Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara MÜRACİƏT
    O Bir Olan Yaradanın adı ilə!  Artıq 21-ci ildir ki, Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə və hisslərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, planetimizin taleyi üçün məsuliyyət daşıyan dünya liderlərinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tutur, israrla müraciət edirəm. Çünki əminəm ki, cahanda elə bir xalq, elə bir din ola bilməz ki ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin.


    Bəşəriyyət insanlığa qarşı cinayətləri daima nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərin əməllərini hər zaman lənətləmişdir. Lakin təəssüflə qeyd olunmalıdır ki, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən, Azərbaycan şəhəri Xocalının insanlıq adına ləkə olan faciəsi hələ də tarixin mühakiməsinə verilməmiş, bu, misli görünməmiş soyqırım faktı layiqli siyasi qiymətini almamışdır. Bu gün mənim həmvətənlərimin ədalətə ümidləri Allahın Mərhəmətinə və bəşəriyyətin düzgün münasibətinə bağlıdır.

    Bəşər övladının qan yaddaşında ikili standartlar yolverilməzdir, lakin artıq iyirmi ildir ki barəsində aləmə car çəkdiyimiz Xocalı faciəsi bügunədək beynəlxalq səviyədə qınaq obyektinə çevrilməmiş, onun baiskarları lənətlənməmişdir. 1992-ci il fevralın 26-da bütöv bir şəhərin - minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakininin erməni quldurlarının qəfil və amansız basqınına məruz qalması, 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyidlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə baş ucalığı gətirə bilməz. Lakin təəsüf və təəccüb doğuran fakt odur ki, bəşəriyyət ədalət çağırışlarımızı gərəkən etina ilə qarşılamır, beynəlxalq təşkilatlar bu misli görünməmiş cinayətin üzərindən hələ də sükutla keçirlər.

    Acı reallıq ondan ibarətdir ki, zaman-zaman törətdikləri cinayətlərə görə hələ də cəza almamış, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda heç bir sanksiya ilə üzləşməmiş erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət abidələrimizi, məscid və qəbirstanlıqlarımızı xarabalığa çevirmiş, maddi və mənəvi terror gerçəkləşdirmiş, tarixi sənəd və əşyaları mənimsəyərək özününküləşdirmişlər. Xocalıda törədilən məqsədyönlü soyqırımı aktı isə bütün bu vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur.

    Mən dünya ictimaiyyətini sayıq olmağa, erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını öz adı ilə çağırmağa səsləyirəm. Artıq 20 ildir ki, Xocalı qurbanlarının ahı Qarabağın dağlarında dolaşır. Hər bir sülhsevər insanın borcu bu işdə bizə həmrəy olmaqdır. Bəşəriyyət bu gün haqqa-ədalətə səs verməsə, sabah daha ağır rəzalətin qurbanı ola bilərik.

    Təəssüf doğuran haldır ki, müasir dünyada əsl deyil, qondarma soyqırımlarla bağlı qayğılananların şahidi oluruq. Beynəlxalq aləmdə, bir çox hallarda, saxta soyqırımların tanınması, soyqırım törətmişlərin «soyqırım qurbanları» kimi qələmə verilməsi yönündə meyllər bizi narahat edir. Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlərimiz, şükürlər olsun ki, artıq nəticələrini verməkdədir. Biz inanırıq ki, dünya soyqırımlara məruz qalmış Azərbaycan xalqının səsinə bundan sonra da biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardımçı olacaqdır. Ümidvarıq ki, Azərbaycan həqiqətlərinin israrla dünyaya yayılması, "Xocalıya dəstək" kampaniyası qəsbkar dövlət olan Ermənistanın əsl simasının açılmasına yardım göstərəcək. Artıq dünyanın bir neçə dövlətinin Xocalı soyqırımını tanıması bu ümidlərimizi daha da artırır.

    Mən, din xadimi olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirəm. Hər kəsə xatırlatmağı vacib sayıram ki, Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Odur ki, üzümü bir daha dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlara tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini insanlığa qarşı soyqırım aktı kimi tanımağa çağırıram.

    Qoy Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!

    Şeyxulislam
    Allahşükür PAŞAZADƏ

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 536
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30