Çizgi film dünyasının ən sevilən xarakterlərindən Mickey Mousenin başı dərddə. “Azadinform” xəbər verir ki, Səudiyyə Ərəbistanında Şeyx Məhəmməd Munajid sevimli siçanı şeytanın əsgəri olduğunu irəli sürərək ölüm fətvasını verib.
Radikal çıxışları ilə tanınan din adamı deyib:
"Siçan, şeytanın əsgərlərindən biridir. Onun tərəfindən yönləndirilir. Bir siçan yeməyə toxunanda isə onu atmaq lazımdır. Maye qidalarda da eyni vəziyyət sabitdir. Tom və Ceri xarakterləri də eynilə Mickey Mouse kimi təhlükəlidir. Onların da ölməsi lazımdır”.