəfəsi bəzən dağ zirvəsinə qalxmaq üçün tükənir, yorulur, ayaqları onu idarə edə bilmir, dizləri əsir. Yorğunluğunu almaq üçün məcbur olub oturur, nəfəsini dərir və geriyə dönməyə qərar verirsən. Geri dönərkən öz-özünə düşünürsən: mənim bu dağın başında nə işim var, qoy o yüksəkliklər elə qartalların olsun. Çünki qartal zirvəni daha asanlıqla fəth edir. Qartal üçün zirvəyə qalxmaq, o zirvədən aşağı enmək adi haldır. Qartalın əbədi məskəni dağ zirvəsidir və o aşağı ehtiyacı üçün enir və yenidən o zirvəyə qalxır. Bəs, insan zirvəni necə fəth edir?..


    Azərbaycanlı olmaqları ilə fəxr edən ailə...

    Haqqında söhbət açacağım insan Azərbaycanlıdır. Sabirabadın Muğangəncəli kəndində doğulan Müşfiq və Seyran Hüseynovlar ataları İsmayıl kişini, anaları Qızbəs xanımı hər zaman namaz üstündə, Allah-Təalaya itaətdə və ibadətdə sabitqədəm görüblər. Ata və analarının mərhəməti, onların el arasında necə nüfuzlu insan olduqlarının şahidi ola-ola böyüyüblər. Valideynləri yaşa dolduqca el ağsaqqalı, el ağbirçəyi olublar. Onların daxil olduğu yerdə insanlar ayağa qalxıb, yer veriblər. Belə tərbiyəni görən övladlar da valideynlərinin yolu ilə getməyə başlayıblar.
    Müşfiq İsmayıl oğlu Hüseynov ata-ana icazəsi ilə bir gün Moskva şəhərinə üz tutur. Yaşayış yerini Dmitrov şəhəri ilə bağlayır. Az müddət ərzində tikinti üzrə ali məktəbə qəbul olur və həmin sahədə çalışmağa başlayır. Özünü həmyerliləri arasında doğruldan bu gənc oğlan elə o şəhərdə diaspora sədr seçilir. Elmə marağı çox olduğundan başqa ali təhsil almaq qərarına gəlir. Bu dəfə hüquq sahəsini seçir və Moskva ali məktəblərinin birində Hüquq fakültəsinə daxil olur. Ali məktəbi bitirir, tanınmış gənc ziyalı kimi hörmət və izzət sahibi olur. Nəhayət bir gün daha uzaqlara getmək, orada çalışmaq qərarına gəlir. Günün birində Kanada şəhərinə yollanır. Orada da elmə olan həvəs onu rahat buraxmır. İnşaat, hüquq sahələrində aldığı təhsili bir kənara qoyur.
    Həkimlik qəlbinə yol açır. Kanadada tibb məktəbinə daxil olur, günün birində həkimlik diplomunu böyük sevinclə əlinə alır. Artıq bu onun əsl peşəsinə çevrilir. 
    İnsanların sağlamlığı keşiyində durmaq, onların xəstəliklərinin qayğısına qalmaq üçün həkim andı içir. Aradan illər ötsə də, bu gün onun sorağı uzaq Kanadadan gəlir. Artıq özünün xüsusi klinikası da fəaliyyət göstərir. 
    Müşfiq Azərbaycanlı olmağı ilə fəxr edir. Təbii ki, bu fəxr onun doğmalarını daha çox sevindirir. İsmayıl ata ilə Qızbəs ana Müşfiqin fəxarətli adı ilə fəxr etdilər, bu dünyada daim başlarını dik tutdular. 
    İsmayıl ata ilə Qızbəs ana ikinci oğlu Seyranı da bir gün Rusiya Federasiyasına yola salmışdılar. Seyran zəhmətə qatlaşan, sadə bir insan idi. Və o uzaq Kanadada yaşayan Müşfiqin qardaşı idi. Həm də zirvəni fəth etmiş Müşfiqin qardaşı. Halallıqla o da zirvənin yollarını fəth etməli idi. Bu zirvə bizlərə asan görünsə də, Seyranın özünə böyük zəhmət bahasına başa gəlmişdir.

    Vətəndən kənarda yaşamaq asan deyil... 

    Vətəndən kənarda yaşamaq uzaqdan baxanların çoxlarına asan gəlir. Elə güman edirlər ki, Rusiyanın hər tərəfinə pul səpilib, çatan gəlib götürür. Əslində bu heç də belə deyil. Rusiyada yaşayanlar bir o qədər də asan yolla çörək qazanmır. Bu yolun çətinlikləri hədsizdir. Ağılın vacibliyi isə əsas meyardır. Ağılla hərəkət etmək, çətinliklərə sinə gəlmək, insandan güclü iradə tələb edir. İradə də gərək möhkəm olsun və səni özünə tabe etməyi bacarsın. Əgər iradə zəif olarsa o zaman istəyinə çatmaq da mümkünsüz olar.
    Hüseynov Seyran İsmayıl oğlu iradəsinin gücü ilə nəfsinə hər zaman güc gəlməyə çalışıb. Ata-ana xeyir-duası olmadan əlini ağdan qaraya vurmayıb. İsmayıl ata oğluna ancaq xeyir-dua verib, oğlunun ağlına güvənib. Qızbəs ana isə oğlundan ana nəsihətini heç vaxt əskik etməyib. Seyran günləri qovaraq həftələrin, həftələri qovaraq ayların, ayları qovaraq illərin çətinliklərindən keçib. Qardaşı Müşfiqə oxşamağa çalışıb. Onun qoyduğu yolu davam etmək və hörmətli ad qoymaq arzusu ilə yaşayıb. Tez-tez anası ilə məsləhətləşər və onun dediyinə əməl edər. Ana nəsihəti ona günü-gündən uğur qazandırıb. 
    “Dama-dama göl olar” deyib, atalarımız. Oğul var o gölü qurudur, oğul da var o gölün kənarında başqalarına bir ruzi qapısı açır. Seyran “gölün kənarında başqalarına ruzi qapısı açanlar”dan olub. Bir kiçik komanı iki, ikini üç edib. Hərdən dayanaraq zəhmətinin gücünə kənardan tamaşa edib. Bir də baxıb ki, Seyran artıq Hacıdır və “Marsey” firmasının rəhbəridir. Öz-özünə düşünərək deyib: “Böyüklərin xeyir-duasında böyük hikmət var”. 
    Bəli, Qızbəs ana oğluna hər zaman elini-obasını, yaxın qonşularını tapşırıb. Elə onun nəticəsidir ki, ətrafında Azərbaycanın hər tərəfindən  - Tərtərdən, Gəncədən, Samuxdan, Sabirabaddan, Salyandan, Ağcabədidən, Bakıdan, Naxçıvandan, Masallıdan, Yardımlıdan və başqa rayonlarımızdan onlarla işçisi var. Hacı Seyran eləcə də Ukrayna, Belarus, Özbəkistan, Tacikistan, Moldovadan və başqa neçə-neçə ölkələrdən gələn insanlara iş, qalmaq üçün yer verib.
    Zəifə yol göstərmək onu çörəyə çatdırmaq savab işlərdən ən alisidir. Hazırda Hacı Seyran Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti Dmitrov rayon üzrə sədri, “Marsey” firmasının rəhbəri, “Vətən çağırır” qəzetinin bir çox kitablarının məsləhətçi redaktorudur. Həyatının 43-cü baharını yaşamasına baxmayaraq onu hamı el ağsaqqalı kimi tanıyır. Elinə, obasına daim əl tutur, rayon ağsaqqalları tərəfindən həmişə sayılıb seçilir.    
    Keçmişinə və bu gününə şükür edir. Heç vaxt çətinlikdən qorxmayıb. Yoluna hər zaman halallıqla davam edib.    

    Harada Azərbaycan adı çəkilirsə mən də oradayam...

    Hacı Seyran millətini, xalqını, vətənini çox sevir. Hər zaman deyir ki, Azərbaycan dünya arenasında sözünü deməyi bacaran güclü bir dövlətdir: “Bu dövlətin dünyada tanınmasının səbəbkarı isə ümummilli lider, müstəqillik yolunun carçısı, ulu öndər Heydər Əliyev olmuşdur. Mən daim onun adını uca tuturam. Fəxr edirəm ki, Heydər Əliyev kimi şəxsiyyət Azərbaycan oğlu olub. Bu gün Azərbaycanda güclü quruculuq işləri gedir. Təbii ki, bu işlərin təməlini Heydər Əliyev qoyub və bu gün onun oğlu və hər birimizin hörmət etdiyi Azərbaycan prezidenti İlham Əliyev davam etdirir”. 
    Hacı Seyran deyir ki, ulu öndər Heydər Əliyev diasporun inkişafında da böyük işlər görüb: “Artıq Azərbaycan diasporu bütün dünyada tanınır. Biz çalışırıq ki, hər addımbaşı Azərbaycan adını yüksəklərə qaldıraq. Elə ona görə də qeyri-millətlərə də firmada iş veririk. Onların arasında rus, moldavan, tacik, özbək, tatar və başqa millətlərin adlarını sadalamaq olar. Açığını deyim ki, biz burada azərbaycanlılar arasında heç bir fərq qoymuruq. Harada Azərbaycan adı çəkilirsə, harada azərbaycanlı varsa, mən də oradayam. Harada oluramsa olum, məqsədim, amalım Azərbaycan adını qaldırmaq, dövlətin hüquqlarını müdafiə etməkdir. Ulu öndər Heydər Əliyev adını yüksəltməkdir”.
    Əlbəttə, xaricə ilk səfərlərindən başlayaraq Azərbaycanın ulu öndəri hər bir ölkədə yaşayan azərbaycanlılarla maraqlanmış, onların nümayəndələri ilə görüşmüşdür. Məlum olmuşdur ki, xaricdə azərbaycanlıların sayı çox olsa da, heç bir yerdə onların mütəşəkkilliyi görünmür. Doğrudur 1990-cı ilin 20 yanvarında sovet qoşunları xalqımıza qarşı təcavüz edərkən azərbaycanlıların bir millət olaraq etirazı dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən ifadə olundu, elə ilk mütəşəkkilliyə də bunu misal göstərmək olar. Lakin bu, bir faciənin insanları birləşdirməsi idi.
    Ümummilli lideri Heydər Əliyev xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlər keçirərək, onların problemləri ilə maraqlandı, dəyərli tövsiyələrini verdi, səfirliklərimizi bu işə cəlb etdi, soydaşlarımızı ölkəmizin ictimai, iqtisadi, mədəni həyatında fəal iştiraka çağırdı. Bu çağırışa hay verənlərdən bir də Hacı Seyran oldu. Dünya azərbaycanlılarının mənəvi birliyini, əqidə və əməl ortaqlığını, Vətənə bağlılığını təmin edən bu məfkurənin mühüm müddəaları ümummilli lider Heydər Əliyevin öz konseptual ifadələri tapdı.  
    Bu gün Azərbaycan diasporu milli maraqlarımızın müdafiəsi işində də fəal iştirak edir. Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildirirlər. Onlardan biri də Hacı Seyran Hüseynovdur. Hacı Seyran müstəqil Azərbaycan bütün Dünya azərbaycanlılarının yeganə mərkəzi, mənəvi məbədgahı sayır.

    “Marsey” firması böyük bir ailədir... 

    “Marsey” firması başqa ticarət mərkəzlərindən ona görə fərqlənir ki, burada çalışanların demək olar ki, çoxu azərbaycanlıdır. Firmanın üstünlüyü də elə ondadır. İnsanlar arasında səmimi münasibət və ədəb-ərkan var. Bura böyük bir ailəni xatırladır. Hamı bir-birinə hörmət edir. Açığını desəm, bura elə bil bir məktəbdir və bu məktəbdən pis tələbə çıxmır.  
    Hacı Seyran firmanın uğurlarından söhbət açmadı. “Marsey” İdman Klubu və “Marsey” Ansamblı haqqında yazmaq mənim payıma düşdü. Moskvanın Dmitrov rayonunun Yaxrama şəhərində “Marsey” firmasının eyniadlı ansamblı artıq hamı tərəfindən tanınır. Ötən ilin yayında Moskva şəhərinin Mıtışi rayonunda keçirilən musiqi festivalında ansambl qeyri-millətləri heyran edib. Festivalda dayanmaq bilməyən alqışlar ansamblı yenidən meydana qayıtmağa məcbur etmişdi. Hər kəs üçün maraqlı olan “Naz eləmə” rəqsi tamaşaçılar tərəfindən mobil telefonlarına çəkilmişdir. Bir çox festivallardan ansambl diplomlarla qayıdıb. 
    2013-cü ilin 2 fevralında Ümumrusiya Azərbaycanlılar Konqresinin Dmitrov şəhərində möhtəşəm festivalı keçirildi. Festivalın təşkilatçısı isə “Marsey” firmasının direktoru Hacı Seyran idi. Tədbirdə Konqresin fəallarından olan Hacı Rövşən və Azərbaycandan gələn idmançılar da iştirak edirdilər.  Yüksək səviyyədə keçirilən festival hər kəsin qəlbində maraqlı iz buraxdı. 
    Fevralın 2-də Sinkovda keçirilən festival bir daha özünü göstərdi. Belə ki, “Marsey”in rəhbəri Hacı Seyran Azərbaycandan gələn 16 idmançını layiqincə qarşılayaraq bütün maliyyə xərcini də öz üzərinə götürdü. Onlara göstərilən qayğı idmançıları qələbəyə ruhlandırdı. Festivalın açılışında Rusiya və Azərbaycan himni səsləndi. “Araz” İdman Klubunun prezidenti çox mübarizəli idman döyüş növləri üzrə Dünya və Avropa çempionu  Siyavuş Bayramov, dünya və üçqat Avropa çempionu Sabir Süleyman, ömrünün 40 ildən çoxunu idmana sərf edən Zülfüqar Nəcəfov bir daha yetirmələrinin sevincli anlarını yaşadılar və Azərbaycan bayrağını bir daha Rusiya Federasiyasında qaldırdılar. Yarışda iştirak edən bütün idmançılar yaşından və çəkisindən asılı olmayaraq üzərində “Marsey” yazılan idman köynəklərində döşəkçəyə çıxdılar. İdmançılar fəxri fərmanlarla təltif olundular. 
    Xeyirxah həmyerlimiz festivaldan sonra böyük ziyafət süfrəsi açaraq o günü ikiqat bayram etdi. Ertəsi gün idmançılarımız Yaxramanı gəzməyə çıxdılar və xatirə şəkilləri çəkdirdilər. Onlar vətənə qayıdarkən qeyd etdilər ki, çox yarışlarda olsalar da, bu günə qədər belə səviyyədə qarşılanmayıblar. 
    “Marsey” komandası Moskvada və Rusiyanın başqa şəhərlərində, eləcə də Avropanın bir sıra ölkələrində keçirilən beynəlxalq miqyaslı yarışlarda xeyli sayda qızıl və bürünc medalların sahibidir. Komanda artıq iki ildir fəaliyyət göstərir. Bu müddət ərzində 7 Rusiya çempionu, 3 Avropa çempionu adına layiq görülüb. Ümumiyyətlə, komandada gümüş və bürünc medal alanların sayı daha çoxdur. Komandada bir çox millətlərin nümayəndələri fəaliyyət göstərir. İdman Klubunun “BUDO” döyüş növləri komandasının məşqçisi beynəlxalq idman ustası, 5-ci Dan qara kəmər ustası Əhməd Rüstəmovdur.
    Bəli, idman nə kitabdır, nə də dəftər. İdman insanın qol gücündə, iradəsində, cəsarətində, mərdliyindədir. Unutmamalıyıq ki, idmançılarımız ən böyük idman yarışlarında cəsarətlə Azərbaycanı təmsil edirlər. Onlar Azərbaycan bayrağını şərəflə qaldırır və Azərbaycan himnini hər yerdə səsləndirirlər. Bu bizim xalqın böyük uğurudur. Onlar eyni zamanda qollarının gücü ilə hər kəsə sübut edirlər ki, biz Azərbaycan oğulları qolu qüvvətliyik. Qolumuzun gücünə hər kəsi ram edə bilirik. 

    Gülsüm ADİLQIZI
    Moskva


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 855
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30