Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xristian dini icmalarının Azərbaycanda fəaliyyəti üçün normal şərait mövcuddur
    “Xristian dini icmalarının Azərbaycanda fəaliyyəti üçün həm qanunvericilik, həm də dini mühit baxımından normal şərait mövcuddur”. Bunu APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov “Open doors” (Açıq qapılar) təşkilatının Azərbaycanda xristian icmalarının fəaliyyətinin məhdudlaşdırılması və onların dövlət qeydiyyatına alınmaması ilə bağlı yaydığı məlumata münasibət bildirərkən deyib. E. İskəndərov qeyd edib ki, bu məlumatlar həqiqətə uyğun deyil və qərəzlidir: “Belə ki, təşkilat Azərbaycanla bağlı hazırladığı məlumatda iddia edir ki, 2010-cu ildə bütün kilsə və dini qurumlardan yenidən qeydiyyatdan keçmək tələb olunduğundan guya protestant məzhəbləri hələ də qeyri-leqal statusdadırlar. Halbuki 2010-cu ildən sonra ondan çox xristian dini icması, o cümlədən pravoslav, katolik, malakan, eləcə də Lüteran, “Yeni həyat”, “Həyat sözü” protestant dini qurumları Dövlət Komitəsində yenidən qeydiyyata alınıb. Ona görə də “Open doors” bu faktlara gözlərini açsa, öz adına daha uyğun olar”.

    DQİDK-nın mətbuat xidmətindən isə APA-ya bildirilib ki, 2010-cu ildən sonra Dövlət Komitəsində vaxtilə bu qurumda qeydiyyatdan keçmiş heç bir xristian icmasının qeydiyyatı ləğv edilməyib, vaxtilə qeydiyyata alınmış bütün xristian icmalarının hüquqi statusu bu gün də öz qüvvəsini saxlamaqdadır:  “Qurucusu vaxtilə sosialist ölkələrinə qaçaqmalçılıq yolu ilə Bibliya kitabları keçirməklə məşğul olan bu təşkilatın Azərbaycana qarşı qərəzli münasibətini, həqiqətə uyğun olmayan, hətta böhtan xarakterli mövqeyini başa düşmək olar. Çünki Azərbaycanda din sahəsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir, hansısa təşkilatın və ya şəxslərin qaçaqmalçılıq yolu ilə ölkəyə dini ədəbiyyat gətirməsi mümkün deyil. Görünür, qeyri-qanuni işlərlə məşğul olan və bunu həyat tərzinə çevirən şəxslərin bu cür fəaliyyəti Azərbaycanda reallaşdıra bilməmələri onları ciddi şəkildə narahat edir.
     
    Dini ədəbiyyata gəlincə, dini icmaların, o cümlədən xristian dini qurumların qanunvericiliyə uyğun ədəbiyyat idxal etmələri və ölkədə nəşr etdirmələri mümkündür. Hətta Dövlət Komitəsi ötən il digər müqəddəs kitablar kimi Bibliyanın da ölkəyə idxalını sərbəstləşdirib. Bunlarla yanaşı, son on ildə Bakıda katolik kilsəsi inşa olunub, Azərbaycanla Vatikan arasında katolik kilsəsinin hüquqi statusuna dair saziş imzalanıb, Lüteran kilsəsi dövlət hesabına təmir olunub, Qax rayonunda gürcü pravoslav, Qəbələ rayonunun Nic qəsəbəsində Alban-udi, Bakıdakı rus-pravoslav  kilsələrində bərpa işləri aparılıb. Eyni zamanda, dünyanın nüfuzlu xristian mərkəzlərinin rəhbərləri, o cümlədən mərhum Roma Papası II İohan Pavel, mərhum Moskva və Ümumrusiya patriarxı II Aleksi və indiki patriarxı Kirill, Konstantinopol Patriarxı II Varfolomey, Gürcüstan katolikosu II İlya Azərbaycana səfər edib və ölkəmizdə xristianlara göstərilən münasibəti yüksək qiymətləndirib. Yuxarıda qeyd olunan faktlar Azərbaycanda dini tolerantlığın yüksək olduğunu, dövlətin bu sahəyə diqqətini və xristianların ölkədə öz etiqadlarına uyğun sərbəst yaşadıqlarını bir daha təsdiqləyir”. 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 491
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30