İctimai paylaşma saytı Twitterdə Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfat etdiyinə dair iddialar yer alıb. Türk mediası xəbər verir ki, Süleyman Dəmirəlin xüsusi həkimi Aylin Cəsur isə bu kimi məlumatları təkzib edib. A.Cəsur qeyd edib ki, ictimai media Twitterdə Süleyman Dəmirəlin vəfat etdiyinə dair bəzi iddialar çıxıb: “Hörmətli Cumhurbaşkanımızın sağlamlığı yerində və özü normal həyatını davam etdirməkdədir.”