Misir Mərdanov Dubayda “British Council” təşkilatının Avropa üzrə regional direktoru ilə görüşüb
Təhsil naziri Misir Mərdanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfrans çərçivəsində “British Council” təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb. Görüşdə Azərbaycanda “British Council” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə İKT-nin tətbiqi müzakirə olunub.
Qeyd edək ki, dünyada ən geniş yayılmış təhsil şəbəkəsi olan “British Council” təşkilatı təhsil sahəsi üzrə dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Həmçinin, Azərbaycanla sıx əməkdaşlıq edən “British Council” ölkəmizdə təhsilin müxtəlif pillələri üzrə beynəlxalq əlaqələrin inkişafına və ingilis dilinin tədrisinə dəstək verir.