Çinin Hınan əyalətində bir yük maşınının partlaması nəticəsində yoldakı körpü çöküb. “Azadinform” xəbər verir ki, körpünün 80 metrlik hissəsi çöküb və 26 adam həyatını itirib. Partlayışa səbəb olan yük maşınının hava fişəngi partlayıcılarla yüklü olduğu qeyd edilir. Yerli səlahiyyətlilər partlayışla bağlı olaraq körpünün çökməsi nəticəsində maşınların körpüdən uçduğunu və ölü sayının arta biləcəyini bildiriblər.