Əbülfəs Qarayev İspaniya və Andorraya rəsmi səfər edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniya Krallığı və Andorra Knyazlığına rəsmi səfər edib. Fevralın 2-dək davam edəcək səfər zamanı Barselona şəhəri və Andorra knyazlığının turizm potensialı ilə tanışlıq, qış turizmi sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, 30 yanvar - 2 fevral tarixlərində Ə.Qarayev İspaniyanın Madrid şəhərində təşkil olunacaq "FİTUR" Beynəlxalq Turizm Sərgisində, BMT-nin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə keçiriləcək "Know-How" tədbirlərində iştirak edəcək.
Səfər çərçivəsində Ə.Qarayevin Andorranın turizm və ətraf mühit naziri Françesk Kamp Torres, İspaniyanın turizm üzrə dövlət katibi İzabel Barrego, Ümumdünya Turizm Təşkilatının Baş Katibi Taleb Rifai, İspaniyanın mədəniyyət üzrə dövlət katibi Xosé María Lassal Ruiz, o cümlədən digər rəsmilərlə görüşləri nəzərdə tutulub.