TQDK-da Biologiya fənni üzrə elmi-metodiki seminar keçirilib
Bu gün TQDK-da Biologiya fənni üzrə elmi-metodiki seminar keçirilib. Seminarda ümumtəhsil məktəblərin 5-ci sinifləri üçün Həyat bilgisi dərsliyi və müəllim üçün metodik vəsaitin müzakirə aparılıb. Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak ediblər.
Müzakirələrdə iştirak edənlər dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirib, təkliflər veriblər.