Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Son səkkiz ildə orta məktəb məzunlarının sayı azalıb
    Azərbaycanda son səkkiz ildə orta məktəb məzunlarının sayı 33810 nəfər azalıb. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə və “Abituriyent” jurnalının 12-ci sayının təqdimatına həsr olunan tədbirdə deyib. Komissiya sədri bildirib ki, 2012-ci ildə ümumi təhsil müəssisələrinin 89298 məzunu olub: “Son səkkiz ildə məzunların sayı 27.46 faiz azalıb. Bu il sənəd verənlərin 58.84 faizini builki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2009-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 60.90 faiz, 2010-cu ildə 55.63 faiz, 2011-ci ildə isə 58.39 faiz olub”.


    TQDK sədri qeyd edib ki, bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 471 abituriyent iştirak edib. Onlardan 41.70% 0-100, 22.95% 100-200, 15.06% 200-300, 15.50% 300-500, 4.79% isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1226 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Yüksək nəticə göstərənlər I qrupda 234, II qrupda 297, III qrupda 350, IV qrupda 345 nəfərdir. 5 nəfər isə maksimal nəticə – 700 bal toplayıb.
    Komissiya sədri əlavə edib ki, ali təhsil müəssisələrinə bu il 34098 plan yeri ayrılıb. Onun sözlərinə görə, qəbul planı ötən illə müqayisədə 8.53 faiz artıb. 2012/2013-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 34098 yer ayrılıb. Qəbul planının 28709 yeri dövlət, 5389 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşüb. 10680 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulub. Bunlardan 90 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər tərəfindən tutulub. Ötən illə müqayisədə bu tədris ilində dövlət ali təhsil müəssisələrinin qəbul planı 8.81% (2325 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 7.03% (354 yer) artıb. Ümumilikdə, qəbul planı 2679 yer (8.53%) artıb. Ötən il isə qəbul planında 2.98% artım olub. Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2012-ci ildə Azərbaycan və rus bölmələri üçün ayrılıqda olan plan yerlərinin hesabına hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər 2.56 dəfə artıb. Cari ildə artıq hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin 56.75%-ni təşkil edib.
    TQDK sədrinin sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100621 abituriyent ərizə verib. Ərizələrin sayı ötən illə müqayisədə 6.39% azalı: “Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100621 abituriyent ərizə verib. Ötən illə müqayisədə sənəd verənlərin sayı 6863 nəfər azalıb. Onların 4885-i orta ixtisas, 425-i ali (2-ci ixtisas kimi), qalanları isə ümumi orta təhsillidir”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 725
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30