Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ABŞ-dakı səfirimiz Vaşinqtonda Mədəniyyət Diplomatiyası üzrə İllik Konfransda çıxış edib
    Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda keçirilmiş Mədəniyyət Diplomatiyası üzrə İllik Konfransın iştirakçıları qarşısında məruzə ilə çıxış edib. Mərkəzi qərargahı Berlin şəhərində yerləşən, Mədəniyyət Diplomatiyası üzrə İnstitut tərəfindən cari ilin 9-11 yanvar tarixlərində təşkil olunmuş konfransda ABŞ və digər dövlətlərin fəaliyyətdə olan və sabiq rəsmiləri, bir sıra ölkələrin Vaşinqtonda akkreditə olunmuş səfirləri, akademik və ictimai dairələrin təmsilçiləri çıxış etmiş və öz düşüncələrini iştirakçılarla bölüşüblər. Konfransın açılış günündə ABŞ Dövlət katibinin İctimai Diplomatiya və İctimai İşlər üzrə müavini Tara Sonenşayn da məruzəçilər arasında olub. Konfransın ikinci günü çıxış edən səfir Elin Süleymanovun məruzəsi “Ekstremizm və radikalizmin digər formalarına qarşı mübarizədə “yumşaq güc” və mədəniyyət diplomatiyasının tətbiqi” mövzusuna həsr olunub. Çıxışında mədəniyyətlərarası dialoqun dünyada sülh və əmin-amanlığın təmin edilməsi və ekstremizmin müxtəlif təzahürlərinin qarşının alınması sahəsində malik olduğu əvəzedilməz təsir imkanlarını önə çəkən səfir E.Süleymanov Azərbaycanın bu dialoqun təşviqi və gerçəkləşdirilməsi sahəsində göstərdiyi səylər və həmin prosesin uğuru üçün nümayiş etdirdiyi sadiqliyi konfrans iştirakçılarının diqqətinə çatdırıb.

    O, Azərbaycanın könüllü surətdə üzərinə götürdüyü bu rolun ölkəmizin yerləşdiyi coğrafi məkan, özündə Şərq və Qərbin dəyərlərini cəmləşdirən zəngin mədəniyyəti və əsrlər boyu qoruyub-saxlaya bildiyi tolerantlıq irsindən qaynaqlandığını vurğulayıb.
    E.Süleymanov ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər sayəsində artan imkanları hesabına mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələrin miqyasının genişləndiyini qeyd edib. O, bu çərçivədə Prezident İlham Əliyevin himayəsi altında 2011-ci il 7-9 aprel tarixlərində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkil edildiyini və uğurla keçmiş bu toplantının ardınca artıq ikinci belə Forumun 2013-cu il 29 may – 1 iyun tarixlərində Azərbaycanda baş tutması üçün müvafiq işlərin aparıldığını açıqlayıb.
    Səfir bundan əlavə Azərbaycan milli mədəniyyətinin təbliği məqsədilə aparılan fəaliyyətləri qeyd etmiş və bu sahədə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dəyərli xidmətlərini sadalayıb. Maraqla qarşılanmış məruzənin ardınca səfir Elin Süleymanov iştirakçıların suallarını cavablandırıb.          


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 440
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30