Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    QMİ Əkrəm Əylisinin “Daş yuxular” əsəri ilə bağlı bəyanat yayıb
    Bu gün Qafqaz Müsəlmanlar İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə Əkrəm Əylislinin Azərbaycan xalqını təhqir etdiyi iddia olunan “Daş yuxular” əsərinin müzakirəsi keçirilib. Müzakirələrdə çıxış edən QMİ sədri Allahşükür Paşazadə bildirib ki, əsər tamamilə Azərbaycan xalqının təhqir olunmasına həsr olunub və milli mənəvi dəyərlərimizə ziddir:


     “Burada Azərbaycan tarixi təhrif, İslam dini təhqir olunub. Əsasən dövlət başçımız haqqında obyektiv olmayan fikirlər səsləndirilir, 20 Yanvar və Xocalıda şəhid olanların ruhu təhqir olunur. Ona görə də bu əsər qəbuledilməzdir”.
     
    Deputat Yaqub Mahmudov da əsəri başabəla əsər adlandıraraq millətimizə qarşı saxtakarlığa yol verildiyini deyib: “Mən əsərin 50 səhifəsini oxuyub başa çatana qədər bir neçə dəfə halım dəyişdi, səhhətimdə problemlər yarandı. Əsər həqiqətən dözülməzdir, yazıçı ermənilərin mövqeyindən çıxış edir və Azərbaycanın başına gələnlər pərdələyir. Əsər və müəllif vətənə xəyanət nümayiş etdirir. Bu Əkrəm Əylislinin görmək istədiyi yuxulardır. Ermənilər tərəfindən daim təcavüzə məruz qalan biz azərbaycanlılarıq, amma əsər ermənilərə bəraət qazandırır. Bu qədər azərbaycanlıları təhqir edən əsəri indiyə qədər yalnız ermənilərin terrorçu yazıçısı Zori Balayan yazıb. Əkrəm Əylisli də onun yolunu davam etdirdi”.
     
    Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşenin də çıxış edərək Azərbaycanın müxtəlif xalqların, müxtəlif dinlərin birgə yaşadığı nümunəvi ölkə olduğunu bildirib. O əsəri qeyri səmimi əsər kimi xarakterizə edib. Dİgər qonaqlar da çıxış edərək əsəri tənqid ediblər. Sonda QMİ-nin Elmi-Dini Şurası və Qazılar Şurasının əsərlə bağlı bəyanatı səsləndirilib.
     
    Bəyanatda bildirilir ki, Azərbaycan dindarları Əkrəm Əylislinin üzdəniraq “Daş yuxular” əsərini birmənalı olaraq xalqımızın heysiyyətinə toxunan, ülvi dəyərlərinə təhqir kimi dəyərləndirir, bu mənəviyyatsızlığın qarşılığında onun “Xalq yazıçısı” adından məhrum edilməsini ədalətli addım sayırlar: “Dövlət tərəfindən hər zaman gördüyü qayğı və diqqət qarşılığında dövlətçiliyi sarsıtmaq istəyən, xalqına xəyanət edən bir şəxsin “Şöhrət” və “İstiqlal” kimi ali dövlət təltifləri daşımağa da heç bir mənəvi haqqı qalmayıb”.
     
    Dindarların bəyanatında deyilir ki, qəhrəmanının dili ilə Azərbaycan xalqının ünvanına olmazın iftiralar yağdıran müəllifin guya xalqlar arasında barışığa nail olmaq məramında olduğu fikrini səsləndirməsi isə riyakarlıqdan başqa bir şey deyil: “Nədənsə İrəvanda, Qarabağda - Şuşada, Ağdamda, Xankəndidə dağıdılmış, təhqir etmək məqsədilə heyvanların buraxıldığı məscidlərimizin, viran qoyulmuş ziyarətgah və qəbiristanlıqlarımızın taleyi üçün narahat belə olmayan müəllifi ermənilərin öz adlarına çıxdıqları, əslində isə albanlardan miras qalmış kilsə və monastırların aqibəti hədsiz qayğılandırır, yuxusunu ərşə çəkir. “Məsum” adlandırdığı ermənilərin ruhları üçün üzüntü və təəssüf hissi keçirən Əkrəm Naibovun yuxusuna nədən Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhları girmir?! Müsəlman kəndi Əylisi ermənilərin Məkkəsi adlandıran, azərbaycanlıları, müsəlmanları erməni kilsəsinə ibadətə çağıran Əkrəm Naibovun ağır mənəvi durumda olması, islamafobiyaya mübtəla olması və ermənipərəstliyi şübhə doğurmur”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 478
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30