Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Peşə məktəblərinin fəaliyyəti “kafi” qiymətləndirilib
    Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinin əhəmiyyətini qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə reallaşdırılan tədbirlərin zəruriliyini nəzərə çatdırıb. Cəlilabad Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirib. V.Quliyev Cəlilabad Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı və digər bu kimi məsələlərdən söz açıb. 2 nömrəli Bakı Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Vidadi Quliyev qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb.

     V.Quliyev 2 nömrəli Bakı Peşə Liseyinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib. Göyçay Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Mövlud Hacıyev təqdimat-məruzəsində liseyin fəaliyyəti, şagirdlərin hazırlıq səviyyəsi, təhsil müəssisəsinin maddi-texniki təminatı haqqında məlumat verib, ümumilikdə akkreditasiyanın nəticələrindən bəhs edib. M.Hacıyev təqdimat-məruzəsində bildirib ki, Göyçay Peşə Liseyinin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə təhsil proqramlarının məzmunu müvafiq normativ sənədlərin və Dövlət Təhsil Standartlarının tə­ləb­lərinə əsasən uyğundur.
    Neftçala Peşə Məktəbində aparılmış araşdırmaya dair məlumat verən Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, lisey məzunlarının işlə təminatı və digər məsələlərdən danışıb. H.Zərbəliyev Neftçala Peşə Məktəbinin maddi-texniki bazası, təhsilin məzmunu, məktəbdə çalışan mühəndis-pedaqoji heyət haqqında ətraflı məlumat verib və Akkreditasiya Komissiyasının təkliflərini nəzərə çatdırıb.
    Sonra qeyd olunan peşə məktəbləri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.
    Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib.
    İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay Peşə Liseyi və Neftçala Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi, müvafiq ixtisasların akkreditə olunması barədə qərar qəbul edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 512
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30