Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İslam birliyinin təmin edilməsində alimlərin rolu
    «Allaha and olsun, əgər yeddi iqlimi onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlik edim, etmərəm».

     Həzrət Əli (ə)

    Həzrət Peyğəmbərimiz Mühəmmədin (s) gətirdiyi əsl İslam dini sonradan xurafata bulaşmasına baxmayaraq, məsum əimmələrimizin və alimlərimizin gecə-gündüz səyi nəticəsində əyintilərdən təmizlənmiş və saflaşmışdır. Başqa dinlərdən fərqli olaraq İslam elm və bilik mənbəyidir. İslamda elmə zidd olan və onunla uzlaşmayan bütün pisliklər zaman-zaman təmizlənmiş və günümüzədək gəlib çatmışdır.
    İslamda elə məsələlər də var ki, biz onu dərk edə bilmirik. Amma bu o demək deyil ki, həmin məsələlər səhv və yanlışdır. Bəlkə də bizim savadımız və təfəkkürümüz onları anlayacaq səviyyəyə gəlib çatmamışdır.
    Habelə İslam dini hər şeydən əvvəl ictimai həyat qanunudur. İslamda elm, məntiq, fəlsəfə, hökumət tərzi, əxlaq, insanın daxili məsələləri də yüksək səviyyədə qeyd olunmuşdur. İslam həm də cihad, şəhadət, mübarizə və siyasət dinidir. İslamın elmi mahiyyəti anlaşıldığı zaman demokratiyanın əsas cövhərini təşkil edən «qızıl orta»nı müəyyən etmək çox da çətin deyil. «Qızıl orta» və ya ictimai müvazinət deyilən məsələ Həzrət Əli (ə) tərəfindən belə ifadə olunmuşdur: «Mənim üzümdən iki dəstə həlak olacaqdır. Məni hədsiz sevdiyi üçün özünü haqdan uzaqlaşdıranlar, mənə hədsiz nifrət etdiyi üçün nifrəti ilə özünü haqdan uzaqlaşdıranlar. İnsanların ən xeyirlisi mənə qarşı orta yol tutanlardır. Siz də bunu edin, çoxluğa tabe olun. Allahın əli camaatla birlikdədir. Təfriqədən qaçın. Sürüdən ayrılan qoyunun qurda yem olması kimi, camaatdan ayrılan adam da şeytanın tilsiminə düşəcək».
    Həzrət Əli (ə) dövlətin möhkəmliyi üçün 4 əsas şərt buyurur:
    1. Hərb. 2. Daxili qoşun. 3. Həkim. 4. Müəllim.
    Bunları elə təmin etməlisən ki, hərəsi öz işini görsün. Əgər bunlardan biri rüşvətə qurşanarsa, dövlət mütləq süqut edər. Bu gün İslamdan uzaq olmağınızın nəticəsidir ki, mənəviyyatsızlıq baş alıb gedir. Gələcəyin anaları olan azyaşlı qızlarımızın hərəkəti təəssüf doğurandır. Bu barədə Həzrəti Peyğəmbər (s) buyurur: «Elm insanın mənəviyyatını saflaşdırmaqda tam gücsüzdür. Bunu məhz din, əqidə saflaşdıra bilər».
    Doğrudan da günümüzün reallığıdır ki, bir çox yüksək titullu, üzdəniraq ziyalılarımız adi davranış qaydalarından belə xəbərsizdirlər. Ona görə də orta və ali məktəblərdə din dərslərinin keçilməsi günümüzün vacib məsələsidir. Hindistanın keçmiş baş naziri Cəvahirlər Nehru bir ömür dinsizlikdən sonra həyatının sonlarında anlayır və deyir: «…Bəşər bütün zamanlarda ruhi və mənəvi azadlığa möhtacdır».
    İslam özündə dövlətçilik, birgə yaşayış, insan hüquqları, sosial ədalət prinsiplərini də əks etdirir. Onlardan bir neçəsini nəzərinizə çatdırıram:
    Xalqın iradəsi: Allahın yerdəki nümayəndəsi hökmdar yox, dini nüfuz sahibləri yox, hətta peyğəmbər də yox, xalqdır. Yalnız xalq öz müqəddaratını həll edə bilər. Yəni Yer üzündə öz həyatlarını idarə etmək və daim abadlaşdırmaq məhz insanların vəzifəsidir. Bütün bunları da layiqincə yerinə yetirmək üçün alimlərə böyük ehtiyac var.
    Ümumi razılıq prinsipi: Peyğəmbər də şəxsən özü qərar qəbul etməməlidir. O, ümumi razılığa uyğun iş görməlidir. «İşlərini məşvərətlə həll eləyirlər», «…onlarla məsləhətləş», «bunları onlara başa sal. Sənin borcun onları inandırmaqdır. Sən onlara hökm eləyən deyilsən».
    Seçki azadlığı: İslama görə, insan seçki hüququna malikdir. O həm  seçə, həm də seçilə bilər. İnsan əməldə ixtiyar sahibidir. İnsanın Allah qanununu qəbul etməyə və ya etməməyə hüququ var. Bu halda o, özü Allah qarşısında cavab verməli olacaq. «De ki, Rəbbinizin dərgahından gəlmiş haqqa inanmaq istəyən inansın, istəməyən dansın onu…».
    Şəxsi təhlükəsizlik: «Özgəsinin evinə nə badə icazəsiz, sahibinə salamsız girəsiniz».
    Ailə münasibətləri: «Ailədə kimin gücü nəyə çatırsa, onu da boynuna götürsün. Ailədə kişi və arvad işlərini məşvərət və ümumi razılıqla etməlidirlər».
    Sosial təminat: «Və onların var-dövlətində əl açanın və ehtiyacı olanın da payı var idi».
    Vicdan azadlığı: «Dində məcburiyyət yoxdur». «…Heç məcbur edərik ki, istəməyə-istəməyə bunları qəbul edəsiniz?»
    Həzrət Peyğəmbər (ə) Qurandan iqtibas edərək hədislərinin birində buyururdu: «İman gətirmək gündə beş dəfə Qərbə, yaxud Şərqə baş əymək deyil, İman odur ki, Rəbbinə inanıb xeyirxah və ədalətli işlər görəsən».
    Peyğəmbərimizin (s) bu kəlamı isə öz hüquqlarını müdafiəyə qalxan xalq üçün daha çox vacibdir: «Kim şərlə üz-üzə gəlsə, ona qarşı vuruşsun, gücü çatmırsa, qoy şərə qarşı fikrini açıq söyləsin, ona da gücü çatmırsa, onda bu şəri öz ürəyində bağlasın. Amma bu iman gətirməyin ən zəif təzahürü olacaq».
    Məhz bu kimi İslami dəyərlərlə tanış olan Napoleon özünün sərkərdəlik, dövlətçilik salnaməsində Mühəmməd Peyğəmbərin (s)  təfəkküründən, Quran həqiqətlərindən bəhrələnmədiyi ilə təəssüflənib və  haçansa müsəlmanlığı qəbul edəcəyini bildirib.
    İngilislərin ən böyük mütəfəkkiri Bernad Şounun fikri daha maraqlıdır: «Öncədən görürəm və indidən də onun nişanələri görünməkdədir ki, Mühəmməd (s) imanı sabahkı Avropa tərəfindən qəbul ediləcək. Mənim etiqadıma görə, onun kimi bir adam yenə dünyanın ixtiyar sahibi olsa, bu gün dünya öz problemlərinin həllində elə müvəffəqiyyət qazanacaqdır ki, bəşərin arzusu, sülh və səadət təmin olunacaq».
    Maraqlıdır, əsrlər boyu Qərb İslam əxlaqına, İslam mədəniyyətinə, İslam elminə, İslam fəlsəfəsinə və İslamda olan demokratiyaya həsrət çəkdiyi halda bu gün tarixi gerçəkliyi bilməyən «alimlər» Qərbə pənah aparır, Qərbdən mayalanmaq isətyirlər.
    Deməli, həqiqətən saflıq, vəfa və sədaqət olarsa, insanlar dünya və axirətdə cənnət həyatına nail ola bilərlər. İnsanları zülmətdən nura çıxarmaq üçün Peyğəmbərə (s) nazil olan Qurani-Kərimin məzmunu və məqsədi bütünlükldə bundan ibarətdir. Vəhylərin nazil olmağa başladığı dövrdən təqribən 1400 il keçdiyi indiki vaxtdan dönüb keçmişə nəzər salsaq, tarixin səhifələrində İslam etiqadı əsasında cəmiyyətlər qurmuş bir çox dövlətlərin adlarını görərik. Burada ilk növbədə Allahın sonuncu Peyğəmbərinin (s) bilavasitə həmin vəhylər əsasında, böyük zəhmət və qurbanlar hesabına yaratdığı və başçılıq etdiyi ərəb dövləti durur ki, sonralar İslam etiqadının yayılması nəticəsində dünyanın bir çox xalqlarının da daxil olduğu böyük Ərəb xilaıfətinə çevirilmişdir. Tarixin sonrakı səhifələrində isə, İslam bayrağı altında təşəkkül tapmış dövlətlərdən Səlcuqiləri, Şirvanşahları, Teymuriləri, Osmanlıları, Səfəvviləri və başqalarını görərik. Döğrudur, bu dövlətlərin tarixi ərzində qarşılıqlı münasibətləri heç də həmişə tam rəvan olmamışdı, lakin onların İslami dəyərlərə əsaslanan qanunvericilik fəaliyyəti bu etiqadın qorunub saxlanılmasında və möhkəmləndirilməsində böyük xidmət sayıla bilər.
    Bütün bunlar da yenə elm adamları və alimlərin səyləri nəticəsində mümkün olmuşdur.
     Müasir dünyada isə etiqad edənlərin sayı 2 milyarda çatmış İslam dinində olan müxtəlif xalqların yaşadığı, müsəlman tarixi ənənələrinə dərin bağlılığı ilə diqqəti cəlb edən bir çox dövlətlər vardır. Onlar da (Səudiyyə Ərəbistanı, İran, Pakistan, İraq, Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları və s.) öz növbələrində, əsrlərin sınağından keçib formalaşmış islami dəyərləri böyük qayğı ilə saxlayırlar. Əlbəttə, məlumdur ki, müsəlman xalqlarının ictimai-siyasi həyatını müəyyənləşdirən müasir dövlətlərin hamısı dini dövlətlər deyillər. Lakin istər ruhani, istərsə də dünyanın mövqeyi bu ölkələrin əhalisinə və dövlətinə bir-biri ilə müxtəlif məzmunlu siyasi, iqtisadi və mədəni əməkdaşlıq etməyə qətiyyən mane olmur. Çünki bu əməkdaşlığın ümumi qəbul olunmuş beynəlxalq norma və prinsiplərin əsasında əslində elə Quranda irəli sürülmüş və haqqında qısaca danışdığımız İslam birliyinin təminatında alimlərin rolu böyükdür. Həzrət Peyğəmbərdən (s) sonra bu işdə elmi, ədəbi, malı və canı ilə fərqlənən şəxs Mövla Əli (ə) olmuşdur. İstər xəlifələrin dövründə, istərsə də özünün xəlifəliyi zamanında bütün varlığı ilə buna çalışmış və həyatının bahasına başa gəlsə də məqsədinə nail ola bilmişdir.
    Mövla Əli (ə) İlahi qanunların qorunması, İlahi hökümlərin ciddi tutulması və onlardan kənara çıxanların cəzalandırılması məsələsində Qurani-Kərimdə göstərilən ehkamlara layiqincə əməl etməkdə sabitqədəm olmuşdur. O, «Nəhcül-Bəlağə»nin 215-ci xütbəsində İlahi hökümlərin qorunması və onlardan kənara çıxmamaq barəsində buyurur: «Allaha and olsun, əgər yeddi iqlimi onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlik edim, etmərəm».
    Mövla Əli (ə) Allah yolunda çox möhkəm idi və Allahdan başqa heç nəyi nəzərə almırdı. Belə ki, əmisi oğluna verdiyi hakimiyyətdə heç nəyi nəzərə almadı. Həmçinin qardaşı Əqilin ondan beytülmaldan artıq mal istəməsini təmin etmədi. Onu Allah kimi tanıyıb etiqad bəsləyən bir dəstənin cəzalandırılması barədə göstəriş verməsi də Həzrət Əli (ə) əqidəsinin bariz nümunəsi idi. Həzrət Əlinin (ə) haqq çərçivəsi, Allahın hökmlərinin icrası yolunda müqavimət göstərməsi, möhkəm dayanması və barışmazlığını sübut etmək üçün Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində baş vermiş hadisələrə diqqət etmək kifayətdir.
    Dünyada heç bir siyasətçinin onun və səhabələrinin qəhrəmanlıq və şücaətinə malik olmaması, gördüklərini görə bilməməsi qənaətinə gələ bilərik. Bunlar bəyənilən bəşəri sifətlər, xislətlər və məziyyətlərdir.
     Beləliklə, aydın oldu ki, Mövla Əli (ə) onların hamısından rəftar və davranışına tabe olunmalı imam və arxasınca gedilməli başçıdır.
    Mövla Əlidən sonra məsum imamlar öz elmi bilikləri və təqvaları ilə İslamda yaranan problemləri həll etmiş və İslam dinini düşmənlərdən qoruyub saxlamışlar. Xüsusən, İmam Cəfər Sadiq dövründə yaranan məzhəb ixtilafları imamın şəxsən böyük zəhməti müqabilində nizamlandı. Onun dövründə qırx mindən artıq alimlər yetişdi. Əhli-sünnə alimlərindən Əbu Hənifə, İmam Malik, İmam Şafei və İmam Həmbəlinin zəhməti də danılmaz həqiqətdir. Bu gün dünyada öz elmi əsərləri ilə məşhur olan sihahi-sittə sahiblərinin yazdıqları kitablarla - Səhih Buxari, Səhih Müslüm, Sünən Əbu Davud, Came Tirmizi, Sünən Nisai və Süən ibn Macə İslam aləminə xidmət etməklə yanaşı, yad əllərin İslama uzanmasının da qarşısını almışlar.
    Min illər boyu yer üzündə davam edən həyatın Böyük qüdrət sahibi tərəfindən ilk yaranışı, onun sonrakı davamı və nizamlanması prosesində insanların özlərinin şüurlu iştirakı məsələsi dini dünyagörüşündə demokratik prinsipin ilk amili kimi diqqəti cəlb edir. Özünün yaratmaq qüdrətinin müəyyən hissəsini insana əta etməklə Allah ictimai münasibətlərin demokratik əsaslar üzərində qurulmasının başlanğıc nümunəsini göstərmişdir. İnsan isə öz növbəsində bunu öz qabiliyyəti daxilində davam etdirir.
    Qeyd etmək lazımdır ki, bəşər övladı onu əhatə edən ətraf mühitin dərk olunması və ona təsir göstərilməsi sahəsindəki fəaliyyətində ikili yanaşma mövqeyindən çıxış etmişdir. Başqa sözlə, bu yanaşma mövqeləri bir-birindən fərqli olan iki konkret istiqamətdə özünü göstərmişdir. Həyat boyu daim növbələmək həmin mövqelərin biri məcburiyyətdən könüllülüyə doğru, digəri isə könüllülükdən məcburiyyətə doğru olmuşdur. Əlbəttə, insanların subyektiv düşüncəsinin təsiri altında həyat çox vaxt məcburiyyətdən könüllülüyə xətti ilə təşkil olunmuşdur ki, bu da cəmiyyətdə könüllü surətdə fikir birliyi yaradılmasının çətinliyindən irəli gəlmişdir. Hərçənd bu istiqamət daha obyektiv və ədalətli həyat yoludur. Lakin Allahın ən böyük nemət kimi insana verdiyi şüurdan o, faili-muxtar varlıq olmaqla ümumi mənafeyə uyğun mövqe tutmağın yolunu heç də həmişə tapa bilməmiş, böyük Yaradanın zaman-zaman insanlar arasından müəyyənləşdirdiyi peyğəmbərlər tərəfindən ədalətli həyat quruluşunun təbliğ edilməsinə baxmayaraq, bəşəriyyət tarixində bunu tam döğru-düzgün həyata keçirmək mümkün olmamışdır. Bunun əsas səbəbi insan varlığında daim qarşıdurmada olan ağılla nəfsin mübarizəsində ikincinin dünya malına həristikdə özünü qüvvətli şəkildə göstərməsi və çox vaxt üstün gəlməsi olmuşdur. Məhz nəfisin aldadıcı təsiri üzündən insanlar bir-birilə ümumi rəyə gəlməkdən daha çox qarşıdurmaya meylli olmuşlar. Lakin qeyd etmək lazımdır ki, birgəyaşayış prosesində cəmiyyətin səlahiyyətli qüvvələrinin digər təbəqələrə qarşı münasibətdə çox vaxt tətbiq etdikləri zorakılıq üsulları  da bu məsələdə az rol oynamamışdır. Yaşamaq uğrunda hər hansı səbəbdən həyat nemətlərindən məhrum olan ictimai təbəqələrin narazılığı onların əsrlər boyu həmin nemətlərdən bəhrələnmək uğrunda fəaliyyətdə qarşılıqlı mübarizəyə sövq etmişdir. Nəticədə qarşıdurma mövqeyi daha da güclənmiş, ictimai münasibətlərdə kəskinləşmə artmışdır. Buna görə də dünya xalqlarının tarixində dəfələrlə münaqişələr, üsyanlar, inqlablar baş vermiş, ictimai-iqtisadi formasiyalar dəyişmişdir. İnsanlar hətta bəzən özlüyündə ədalət axtara-axtara bir çox haqsızlıqlar törətmişlər. Beləliklə, məhz nəfsin sapdırmaları üzündən böyük günahlara yol vermiş cəmiyyətlər dəfələrlə Allah-Təalanın ədalətli cəzasına düçar olmuşlar. Qurani-Kərimin Yasin surəsinin 30-32-ci ayələrinə diqqət edək: «Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza etməsinlər! (Buna görə də əzaba düçar olarlar.)»
    «Məgər onlar (Məkkə müşrikləri) özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiymizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadıqlarını görmürlərmi?»
    «Hamı, hamı (Qiyamət günü) bizim hüzurumuza gətiriləcək.»
    Nuh, (ə) Lut (ə) və başqa peyğəmbərlər zamanında baş verən faciələri yadımıza salaq.
    Fəqət buna baxmayaraq, bəşər övladının sonrakı törəmələri bir-birinə qarşı, təkrarən yenə günah əməllər etmişlər. Hətta bəşəriyyət həyatının nizamlanmasının ən təkmil yolu göstərilən müqəddəs Quran-Kərim nazil olandan sonra da insan övladı cürbəcür naqisliklərə yol vermişdir. Zəburdan başlayıb Quran-Kərimə qədər bütün dini kitabların təbliğ edilməsinə baxmayaraq, insanlar yenə də bir çox günahlara yol verirlərsə, onda yaranmışların əşrəfi sayılan bəşəriyyət hələ təkmilləşməkdə davam etməlidir ki, həqiqətən bu ada tam layiq olsun. Bunun isə yeganə yolu Quran-Kərimdə göstərilmiş elm yoludur. Tarix boyu dağıdıcı qüvvələrin insanlığa qarşı törətdiyi bir çox dəhşətli cinayətlərdən fərqli olaraq yaradıcı qüvvələrin təfəkkürdə və əməldə, siyasətdə və sənətdə qazandıqları böyük nailiyyətlər məhz elmin sayəsində ərsəyə gəlmişdir. Bunlar da heç şübhəsiz ki, alimlərin sayəsində mümkün olmuşdur. 
    Həyaytın demokratik əsaslar üzərində qurulması məsələlərinin ən geniş təbliğ olunduğu Qurani-Kərimdə «Ali-İmran» surəsinin 79-cu ayəsində deyilir: «Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: «Allahı buraxıb mənə qul olun»-desin! Əksinə, o, öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!-deyər». Yaxud, yenə həmin surənin 104-cü ayəsində belə göstərilir: «(Ey müsəlmanlar!) İçərinizdə insanları yaxşılığla çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat) həqiqətən nicat tapmış şəxslərdir».
    Bu məzmunda göstərişlərə Quranın bir çox başqa surə və ayələrində də rast gəlmək olar. Deməli, öyrənən və öyrədən mükəmməl elmə,  gözəl əxlaq və əmələ sahib olmalıdır. Bunun əsasında insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən bir cəmiyyət formalaşdırmaq mümkündür. Bu yolla bütün Yer üzündə xalqların tam azad və əsl demokratik cəmiyyətləri qurula bilər. Allah-Təala tərəfindən haqq-ədalət yolunun göstəricisi olaraq ayrı-ayrı surələrdə dəfələrlə qeyd edildiyi kimi, peyğəmbərə nazil olunan Quranın insananlar üçün hidayət yolu (doğru yol) olması müddəası mühüm bir məsələ ilə sıxı surətdə bağlıdır. Bu, dolayısı ilə Qurani-Kərimin «Bəqərə» surəsinin 121-ci ayəsində belə izah edilir: «Verdiyiniz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə ziyan yetirənlərdir».
    Allah-Təala Özünün faili-muxtar yaratdığı insana bu müraciətində imanla küfrün fərqlərini aydın göstərir. «Allaha iman gətirərsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur»-deyə qəti surətdə müəyyənləşdirməklə yanaşı, bəşər övladını həm də könüllü seçim qarşısında qoyur. Eyni zamanda «dində məcburiyyət (zorakılıq) yoxdur» deyir. («Bəqərə» surəsi, ayə 256, «Səcdə» surəsi, ayə 13 və s.).
    Beləliklə, böyük Yaradan insanın qarşısında hər dəfə, onun ictimai münasibətlərin nizamlanması sahəsindəki fəaliyyətində həyatın ən demokratik vasitəsini irəli sürür.
    Qurani-Kərimdə insanın gündəlik həyatının ən adi davranış normalarından tutmuş, xalqlararası münasibətlərə qədər böyük məsələlər haqqında müddəalar var. «Bəqərə» surəsinin 168-ci ayəsində «Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanından yeyin. Şeytanın izi ilə getməyin! Həqiqətən şeytan sizinlə açıq-açığına düşməndir!» - göstərişi və xəbərdarlığı verilir. Elə həmin surənin 188-ci ayəsində sözügedən fikrin davamı kimi, «bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin, xalqın mallarından bir qismini billə-bilə haqsız yemək üçün günah yolu ilə (rüşvət) hakimlərə müraciət etməyin», 190-cı ayədə isə «(Ey Möminlər) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!»-deyilir.
    Əlbəttə, bütün bu deyilən Quran kəlamını sadə insanlar anlaya bilməzlər. Bunun üçün yenə alimlərə ehtiyac var. O alimlər ki, onlar həm bilir, həm əqidələri var, həm də əməl edənlərdir. Təsadüfi deyil ki, Allah-Təala Qurani-Kərimdə «Soruşun bilənlərdən (zikr əhlindən) o şeyləri ki, siz bilmirsiniz» - deyə buyurmuşdur.
    Məhz İslam alimləri bütün bunlara görə, zaman-zaman Qurani-Kərimi, Peyğəmbər sünnəsini mükəmməl öyrənməyə səy etmiş və onları ərsəyə gətirərək ictimaiyyətin ixtiyarına vermişlər. Qərb alimlərindən fərqli olaraq, İslamın fəlsəfə və irfan alimləri daha qabağa getmiş, İslami dəyərləri yüksək keyfiyyətləri ilə biri-digərinə ötürmüşlər. Bunlardan Fərabi, İbn Sina, Nəsrəddin Tusi, İbn Rüşt, Mirdamət və başqalarının  böyük zəhməti olmuşdur. XX əsrin sonlarında yaşamış şəhid Mürtəza Mütəhərrinin bu sahədə yazdığı cild-cild əsərlər dediklərimizə əyani sübutdur.
    Şərq fəlsəfəsinin görkəmli nümayəndəsi, 430 il bundan əvvəl yaşamış Məhəmməd İbrahim Şirazi (Sədrül-mütəəllihin və ya Mola Sədra adı ilə tanınmışdır. Vəfatı hicri 1050), fəlsəfədə məlum olan dörd məktəbi birləşdirməklə onların arasında olan ziddiyətləri aradan qaldırmış və bununla özü yeni bir fəlsəfənin əsasını qoymağa nail olmuşdur. Mola Sədra böyük ustalıqla fəlsəfə və irfanı öz yaradıcılığında birləşdirməyi bacarmışdır. Onun fəlsəfəsində seyri-sülük nəfsi təmizləmək məsələləri xüsusi yer tutur. Ustad fəlsəfənin məqsədini belə izah edir: «Fəlsəfə insanın elmi aləmindən eyni aləmə çevrilməsi üçündür.»
    Bu fəlsəfənin məqsədi insanı Allaha yaxınlaşdırmaqdır. Bu da ancaq daxili təmizlənmə, özünü dərketmə və təfəkkür yolu ilə baş verə bilər.
    Ariflərin nöqteyi-nəzərinə görə, insan elə bir məqamın sahibidir ki, gərək aləmin bütün sifətlərini və həqiqətlərini özündə tapsın. İnsan ayrılıqda özü böyük bir dünyadır. Buna görə də insanla aləmin həqiqəti eyni şeydir. Bu baxımdan ariflər insanı kiçik aləm, aləmi isə böyük insan adlandırmışlar. Mövla Əli ibn Əbu Talibin şerində bu mətləb daha gözəl açıqlanır: «Sənin dərdin özündədir,  amma bilmirsən,
    Sənin dərmanın da özündədir, amma görmürsən,
    Güman edirsən ki, sən kiçik bir şeysən,
    Halbuki səndə böyük bir Aləm yerləşibdir.
    Sən elə bir aşikar kitabsan ki,
    Onun sözləri ilə gizli şeylər aşkara çıxar». İslam aləmində öz dəsti-xətlərilə tanınan və şəriətin sütunlarını elmi əsərləri ilə möhkəmləndirən dahi şəxsiyyətlərin də adlarını çəkmək yerinə düşərdi. Bunlardan Şeyx Nizami Gəncəvi, Mola Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, İmadəddin Nəsimi və digər görkəmli şəxslər xalqlar arasında İslam birliyinin möhkəmlənməsində müstəsna rolları olmuşdur.
    Aləmlərə bəsirət gözü ilə nəzər salsaq, orada dəniz, səhra, yol, dağ, meşəlik və bunlar kimi minlərlə rəngarəng məkanlar, əşyalar və s. şeylər görə bilərik ki, onun mikroforması insan bədənində yerləşmişdir. İnsan beyni, onun funksiyası, işləmə tərzi elə möcüzəli bir aləmdir ki, ariflər bunun izahında acizdirlər. Böyük filosof-şair İmadəddin Nəsiminin fikrinə nəzər salaq. O, tövhid bəhsində yazır:
    Necə vəsf eyləsin kimsə sənin vəsfini, ey Sane
    Ki, aciz qətrə şərhindən onun danavu həm bina  Yenə orada: «Verən sənsən, alan sənsən, deyən sən, eşidən sənsən,
    Görən sən, göstərən sənsən, onun çün qamusi ziba,
    Qədimi ləm yəzəl sənsən, əbəd sənsən, əzəl sənsən,
    Qəmu səndən bu combeşlər, cahanda bir quru qovğa. Ürəklər başı səndəndir, bu gözlər yaşı səndəndir,
    Həqiqət cümlə səndəndir, bu başlarda olan sevda.» Yenə həmin tövhiddə: «Həkimi ləmyezəl sənsən, muğimi bizəval sənsən,
    Mutiəm bəndə fərmanəm sənindir əmr ya mövla.
    Bu biçarə Nəsimi çün bu tövhidi demək qandan,
    Məgər ol Xaliqi-Yəzdan onun könlün gözün əhya». Əlbəttə, bu beyt parçalarında bir neçə Nəsimi siması canlanır. Onlardan biri - arif Nəsimi batini gözü ilə İlahi qüdrətini seyr etməklə bütün bu olayları görür və bunları Allah-Təala ilə bağlayır.
    İkincisi, həkim Nəsimi hikmət dəryasına baş vuraraq məzhəbi məsələləri – cəbr və təfviz anlayışını önə çəkir.
    Üçüncüsü, filosof Nəsimi isə insanı azad – faili-muxtar (əməldə ixtiyar sahibi) görərək, aləmləri insanda cəmləşdirir, lakin özünü – insanın cahana – aləmlərə sığışmadığını iddia edir.
    Nəhayət, mömin Nəsimi sonda bütün hadisələri mütləq varlıq olan Xaliqin – qüdrət sahibinin öhdəsində qoyur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 965
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30