Bu gün Suriyada Bəşər Əsədə bağlı ordunun əməliyyatları və müxalif əsgərlərlə yaşanan qarşıdurmalarda ölkə daxilində 181 adamın öldüyü bildirilir. Ölənlərin 15-nin uşaq, 10-nun qadın olduğu qeyd edilir. Suriya Yerli Koordinasiya Komitələri Hələbdə 69, Humusta 61, Şam və ətrafında 20, Hamada 14, Derada 10, İdlibde 3, Deyrezzor və Rakkada 1 olmaq üzrə ölkə daxilində 181 adamın öldüyünü bildirir.