Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ərzurum: qış turizminin əfsanə şəhəri
    Ərzurumun gözəl təbiəti var. Ətrafı dağlarla əhatə olunan bu qədim şəhər keçmişlə müasirlik arasında tərəddütsüz inkişaf edir. Ərzurumun yüksək bir yaylanın cənub-qərb hissəsində yerləşməsi şəhəri daha da gözəlləşdirir. Şəhər mərkəzi çox səliqəli və nizamlı şəkildə Palandökən dağlarının ətəyində qurulub. Qışın ağ örpəyi, yazın yaşıl libası vilayətə xüsusi gözəllik verir. Ərzurum həm də Anadoluda dəniz səviyyəsindən 1959 metr yüksəklikdə inşa olunan tək böyük yaşayış yeridir. Region şimalda Dumlu, cənubda isə Palandökən dağları ilə əhatə olunub. Zaman-zaman şiddətli zəlzələlərə məruz qalmasına baxmayaraq, şəhər və ətrafı inkişafdan heç də geri qalmayıb.  

    Türkiyənin ən yüksək və soyuq ellərindən olan Ərzurumda sərt quru iqlimi hökm sürür. Ümumi olaraq qış fəsli çox soyuq və qarlı, yazı isə  isti və quraq keçir. Az qala ilin yarısında bölgə qarla örtülür. Bizim də Ərzuruma səfərimiz elə məhz bu dövürə təsadüf etdi. Şimal-Şərq Anadolu İnkişaf Agentliyi (Kuzeydoğu Anadolu Kalkınma Ajansı - KUDAKA) “Türk Hava Yolları”nın dəstəyi ilə "Turizm tanıtım tədbiri" reallaşdırdı. Polşa, Ukrayna, Rusiya, Gürcüstan və Azərbaycandan olan media nümayəndələri iki günlük məlumatlandırma gəzintisi boyunca Ərzurumun tarixi və mədəni dəyərləri ilə qış turizm potensialını yerində görmə fürsəti qazandılar. Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət Müşavirliyinin təşkilatçılığı və Qadın Jurnalistlər Assosiasiyasının informasiya dəstəyi ilə Azərbaycan media mənsublarının da qatıldığı proqramın birinci günü “Polat Renaissance Otel”də təşkil edilən açılış konfransında regionun turizm potensialı müxtəlif vizuallar və videolarla qonaqlara təqdim edildi. 
    Yığıncağın ardından Ərzurum turizmini inkişaf etdirən bir sıra yerlərdə olduq. Şəhər mərkəzindəki tarixi və mədəni məkanlar 5 ölkəni təmsil edən 30-dan çox media təmsilçisinin xüsusi marağına səbəb oldu.   

    Ərzurumun tarixi və yaxud tarixin Ərzurumu

    Anadolunun ən qədim yaşayış məskənlərindən olan Ərzurum hititlərdən bizanslılara qədər bir çox millət və dövlət tərəfindən zəbt edilib. Şərqi Anadolunun ən böyük şəhəri olan Ərzurumun e.ə. 4900-cu illərdə qurulduğu təxmin edilir. Ərzurumu da əhatə edən bölgə tarix boyunca hurrilər, asarlar, kimmerlər, iskitlər bölgədə hakimiyyət qurublar. Hətta İranı məğlub edən Makedoniyalı İskəndər bir zamanlar bölgəyə hökümranlıq edib. İskəndərin ölümündən sonra əvvəl Selokidlərin, sonra isə Romalıların əlinə keçən bölgə sonuncu ilə Partlar arasında böyük döyüşlərə səbəb olur. Ərzurum sonrakı dövrdə Sasanilər və Bizanslılar tərəfindən idarə olunur, bunun ardınca, Səlcuqların Anadoluda ilk Türk Bəylərbəyliyi olan Saltık (Saltuk) oğullarının hakimiyyətində olur. 
    1242-ci ildə monqollar tərəfindən zəbt edilən Ərzurumu Elxanilər ələ keçirir, 1300-cü illərin sonunda Qaraqoyunlular, 1467-də Ağqoyunlular, daha sonra isə Səfəvilər tərəfindən idarə olunur. 1514-ci ildə Yavuz Sultan Səlim Ərzurumu fəth edir. Lakin Səfəvilər Ərzurumu geri alırlar. Daha sonra Sultan Süleyman Ərzurumu qəti olaraq Osmanlı torpaqlarına qatır. Ərzurum Osmanlı dövründə bir əyalət mərkəzi olaraq daha çox inkişaf etməyə başlayır. 
    Ərzurum 1828-1829, 1878 və 1916-cı illərdə üç dəfə rus istilasına uğrayır. Bu gün də şəhərin mərkəzi küçələrində rusların Ərzurumda törətdikləri qətliamları özündə ehtiva edən memarlıq abidələrini görmək olur.   
    Ruslar 1917-ci il inqilabından sonra Ərzurumu tərk edərkən şəhəri ermənilərə təslim edirlər. Ermənilərin bölgədə qırğın və təxribatları ruslardan daha qorxunc olur. Alaca kəndi Şəhidlər Anıtı da elə məhz 27 fevral 1918-ci ildə ermənilərin Ərzurumun Alaca kəndində türklərə qarşı törətdikləri qətliamları xatırladır. Həmin qətliamda ermənilər tərəfindən Ərzurumda 8000-dək türk-müsəlman öldürülür. Amma təəssüf ki, bəzi ərzurumlular bu tarixi deyəsən unudublar. Təyyarədə söhbət etdiyim bir ərzurumlunun ermənilərə həddən ziyadə humanist münasibəti bəndənizi xeyli təəccübləndirdi. 

    Ərzurumda qış idman turizimi üçün inikal şərait yaradılıb
     
    Palandökən dağı qış idman təsisləri son illərdə əhəmiyyətli nəticələr əldə edib. Bu xüsusiyyəti ilə Ərzurum Türkiyə sərhədlərini aşaraq dünyanın saylı mərkəzlərindən biri halına gəlib. İdman müəssisələrinin bölgə turizminə və iqtisadiyyatına əhəmiyyətli qatqıları var. Elə biz də ilk əvvəl Palandökən və Konaklı Kayak mərkəzlərini gəzərək maraqlı məlumatlar əldə etdik. Bildirildi ki, Palandökən Kayak Mərkəzi şəhərdən 5, Hava Limanından isə 15 km məsafədə yerləşir. Palandökəni seçən hər bir turistin burada 6 ay kayak sürmək imkanı var. Ehtiyac olduğu təqdirdə süni yollarla bu vaxtı uzatmaq da olur. 
    Turistlər üçün qiymət məsələsi də olduqca əlverişlidir. Belə ki, hər hansı bir turist gününə 75 avro ödəməklə 5 ulduzlu oteldə istirahət edə bilər. Bu məbləğə bütün növ xidmətlər daxildir. Yazda isə bu qiymətlər daha münasibdir: yəni 50-60 avro arasında dəyişir. 
    Digər kayak mərkəzi olan Konaklı ilə Hava Limanı arasındakı məsafə isə 24 km-dir. 2500-3100 metr yüksəklikdə yerləşən Mərkəz beynəlxalq  yarışlar üçün daha əlverişlidir. Mərkəzin müasir texniki imkanları hesabına 450-500 idmançını 5 dəqiqəyə yüksəkliyə daşıya bilmək imkanı var. Mərkəzdən günlük istifadə haqqı 20 Türk Lirəsidir. Burada otel olmasa da, kafe və digər xidmət növləri fəaliyyət göstərir.  
    Ərzurumun hər tərəfindən görünən Atlama Mərkəzi 2010-cu ildə istifadəyə verilib. Eyni vaxtda 100-150 idmançının istifadə etdiyi Mərkəz insanlar üçün açıqdır. Süni qar yaratmaq imkanına malik Atlama Mərkəzi Türkiyədə təkdir və o da Ərzurumda yerləşir. Mərkəzi yaxınlığında otel də fəaliyyət göstərir.    
    Ərzurumda 2009-cu ildə inşa edilən Buz Pateni Salonunun eni 30, uzunluğu isə 60 metrdir. Salonda eyni vaxta 100-150 adam idmanla məşğul ola bilir. Həmçinin 2000-dən çox tamaşaçı bu idman oyununu çox rahatlıqla seyr etmək imkanı əldə edir. Xüsusi ilə qeyd edək ki, Ərzurum Buz Pateni Salonu bir sıra beynəlxalq tədbirlərə də ev sahibliyi edib. 
    Ərzurumun qış turizmi daha çox inkişaf edib. Hər il şəhərə Rusiya, Ukrayna, Gürcüstan, Polşa və digər ölkələrdən 30-40 min turist gəlir. 2011-ci ildən etibarən qış turizmi üçün daha geniş imkanlar yaradılıb.  

    Ərzurum qalası, Tebsi Minarə, Ulu Cami və Yakutiye Mədrəsəsi

    Ərzurum qalası şəhər mərkəzində yerləşən təpənin ən ucqar nöqtəsində bir iç qala və bu daxili qalanı əhatə edən xarici qaladan ibarətdir. Daxili Qala səkkiz bürcü ilə günümüzə qədər öz varlığını qoruya bilib. Daxili qalanın divarının qalınlığı 2-2.5 m arasındadır. 
    Qalanın V əsrin ilk yarısında Bizanslılar tərəfindən inşa edildiyi bildirilir. Qala Səlcuqlu və Osmanlılar dövründə təmir edilib. Üç qat divarla əhatə olunan qalada 110 bürc və qüllə var. Qalanın Təbriz, Gürcü, Uyucan və Yeni Qapı olmaq üzrə dörd qapısı var. İkinci qat divarın hal-hazırda qismən mövcudiyyətinə baxmayaraq Üçüncü qat divar (şəhəri tam olaraq əhatə edən divar) tamamilə itmişdir. Qalanın yerləşdiyi təpənin hündürlüyü 1950 metrdir. 
    Tarix boyunca asurlular, sasanilər, farslar, ərəblər, romalılar və bizanslılar arasında tez-tez əl dəyişdirən və XI əsrdə Türklərin əlinə keçən qalanın daxili hissəsində ilk Türk-İslam əsərlərindən Saltukoğulları dövrünə aid Qala Məscidi tikilib. Ərzurumda ən qədim Türk tikilisi olaraq bilinən Məscid türbə arası maraqlı memarlıq özəlliyinə sahibdir. Məscid tarixin müxtəlif vaxtlarında təmir edilib. Məscidin Ərzurum qalasının içində yerləşməsi burada zaman-zaman ibadətlə məşğul olmanı sübut edir.   
    Qalnın ərazisində Saat qülləsi (Tepsi Minarə) yerləşir. Saat qülləsi Ərzurumun şəhər mərkəzindəki ən yüksək təpəsində qərar tutub. Saat qülləsi Saltukoğulları tərəfindən XII əsrdə müşahidə qülləsi olaraq inşa edilib. Qüllənin inşasında Müzəffər Qazinin 1124-1132-ci illərdə böyük rolu olub.  
    Gövdəsi kərpic və kəsmə daşdandır. XIX əsrdə üst qisiminə taxta qab əlavə edilib. Qala içərisində olan Qala Məscidinin minarəsi olaraq da istifadə edilmişdir. Ərzurum Saat Qülləsi (Tepsi Minarə) Anadoludakı ən köhnə Səlcuqlu minarəsidir. 
    Qeyd edək ki, Ərzurum qalasının ətrafında köhnə tikililər hələ də qalmaqdadır. Qalanın tam qarşısında Qoşa Minarəli Məscid yerləşir. Hazırda Məsciddə təmir işləri aparılır. Məscidin sağ tərəfində 10-15 metr aralıda Ulu Cami yerləşir. 
    Ulu Caminin maraqlı memarlıq xüsusiyyətləri var. Caminin əməkdaşı Lütfi Sevər bizimlə söhbətində bu barədə geniş məlumat verdi. Bildirdi ki, 1179-cu ildə inşa olunan Caminin qübbəsi orjinallığını bu günə kimi qoruyub saxlayıb. Bu qübbə hesabına Caminin daxilində nəmlənmə olmur. 6000 adam üçün nəzərdə tutulan Cami və çevrə tikililərində 4500 mömin ibadətlə məşğul ola bilir. Caminin “Fil gözü” kimi adlandırılan pəncərələrindən günşin görünməsi ilə bir növ namaz vaxtları da müəyyən edilir. Caminin divarlarında 3 mehrab var, bunlardan biri İmam, digər ikisi isə Müəzzinlər üçün nəzərdə tutulub. 47 sütunu olan Camidə hər sütun bir-birindən 15 sm qabağdadır. Bu cür memarlıq quruluşu Müəzzinin səsinin Caminin hər tərəfinə yayılmasına şərait yaradır.  Caminin 5 qapısı, daxilində isə 7 eyvanı var. 
    Ərzurumun maraqlı tarixi-memarlıq abidələrindən biri də Yakutiye Mədrəsəsidir. Mədrəsə 1310-cu ildə Elxanilər sultanı Olcayto və Bulgani Xatun adına Camaləddin Yaqut tərəfindən inşa edilib. Mədrəsənin orta hissəsi dörd sütun üzərində tikilib. Burada da qoşa  minarənin təsiri açıqca görünür. Təxminən 25x34 m ölçüdə, düzbucaqlı və kəsmə daşdan inşa olunan binanın orta hissəyə açılan üç eyvanı var. 
    Yakutiye Türkiyə ərazisində qapalı mədrəsə tipinin ən gözəl nümunələrindən biridir. Mədrəsədə Ərzurumun tarixi ilə bağlı maddi-mədəni əşyalar, geyim, ailə-məişət nümunələri  nümayiş etdirilir. 1994-cü ildən Müzey kimi istifadəyə verilən Mədrəsəni gün ərzində yüzlərlə yerli və xarici turist ziyarət edir.  

    Müalicəvi “Oltu daşı” yalnız Ərzurumda var

    Ərzurumun tarixi yerlərini gəzdikdən sonra “Oldu daşı” adlandırılan maraqlı bəzək əşyaları ateleylərinə yollandıq. Etiraf edim ki, bu daş haqqında əvvəllər eşitsəm də, bunun dünyada yalnız Ərzurumda olduğunu bilmirdim. Bölgənin Oltu mahalında çıxarılan və yarı qiymətli mədən xüsusiyyətində olan “Oltu daşı” və bu daşdan hazırlanan xüsusi aksesuarlar, təsbehlər, bijüteriya və bənzəri əşyalar bölgə insanı üçün həm də dolanışıq mənbəyidir. “Oltu daşı”nın stressə və romatizm ağrılarına qarşı müalicəvi təsirinin də olduğu bildirilir. 
    “Oltu daşı” ümumiyyətlə qara, tünd qəhvəyi, sarı, nadir hallarda isə boz-yaşımtıl rəngdə olur. Alıcılar isə daha çox qara rəngə üstünlük verirlər. Ümumiyyətlə “Oltu daşı” qadın bəzək əşyaları və təsbeh istehsalında əhəmiyyətli bir yerə malikdir. Əsrlərdən bəri bölgədə atadan oğula keçən ev-atelyelərdə əl və kiçik diametrli alətlər vasitəsi ilə istehsal edilir. Türkiyədə “Oltu daşı” qiymətli daşlar arasında mühüm yer tutur.  
    Maraqlısı odur ki, “Oltu daşı” mədənin içində olduğu zaman çox yumşaq, hava ilə təmasda olandan sonra isə sərtləşir. İşlənməsi asan olan bu daş istifadə olunduqca parıldayır.  
    Hər nə qədər “Oltu daşı”ndan digər aksesuarlar (üzük, boyunbağı, bilərzik, sırğa və s.) düzəltsələr də, sanki bu daşın simvolu təsbehdir. Ərzurumun müxtəlif yerlərində “Oltu daşı” təsbeh satan çox sayda dükan mövcuddur. Xüsusilə tarixi “Rüstəm Paşa Karvansarayı”ndakı dükan yerləri tamamilə “Oltu daşı” aksesuarları ilə zəngindir. Daşın çıxarıldığı Oltuda çox sayda daş işləmə atelyeləri və ustalar var.  
    Ərzurumda az qala hər kəsin əlində “Oltu daşı”ndan təsbeh görüncə təəccüblənə bilmirsən. Hazırda “Oltu daşı” keçmişə nisbətən daha az istehsal olunur. Bu daşın özəlliklərini tamaşaçılara anlatmaq üçün proqramda iştirak edən Ukrayna TV-ləri saatlarla çəkiliş apardılar. 
    Yuxarıda qeyd etdiyim kimi, Ərzurumda “Oltu daşı”dan hazırlanan aksesuarların satıldığı xüsusi bir bazar da fəaliyyət göstərir. Həmin bazar Ərzurum qala divarlarının aşağı - şəhərə tərəf olan hissəsində yerləşir. Burada onlarla dükan məhz alıcılara “Oltu daşı” təqdim edir.   

    Ərzurumun zəngin mətbəxi, folkloru var

    Qeyd edim ki, Ərzurumun zəngin mətbəxi var. Yayla şorbası, kəsmə şorbası, paça şorbası, müxtəlif növdə ət yeməkləri və xüsusilə son illərdə Ərzurumun simvoluna çevrilən Çağ kababı... Kadayıf dolması, burma şirini isə bölgənin sevilən şirniyyatlarındandır. Səfər əsnasında təşkilatçılar media mənsublarını yalnız Ərzuruma xas olan “Çağ kababı” və “Kadayıf dolması”na da qonaq etdilər.  
    “Köhnə Ərzurum evləri” adlanan məkanda təşkil olunan çay dəsgahı isə başqa aləm idi. Nağılları xatırladan “Köhnə Ərzurum evləri”nin içərisi qədim əşyalarla bəzədilib. Folklor, sənət, geyim, təsərrüfat nümunələri və daha nələr, nələr... Şəhərin mərkəzində yerləşən bu evlər əvvəllər ayrı-ayrı şəxslərə məxsus olub. Şəhər böyüyüb inkişaf etdikcə bu evlərin sakinləri də başqa yerə köçməli olublar. Zaman-zaman bu köhnə evləri alan indiki sahibi isə onların qədimliyini və memarlıq görünüşünü dəyişmədən bir-birinə birləşdirib. Daha doğrusu birindən digərinə qapı açaraq turist məkanına çevirib. “Köhnə Ərzurum evləri”nə daxil olan hər bir kəs müşayidəçi olmasa azıb qalar.  
    Səfərimizin maraqlı məqamlarından biri də “Polat Renaissance Otel”də təşkil edilən Ərzurum folkloru ilə bağlı göstəri idi. “Xına gecəsi” adı verilən tamaşa Ərzurum toy adətlərini tərənnüm edirdi. Klassik türk musiqisi ilə müşahidə edilən gecədə Ərzurum folklorunun maraqlı tərəfləri nümayiş olundu.  Bəy və gəlin halay çəkib “Xına gecəsi”ndə maraqlı rəqsləri ilə turistlərin diqqətini Ərzurum folkloruna çəkdilər.    

    Ərzurum valisi media mənsubları ilə görüşdü

    Proqramın ikinci günündə bütün gün kayak idman növü ilə məğğul olduq, xizək sürdük. Əslində xizək sürməyin elə də çətin idman növü olmadığını anladıq. Etiraf edim ki, proqramda iştirak edən Azərbaycan media mənsubları istisna olmaqla ruslar, gürcülər, ukraynalılar çox gözəl xizək sürürdülər. Qısa da olsa xizək sürə bilməyən media mənsublarına dərs keçdilər.  
    Günün sonunda isə Ərzurum valisi Səbahəttin Öztürk proqramda iştirak edən 5 ölkənin media mənsubları ilə görüşdü. Qonşularla gözəl münasibətlər qurmaq arzusunda olduqlarını vurğulayan S.Öztürk müxtəlif ölkələri təmsil edən jurnalistləri beş min illik tarixi olan və iki min metr yüksəklikdə yerləşən bir şəhərdə görməkdən məmun olduğunu söylədi. Hər il ən azı bir qış turizm tədbirinə ev sahibliyi etdiklərini bildirən S.Öztürk Ərzurumun qış turizmi üçün ən unikal bölgədə yerləşdiyini vurğuladı. Valinin sözlərinə görə, dünyada çox az sayda turistik yer var ki, bu yüksəklikdə yerləşsin, Hava Limanı və şəhərə bu qədər yaxın olsun: “2011-ci ildə “New York Tayms” qəzetinin qış turizimi ilə bağlı sıralamasında Ərzurum dünyada 42 şəhər arasında 18-ci yerdə qərar tutub”.
    Ərzurumun Türkiyənin və Şərqi Anadolu bölgəsinin ən əhəmiyyətli ticarət mərkəzlərindən biri olduğuna diqqət çəkən S.Öztürk vilayətdə buğda, yonca, yem bitkiləri, çayırotu, alma, armud, qoz, ərik, albalı, vişnə və zoğal yetişdirildiyini, bal istehsal olunduğunu bildirdi.  
    Vali ilə görüşdən sonra məhz proqram iştirakçılarının şərəfinə açıq havada musiqili əyləcə təşkil olundu. 

    Və son...

    Səfər boyu təşkilatçı KUDAKA hər ölkənin mediya nümayəndə heyəti üçün bir rəhbər təyin etmişdi. Bütün beş ölkənin jurnalistləri bir yerdə hərəkət etmələrinə baxmayaraq, həmin rəhbərlər məsul olduqları ölkə nümayəndə heyətlərinin yanından bir anlığa olsa belə ayrılmır, onları maraqlandıran  suallara ətraflı cavab verməyə çalışırdılar.   
    Ümumiyyətlə, səfər boyu belə nəticəyə gəldim ki, Ərzurum müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Vilayətdə ekoturizm, tarix və mədəniyyət, inanc və s. turizm növləri üçün geniş potensial var. Tarix və mədəniyyət abidələri ilə Ərzurum Türkiyənin digər şəhərlərindən heç də geri qalmır. Bütün bölgədə qədim şəhərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr bu gün də qalmaqdadır. Həmçinin ərazidə ənənəvi xalq sənəti növləri geniş inkişaf etmişdir. Bu da turizm üçün maraqlıdır. Ərazidə çoxlu sayda yerləşdirmə yerləri və restoranlar fəaliyyət göstərir. Turistlərin həm də kotej tipli və fərdi evlərdə qalmaq imkanları da genişdir.
    İlk diqqəti cəlb edən xidmət keyfiyyəti yüksək səviyyədə təşkil olunur. Yerləşdirmə yerləri kifayət qədərdir və bütün sosial təbəqələrə ünvanlanıb. Məsafəyə görə, Hava Limanı və şəhərə olduqca yaxındır, nəqliyyat yolları üzərində çoxlu sayda restoranlar var. Onların əksəriyyətinin gigiyenik səviyyəsi, xidmət keyfiyyəti və müştəri ilə işləmə üsulu dünya standartlarına tam uyğundur. 
    Dağ, qış və xizək turizmi Ərzurumun ümid vəd edən perspektivli sahələrindəndir. Dağların təmiz və gözəl havasından bəhrələnmək üçün Ərzuruma hər il on minlərlə turist gəlir. Bunun da səbəbi Ərzurumun  yuxarıda bəhs etdiyim daha çox müsbət keyfiyyətlərə sahib olmasıdır. 

    Niyaz NİFTİYEV


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 858
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30