Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Davosda “SOCAR - Energy of Azerbaijan” adlı təqdimat mərasimi keçirilib
    Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən rəsmi qəbul təşkil edilib. Ənənəvi olaraq keçirilən builki qəbulda “SOCAR - Energy of Azerbaijan” adlı təqdimat mərasimi təşkil olunub. ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan dövlətinin nailiyyətləri, xüsusən SOCAR-ın uğurları barədə məlumat verib. O, bildirib ki, Azərbaycanda ictimai həyatın bütün sahələrində geniş vüsət alan davamlı inkişaf insan kapitalı və həyat keyfiyyətinin durmadan yüksəldilməsi üçün zəmin yaradır. 

    SOCAR da bu inkişaf proseslərində yaxından iştirak edir, əzmlə çalışaraq yeni uğurlar qazanır. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Nobel qardaşlarının Bakıdakı fəaliyyətini xatırladıb, Avropa ilə Azərbaycan arasında əlaqələrin onların xoş niyyətli fəaliyyətləri sayəsində yarandığını qeyd edib. “Bakı çox güclü təsir bağışlayan şəhərdir. Bəli, təəccüblənməyin - gərək bunu özünüz görəsiniz!”-deyən Avropa komissarı SOCAR-ın uğurlarını xüsusi qeyd edib: “Uğur sizi izləyir”. 
    Tədbir çərçivəsində iki memorandum imzalanıb. SOCAR və İsveçrənin MİGROS şirkəti arasında anlaşma memorandumunu ARDNŞ prezidenti Rövnəq Abdullayev və MİGROS şirkətinin direktorlar şurasının sədri Herbert Bolliger imzalayıblar. Tərəflər İsveçrənin yanacaq bazarında əməkdaşlığın daha da dərinləşdirilməsi, investisiya bazarının imkanlarının öyrənilməsi istiqamətində birgə işi davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanmış memorandum isə özəl sektor sahəsində əməkdaşlığı və dünyanın inkişaf etməkdə olan bazarlarına özəl investisiyaların genişləndirilməsini nəzərdə tutur. 
    Qəbul zamanı “Azərbaycan - gələcəyin ölkəsidir” adlı sənədli film nümayiş olunub. 
    Tədbirdə bir sıra dövlətlərin rəsmi şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 581
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30