Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    QMİ Elmi-Dini Şurası müraciət etdi
    “Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası və Qazılar Şurasının yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı ilə bağlı bəyanatına professor Rafiq Əliyevin münasibəti bir ziyalı, Elmi-dini Şuranın üzvü kimi məni narahat etdi”. Bu barədə açıqlama ilə QMİ Elmi-Dini Şurasının üzvü, Tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxış edib. QMI-nin Elmi-Dini Şurası və Qazılar Şurasında təmsil olunan Azərbaycanın tanınmış elm xadimləri – akademiklər, professorlar və nüfuzlu din xadimləri – qazılar, axundların iradəsinin ifadəsi olan Bəyanatı ictimai fikrin axınına qoşulmaq kimi qiymətləndirən, QMİ-nin Ə. Əylisliylə bağlı qərar çıxarmaq səlahiyyəti olmadığını bildirən Rafiq Əliyevlə bağlı aşağıdakıları çatdırmağı vacib bilirəm: 

    Açıqlamasının ruhundan məlum olur ki, Rafiq Əliyevin məqsədi tarix boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları inkar edərək erməni vəhşiliklərinə bəraət qazandıran Əkrəm Əylislini birmənalı şəkildə müdafiə etməkdir.
    R.Əliyev bir Azərbaycanlı olaraq, əsərində 20 ildən artıq erməni işğalı altında qalan Azərbaycan torpağından və öz yurd-yuvalarından qovulan bir milyon qaçqın və köçkünün taleyindən bir cümlə də yazmayan Əkrəm Əylislini qətiyyən qınamır. Qarabağda doğulub boya-başa çatan Rafiq Əliyev Əkrəm Əylislinin Qarabağla bağlı yazdığı böhtanlara cavab vermək əvəzinə, bu məsələyə bir cümlə ilə də olsa münasibət bildirmir, erməni işğalına haqq qazandırana haqq qazandırmağı özünə rəva bilir. R. Əliyevin ermənilərin törətdiklərinə bəraət verən üzdəniraq yazıçıya nədən qahmar çıxması sual doğurur.
    Milli təəssübkeşliyi olan şəxslərin "Daş yuxular"ı ədalətsiz və fəsadlı bir yazı hesab edərək onun müəllifinə haqlı irad bildirməsini R. Əliyev "kampaniya" kimi dəyərləndirərək, fəal vətəndaş mövqeyi bildirən insanları qınayır.
    R.Əliyev Ə.Əylislinin yazdıqlarına söz, ifadə azadlığı adı altında qahmar çıxır. Rafiq Əliyevin bu şübhəli təəssübkeş mövqeyinin ədalətsizliyini artıran cəhət həm də budur ki, o, Ə.Əylislinin söz azadlığını müdafiə etdiyi halda, Azərbaycan xalqının tanınmış elm və din xadimlərinin, millət vəkillərinin öz mövqelərini bəyan etmək hüququna şübhə ilə yanaşır. Bu, R. Əliyevin demokratik hüquqlara yanaşmasında da qüsurların olduğundan xəbər verir.
    R. Əliyev alim olaraq, yazılanları elmi, tarixi ədalət baxımından obyektiv dəyərləndirmək iqtidarında olmadığını da nümayiş etdirir. İslam dini ilə bağlı tədqiqat müəllifi kimi özünü təqdim edən Rafiq Əliyevin Ə. Əylislinin yazısında müqəddəs dinimizlə bağlı iftiralara münasibət bildirməsi onun alim olaraq borcu idi. Əkrəm Əylisli Allahı, müqəddəs dinimizi və Peyğəmbərimizi (S) təhqir edən, Əylisi ermənilərin Məkkəsi adlandıran üzdəniraq yazara İslam araşdırmaları ilə məşğul olduğu bildirilən "İrşad" mərkəzinin rəhbəri kimi cavab vermək əvəzinə səlahiyyətinə aid olmayan məsələlərə müdaxilə edir.
    Bir zamanlar yüksək hökumət postu tutmuş professor dövlətimizin etimad və qayğısı sayəsində yiyələndiyi araşdırma mərkəzində Ə. Əylislinin yazısının obyektiv müzakirəsini keçirib, burada dövlətçiliyimizə vurulan zərbələrdən danışmaq, tanınmış dövlət və ictimaiyyət xadimlərimizə atılan iftiraları ifşa etmək əvəzinə kosmopolit demaqogiya ilə məşğul olur, hörmətli akademiklərin, professorların, qazıların məsələyə ədalətli mövqeyinə şübhə ilə yanaşır. Görəsən həm elmi dərəcəsi, həm də dini bilikləri cəhətdən özündən yüksəkdə duran insanların iradəsini təftiş etmək səlahiyyətini ona kim verib? Keçmişdə dövlət məmuru olmuş, dövlətə xidmət etmiş bir şəxsin bu gün dövlətçiliyimizə zərər vuran və dövlət rəhbərinin ünvanına böhtanlar yağdıran bir yazarın "qayğısına" qalması anlaşılmır. Vəzifədən azad olunmaq heç də dövlət və Vətən təəssübkeşliyindən azad olmaq demək deyildir.
    Təəssüflər olsun ki, antimilli, dini təəssübkeşlikdən uzaq, dövlətçilik maraqlarına müxalif Rafiq Əliyev kimi alimin varlığı aramızda hələ də potensial "Əkrəm Əylislilərin" olduğundan xəbər verir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 625
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30