Xalq yazıçısı Elçinin “Qatil” əsəri Şimali Kiprdə səhnəyə qoyulacaq
Azərbaycanlı rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa yanvarın 18-də Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində nümayiş olunacaq. Tamaşada əsas rolları Oya Akın, Tuyğun Törə, Yılsay Özbudaq və Bilən Kılıç ifa edəcəklər. Bu tamaşanın, həmçinin Azərbaycanda da təqdim edilməsi nəzərdə tutulub.