Dövlət Komitəsinin sədrinin Səudiyyə Ərəbistanına səfəri başlayıb
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb. Səfər Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, Vəqflər, Dəvət və İrşad naziri - Şeyx Saleh bin Əbdüləziz bin əl-Şeyxin dəvəti ilə baş tutub.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçiriləcəyi və ölkələrimiz arasında dini sahədə bir sıra məsələr ətrafında müzakirələrin aparılacağı nəzərdə tutulub.