Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Təhsil naziri Misir Mərdanov yeni ixtisasartırma modelinə keçiddən danışıb
    Bu gün Təhsil Nazirliyində “Yeni ixtisasartırma modelinə keçid” mövzusuna həsr olunmuş müşavirə keçirilib. Təhsil naziri Misir Mərdanov müasir dünyada ixtisasartırma təhsilinə mühüm əhəmiyyət verildiyini nəzərə çatdıraraq son illər ölkəmizdə bu istiqamətdə görülmüş işlərə diqqət çəkib. “Yeni ixtisasartırma modelinə keçid” mövzusunda təqdimat-məruzə ilə çıxış edən nazir ixtisasartırma təhsilində modul-kredit sisteminin tətbiqinin hüquqi-normativ əsasları və müsbət cəhətləri barədə məlumat verib. 

    Yeni modelə əsasən ixtisasartırma təhsili proqramlarının 3 modul üzrə qurulmasının nəzərdə tutulduğunu bildirən Misir Mərdanov həmin modulların tərkib hissələrindən söhbət açıb.
    Təhsil naziri yeni ixtisasartırma modelinin üstünlüklərinə və ənənəvi modeldən fərqli cəhətlərinə diqqət çəkib. İxtisasartırma təhsili sahəsində modul-kredit sisteminin tətbiqi istiqamətində son illər ərzində əldə olunmuş uğurlara toxunan nazir ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsinin hazırlandığını bildirib. Misir Mərdanov qeyd edib ki, ixtisasartırma sahəsində modul-kredit sisteminə keçidlə əlaqədar Təhsil Nazirliyinə təqdim edilmiş proqramlar müvafiq müsabiqə əsasında seçilib.
    Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Əlavə Təhsil Mərkəzi tərəfindən təqdim olunmuş proqramların modullar üzrə bölgüsünə diqqət çəkən nazir həmin müəssisələrin sayının artmasının mümkünlüyünü nəzərə çatdırıb. Təqdim olunmuş ixtisasartırma proqramlarının müvafiq qiymətləndirmə meyarları əsasında dəyərləndiriləcəyini söyləyən təhsil naziri ixtisasartırma aparacaq qurumların kadr potensialının da qiymətləndiriləcəyini vurğulayıb.
    Misir Mərdanov qeyd edib ki, yeni ixtisasartırma modeli ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin pedaqoji və digər işçilərinin bilik, bacarıq və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişaf etdirilməsinə daha mütərəqqi üsullarla nail olmaq məqsədilə hazırlanıb. Daha sonra yeni ixtisasartırma modelinin tətbiqi üçün həyata keçiriləcək digər tədbirlərdən söhbət açan nazir qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 638
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30