Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-ci ilin yanvar ayı ərzində bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib. Lisenziya alan təşkilatlar sırasında "Kroun LTD" MMC ("The Crown Hotel"), "XanNad" Elmi-İstehsalat Şirkəti, (Lənkəran-Lerik avtomobil yolunun 27-ci kilometri ərazisində yerləşən "Meşəbəyi" istirahət mərkəzi), "Qızıl Tac" mehmanxanası, "Horizon Turizm Agentliyi" MMC ("Miraj İnn", "Horizon"), ("Böyük Qala", "Kiçik Qala"), "Amil-Şərifli" kiçik müəssisəsi ("Prins" mehmanxanası üçün) və "Deluxe" mehmanxanası var.