Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycanda erqoterapiyanın tədrisi” mövzusunda “Dəyirmi masa” keçirilib
    Bu gün Təhsil Nazirliyində “Azərbaycanda erqoterapiyanın tədrisi” mövzusunda “Dəyirmi masa” keçirilib.  Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının direktoru Qvendolin Berçel erqoterapiyanın tədrisi haqqında məlumat verərək Azərbaycanda bu sahədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən bəhs edib. Görülmüş işlər sayəsində Azərbaycanda erqoterapiya üzrə mütəxəssislərin hazırlandığını bildirən qonaq bu istiqamətdə nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb. UAFA təşkilatının meneceri Nuranə Abdullayeva “Erqoterapiya–reabilitasiyadan real həyata körpüdür” mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Erqoterapiyanın xüsusi qayğıya ehtiyacı olan uşaqların (həmçinin böyüklərin) sosial həyatının inkişafına təkan verdiyini vurğulayan N.Abdullayeva bu sahə üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına diqqət yetirilməsinin zəruriliyini bildirib. 

    N.Abdullayeva 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərən UAFA təşkilatının bir sıra ölkələrin müvafiq təcrübəsindən istifadə etməsi və xüsusi qayğıya ehtiyacı olan uşaqların digər həmyaşıdları ilə birgə təhsilinin təşkili işinin təfərrüatları barədə ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Təhsil naziri Misir Mərdanov Azərbaycanda fəaliyyət göstərən internat məktəblərində və uşaq evlərində xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı ilə bağlı əldə olunmuş təcrübədən söhbət açıb. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və nativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası və inkluziv təhsil layihəsi çərçivəsində görülmüş işlərin əhəmiyyətinə toxunan nazir UAFA təşkilatının fəaliyyətinə hərtərəfli dəstək veriləcəyini, birgə əməkdaşlığın genişləndiriləcəyini söyləyib.
    Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov, İlham Mustafayev və Fərzəli Qədirov, Təhsil Nazirliyi nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, UAFA təşkilatının əməkdaşı Ülviyyə Mirzəyeva, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova, Bakı Dövlət Universitetinin kafedra müdiri Rəna İbrahimbəyova, 4 nömrəli Respublika xüsusi internat məktəbinin nəzdindəki “Reabilitasiya–inkişaf mərkəzi”nin meneceri Yeganə Məmmədəliyeva və başqaları Azərbaycanda erqoterapiyanın tədrisi barədə fikirlərini bildirib, müvafiq təkliflərlə çıxış ediblər.
    Təhsil naziri Misir Mərdanov Azərbaycanda erqoterapiyanın tədrisi işinin genişləndirilməsi üçün müvafiq işçi qrupunun yaradılması və Fəaliyyət Planının hazırlanmasının zəruriliyini nəzərə çatdırıb. Nazir bu sahə üzrə ixtisaslı mütəxəssis hazırlığına başlanması üçün konkret tədbirlərin müəyyənləşdirilməsi barədə fikirlərini söyləyib və UAFA təşkilatı ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə inandığını bildirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 650
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30