Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Tbilisidə səfərdədir. Səfərin məqsədi Gürcüstan Katolikos-Patriarxı II İlyanın intronizasiyası mərasiminin 35 iliyi və anadan olmasının 80 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdir. Gürcüstan patriarxının ad günü ilə əlaqədar təntənəli mərasimlərin yanvarın 4-də keçirilməsi nəzərdə tutulur.
Mərasimdə Tbilisidəki Sioni kilsəsində bayram ayini həyata keçiriləcək, Dövlət Filarmoniyasında Gürcüstan opera və estrada ulduzlarının iştirakı ilə böyük konsert təşkil olunacaq.