Şeyxülislam Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə görüşüb
Bütün Gürcüstanın patriarxı II İlyanın 80-ci ildönümü münasibətilə Tiflisdə olan Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Hacı Allahşükür Paşazadə Gürcüstanın baş naziri Bidzina İvanişvili də görüşüb. Gürcüstana səfər edənlər arasında Azərbaycan Milli Məclisin üzvləri də olub. Səfərin sonunda hər iki ölkənin din xadimləri bəyanat qəbul ediblər. Şeyxülislam eyni zamanda prezident İlham Əliyevin təbriklərini Gürcüstan patriarxına çatdırıb.
Görüşdə həmçinin Gürcüstanın baş naziri Bidzina İvanişvili də iştirak edib. Baş nazir görüşdən çəkilən fotoları öz rəsmi facebook səhifəsində paylaşıb.