Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    QMİ 20 yanvar faciəsinin 23-cü ildönümü münasibətilə bəyanat verib
    Bismillahir-Rəhmanir-Rəhim! Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, kədər, eyni zamanda, milli qürur günü kimi həkk olunmuş 20 yanvar ərəfəsindəyik. 23- cü ildönümünü qeyd etməyə hazırlaşdığımız Yanvar faciəsi nə qədər zaman keçməsindən asılı olmayaraq əsla unudulmayacaqdır. Haqqı tələb etdiklərinə görə minlərlə insanın gülləbaran edilməsini yaddaşlardan silmək mümkün deyil! 

    Şəhid olanların, yaralananların, itkin düşənlərin ağrı-acısı hələ də qəlblərdədir.

    Bütün faciəsi ilə yanaşı 20 Yanvar günü xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalq diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, onu hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi səciyyələndirdi.

    Bakıda isə Şeyxülislam Allahşükür Paşazadə SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubundə hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderin və dini rəhbərin kəskin mövqeləri xalqı ruhlandırdı və birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar bilərəkdən susmağa üstünlük versələr də, Dərbənddə, Borçalıda, Təbrizdə, İstanbulda və dünyanın bir çox ölkələrində şəhidlərimizə matəm saxlanıldı, xalqımızla həmrəylik bildirildi.

    Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət bəşəriyyətə qarşı yönəldilən amansız cəza tədbiri kimi qiymətləndirilsin. Təəssüf edirik ki, bu günə qədər bu faciə tam hüquqi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları layiqli cəzalarını almayıblar. Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini - M. Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın.

    Azadlığın, müstəqilliyin yolu agırdır və bu yolu qurban vermədən keçmək mümkün deyildir. Şəhidlərimiz olmuş və torpaqlarımızın bütövlüyü bərpa olunanadək yenə də ola bilər. Odur ki, 20 Yanvar günü matəm libası geyib kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımızda, xüsusilə gənclərimizdə qəhrəmanlıq və vətənpərvərlik ruhu tərbiyə etmək günü olmalıdır.

    Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir, çünki şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxırlar. Qurani-Kərimdə buyurulur: "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzilənirlər..." (Ali-İmran, 169).

    Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanları adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Əlimizdən gələni etməliyik ki, onlar bizim qayğı və diqqətimizlə əhatə olunsunlar.

    Şəhidlərin ruhuna ən böyük töhfə Qarabağ zəfəri, Vətənimizin qüdrəti, xalqımızın xoşbəxtliyidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcəkdir və doğma Azərbaycanda qələbə naminə bayram namazları qılınacaqdır.

    Bu ümummilli hüzn və eyni zamanda, fəxarətli tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur. Qafqaz Müsəlmanları İdarəsi bütün din xadimlərinə tövsiyə edir ki, 20 Yanvar günü məscidlərdə şəhidlərin şəninə xütbələr deyilməli, onların əziz ruhlarına Quran oxunmalı, dualar edilməlidir. Həmin gün oxunacaq moizələrdə müqəddəs dinimizdə şəhidlik məqamının yüksək tutulması haqqında fikirlər əsas yer tutmalıdır. Təlqin edilməlidir ki, şəhidlik imanın, vətənpərvərliyin, əqidə uğrunda mübarizənin ən yüksək zirvəsidir. Gənclərə Vətən, Haqq, Ədalət uğrunda, Qarabağ uğrunda haqq mübarizəmizdə qəhrəmanlıq ruhu təbliğ edilməlidir.

    Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu! 
    Bakı şəhəri, 18 yanvar 2013-cü il

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 580
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30