Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Azərbaycanın Türk dünyasına baxışı çox əhəmiyyətlidir”
    ...Milləti millət yapan onun ozanlarının könlündəki sevdadır. Əks təqdirdə əsrlərdir bizə unutdurulmağa çalışılan kimliyimizi bu qədər asanlıqla geri ala bilməzdik. Dəyərlərimizi, keçmişimizi, ən əsası milli kimliyimizi SAZ-dan öyrəndik biz. Mənə görə SAZ Türk olmağın ilk və tək amilidir. O sazı türkcə dilləndirən isə məhz Türk ozanlarıdır. 

    Millət sevdasını dünyaya hayqıran bu dəli-dolu adamlar olmasaydı bəlkə biz hələ də ruhumuzun axtarışında olardıq... Müsahibim Əsəd Kabaklıdır. Azərbaycanda hamı yaxşı bilir bu adamı. Hamının ürəyindən dilinə süzülən "bil oğlum" türküsünün müəllifi, tarixin şərəfini, Kərkükün yaralarını anladan adam...
    və bir də...
    bir də "ÇAQQAL GƏZƏN QARABAĞDA GƏZ, OĞLUM" deyə hayqıran adam!!!
     
    - Əsəd bəy, Türk dünyasında ozan olmaq çoxmu çətindir?
    - Türk dünyasında ozan olmaq təbii ki, asan deyil. Gərək hər baxımdan təchizatlı olasan. Millətimizin problemlərini və istəklərini möhkəm təsbit edib, bunları dilə gətirmək üçün ictimai, siyasi və kültürəl mövzularda məlumatı olmaq mütləqdir. Musiqisindən rəsm sənətinə qədər hər cür sənət sahəsindən ən az məlumatlı olmaq lazımdır. Məcburi deyil ki, o sahəni tam biləsən, az ya da çox informasiyan olmalıdır. 
    - Sizə bəzən Türkü baba deyirlər. Bu, sizə özünüzü necə hiss elətdirir?
    - Hərdən belə də deyirlər, amma mən bunu qəbul edə bilmərəm. Bizdən əvvəl gəlib-gedən nə qədər ustadlar var və bu onlara sayğısızlıq olar. İlk baxışda ruhu oxşasa da bu cür xitab edilməsini istəmirəm.
    - Aşıq olmaq insanın özünə belə ifadə edə bilmədiyi duyğuları  sazıyla söyləməsidir. Əsəd Kabaklı özünü hansı türküdə tapdı?
    - Mən türkü aşiqiyəm. Bütün türkülər məni tərpədir. Yalnız bəziləri melodik quruluş və söz olaraq diqqətimi daha çox  çəkir. Öz əsərlərimin isə hamısı mənim ruhumdur. Birini o birinə dəyişmərəm.
    - Saz səsinə, ozan sənətinə bəzən Tanrının dili deyirlər, bir ozan kimi bunu necə şərh edərdiniz?
    - Türklərdə ozanlıq müqəddəs və çox dəyərli bir sənətdir. Hələ o dövrlərdə ozanlar xalqın dilə gətirə bilmədiyi bütün dərdləri, hətta tənqidləri belə  kağana heç qorxmadan, çəkinmədən söylərdilər. Kağan da onların fikrinə hörmətlə yanaşardı. Çünki onların müdrikliyinə, yüksək xarakter sahibi və yetkin şəxsiyyət olduqlarına inanardı. Ki, ozanlar həqiqətən də belə idi. 
    - "Sürgün" albomunuz çox təsiredici idi. Bir ozanın könlündəki sürgün hardan-harayadı? O sürgündə yoldaşı kimdi?
    - Könlümdəkilərə...
     Qovuşa bilmədiklərimə...
    TURAN kimi... Yapamadıqlarım kimi... Yoldaşlarım isə mənimlə eyni düşüncədə olan, Türkün ən üst mədəniyyət olmasını istəyən ülküdaşlarım...
    - Əsəd bəy, mənə bir az SAZdan bəhs edin. Saza bas qoyduğunuz anlar var e, burdan, bu dünyadan yüksəkdə... Bir ozanın könlündəki MƏN necə biridir? Daha doğrusu kimdir?
    - Əslində ozan olmanın şərti deyil saz çalmaq. Amma olsa da tadından yenməz. Çünki, melodiyayla verilən mesaj dinləyənin beyninə mismar kimi saplanır. Ona qalıçı təsir edər. Saz ozanın əlində elə bir yer etməlidir ki, ozan onun fərqində belə olmamalıdır. Unutmalı onu əlində... Nəfəs kimi, hər hansı bir üzvü kimi olmalı... SAZ şövq verməli ozana... Başını bəzən yaslar və dərindən gələn səsə qulaq verdiyi zaman bütün qurtuluşun sazın içində olduğunu hiss edər... Mən bu cür yaşayıram sazı...
    - Yunus necə demiş?
    "Bir mən var məndə məndən icəri..."
    Mövlananın Şəmsi vardı, Əsədin kimi var?
    - Mövliyyatdakı eşqdə təbii ki, Mövla var. Füzulinin Leyla-Məcnunu bunu izah edər. Mövlananın Şəmsə münasibətində Allahın Zülcəlalı görməsi vardır. Bu eşqin ən yüksək və son halıdır. İnsani eşqlər isə, vətən, millət, əcdad, ana-ata, yar eşqləridir. Allah bizə Allah sevgisini də nəsib edər inşallah ..
    - Böyük Turan ideoloqu Hüseyn Cavid Sovet İmperiyasını silkələyən bir fikir səsləndirdi. Dedi ki:
    "Turana QILINCDAN daha kəskin ULU qüvvət,
    YALNIZ mədəniyyət, mədəniyyət, mədəniyyət!"
    TÜRK mədəniyyətinin bir hissəsini şərəflə daşıyan  bir TURAN ozanı kimi sizin üçün bu fikir nəyi ifadə edir?
    - Millətlərin gücü o millətin sahib olduğu mədəniyyətin dərinliyindən gəlir. Türklər də dünyanın gədim bir milləti və mədəniyyətidir. Bu mədəniyyət olmasaydı, istədiyimiz anda dövlət  qura bilməzdik. Mədəniyyət bir zəmindir. Belə zəmin hazırlandığı zaman dərhal qurular o dövlət. Bu bizim genlərimizdə var. 
    - "Çaqqal gəzən Qarabağda gəz, oğlum" türkünüz Azərbaycanda çox sevildi. Bunun ardınca da Kərküklə bağlı ifanız sizi bizim gözümüzdə eyni zamanda Azərbaycan sənətçisi də yaptı. Bu, əslində həqiqi bir Turan ozanı olmağınızın göstəricisidir. Azərbaycanı necə bilirsiniz?
    - Can Azərbaycanı izah etməklə bitirəməm. Sevgimi və həsrətimi belə dilə gətirim: Sovetlər dövründə 1965-ci ildən 1980-ci ilə qədər Azərbaycanı radioda axtarıb tapardıq. Səsi çox az gəlirdi, hərdənbir də səs itərdi. O səsi tutmaq üçün radio əlimizdə harada çəkəcək deyə dolaşıb dalğanı tapmağa çalışardıq və uşaqlar kimi sevinirdim. Anamın Qurani-Kərim hocası azərbaycanlı bir xanımmış. Məmləkətim olan Elazığdan uşaqlığımdan yadımda, bir də  "Azəri Palas" adıyla bir otel də qalıb. Azərbaycanın Türk dünyasına baxışı çox əhəmiyyətlidir. Çoxalmağımız lazımdır.
    - Hocam, Azərbaycan sizi dinləmək istəyir, "Çaqqal gəzən Qarabağda gəz, oğlum" deyə bir haykırın, desəm...
    Bunu sözlərlə necə ifadə edərdiniz?
    - Yaratdığım əsər onsuz da hayqırır. Ümidim, diləyim odur ki,  ən yaxın zamanda QARABAĞda bu əsəri hayqıram. Üçrəngli Azərbaycan bayrağı altında Qarabagda bardaş qurub samovar çayı içə-içə Qarabağ şikəstəsini dinləmək istəyirəm...
    - İnsallah! O samovarı öz əllərimlə dəmləyərəm sizə. Yetər ki, bu diləkləriniz gerçək olsun! Sizi yordum! Son olaraq bütün Türk dünyasına bir sozunuz, mesajınız varmı?
    - Dilimizə, mədəniyyətimizə, tariximizə və ən əsası bir-birimizə sahib çıxaq. Sərhədlərlə TURAN qura bilməsək də, başqa yollardan birliyimizi yaradaq. Bir-birimizə üstdən-aşağı davranmadan sevgiylə böyüyüb çoxalaq. Millətimiz əbədi var olsun. TANRI TÜRKƏ YAR OLSUN!  
    - AMİN!!!
     
     
    Nigar İsfəndiyarqızı

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 626
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30