Mahmud Əhmədinejad Avropaya səsləndi: Cəhənnəmə qədər yolunuz var
Prezident Mahmud Əhmədinejad müxtəlif layihələrin açılış mərasimində iştirak etmək üçün səfərdə olduğu Həmədan əyalətində çıxışı zamanı İrana yönələn sanksiyalara münasibət bildirib. M.Əhmədinejad Avropa Birliyinin İrana qarşı neft embarqosunu tənqid edib. “Neft almırsınız almayın, cəhənnəmə qədər yolunuz var, yaxşı ki, almırsınız. İllərlə nailiyyətlər yaradan xalqımız, bunu neftləmi etdi?” - deyə Əhmədinejat sual edib.