Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Nazirlik məktəb-liseyin fəaliyyətini “kafi” qiymətləndirdi
    Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ümumi təhsil müəssisələrinin akkreditasiyasının ilk dəfə aparıldığını qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub. Bakı şəhər 164 nömrəli tam orta məktəbdə aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Bəhram Şiriyev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. B.Şiriyev 164 nömrəli tam orta məktəbdə tədrisin təşkili, təhsil müəssisəsinin pedaqoji kollektivi və şagird kontingenti, məzunların ali məktəblərə qəbulu, eləcə də digər bu kimi məsələlərdən söz açıb. 

    Quba şəhər 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri Nizami Əzizov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. N.Əzizov Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fəaliyyəti, pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib.
    Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri Qurban Həsənov təqdimat-məruzəsində liseyin fəaliyyəti, şagirdlərin bilik səviyyəsi, təhsil müəssisəsinin maddi-texniki təminatı haqqında məlumat verib, ümumilikdə akkreditasiyanın nəticələrindən söz açıb.
    Lənkəran şəhər 6 nömrəli məktəb-liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Nizami Novruzov tədris ocağında aparılmış araşdırmaya dair məlumat verib. N.Novruzov liseydə təhsilin səmərəli təşkili baxımından yaradılmış şərait, tədris ocağının maddi-texniki bazası, təhsilin məzmunu, məzunların ali məktəblərə qəbul göstəricilərindən bəhs edib və Akkreditasiya Komissiyasının təkliflərini nəzərə çatdırıb.
    Sonra qeyd olunan təhsil müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
     Təhsil naziri orta ümumi təhsil müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
    İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin fəaliyyətinin “yaxşı”, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fəaliyyətinin isə “kafi” qiymətləndirilməsi və qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 619
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30