Şeyxülislam Qazaxıstan səfiri Serik Primbetovu onun xahişi ilə qəbul edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli səfiri Serik Primbetovu onun xahişi ilə qəbul edib. Səmimi şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunmuş, iki xalq arasındakı ənənəvi dini-mənəvi əlaqələrin daha da inkişafı haqında fikir mübadiləsi aparılıb.