Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İbadət yerləri – VI
    Kəlam yurnalı olaraq Azərbaycanda mövcud olan, məscidlər haqqında silsilə yazıları davam etdirir. Bu yazılarda ölkəmizin bütün regionlarında mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan ibadət evləri haqqında geniş məlumat təqdim edirik.
    Bu dəfə yenə də Azərbaycanın bəzi regionlarında olan ibadət evləri barədə məlumatlar təqdim edəcəyik. Bu rayonlarda məscid sarıdan problem olmasa da, elə bölgələr var ki, ibadət evləri sarıdan kasadlılıqdır. Əlbəttə, bununla həmin regionda dindar əhalinin az olmasını demək olmaz. Bəzən insanların məscid tikməyə imkanı olmur, imkanı olan adamlar isə məscid əvəzinə restoran tikib pul qazanmağı düşünür. Hətta elə regionlar var ki, 1 dənə də olsun məscid yoxdur. Hələlik isə ölkəmizin daha 5 rayonu - Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarındakı məscidlərin vəziyyəti barədə məlumat verək.

    Saatlı məscidləri

    Saatlı rayonunda 50 məscid fəaliyyət göstərir ki, bunlardan yalnız 8-i qeydiyyata alınıb. Rayon mərkəzində isə 8 məscid var. Rayonun axundu Hacı Vadər Əliquliyevin sözlərinə görə, digər məscidlərin də qeydiyyat məsələləri ilə məşğul olunur. Artıq əksər məscidlərin sənədləri qaydaya salınaraq təqdim olunub. Axundun sözlərinə görə, bəzi şəxsi vəsaitlər hesabına tikilmiş məscidlərin sənədlərində cüzi çatışmamazlıqlar var ki, onlar da tezliklə həll ediləcək.
    Saatlı rayonun axundu Hacı Vadərin sözlərinə görə, rayon mərkəzində yerləşən “Cameə” məscidi köhnə tikilidir. “Məscid uzun illərdir ki, təmir olunmur. Əsasən su sarıdan əziyyət çəkirik. Dəstəmazxana yoxdur. Yəni onu əvəz edən tikili var. Amma bir sıra yeni tikilmiş məscidlərdə olduğu kim,i burada su sistemi qurulmayıb. İnsanlar hələ də dədə-baba qaydası ilə quyudan su çıxardaraq dəstəmaz alır” - deyir Hacı Vadər. 
    Əlbəttə, dəstəmaz üçün mütləq su sisteminin olması vacib deyil. Amma müasir zamanda bunun olması lazımdır. Axund bildirir ki, məscidin təmiri üçün küllü miqdarda vəsait tələb olunur.
    “Bilirsiniz xırda işlər olsa bunu camaat da edə bilər. Amma burada əsaslı işlər getməlidir. Yeni dəstəmazxana, yardımçı binalar tikilməlidir. Həm də bu mərkəzi məsciddir. Rayona gələn insanlar bunu görür. Regionlarda aparılan içlər çərçivəsində məscidimiz də təmir olunsa əlbəttə bu bizi çox sevindirər”.
    Axund Hacı Vadərin verdiyi məlumata görə, rayonun Əlisoltanlı kəndi ərazisində yerləşən bir məscid sökülüb. Belə ki, məscid Sovet dövründə bağlanmış və anbar kimi istifadə olunurmuş. Müstəqillikdən sonra isə həmin anbar kənd məktəbinə çevrilib. 
    “Düzdür əvvəl məscidi məktəb elədilər. Amma sonra kənddə yeni məktəb tikildi. Məscid qaldı. Təxminən 10 il əvvəl bəzi nadan adamlar bu abidəni sökdülər. İndi yerində nə tikiblər bilmirəm. Amma bu rayonumuzda sökülən yeganə ibadət ocağıdır” - deyir Hacı Vadər.
    Bir müddət əvvəl isə Saatlıda müəmmalı şəkildə “İmam Əli” məscidi yanmışdı. Məsciddə yanğın axşam saatlarında başlayıbmış. Hadisə yerinə rayonun yanğınsöndürənləri gəlsə də, məscidi xilas eləmək mümkün olmayıb.
    Saatlı Cümə Məscidi - şəhərin mərkəzindədir. Həyətyanı sahəsi 1000 kv.metr, iç sahəsi 25x34 metr, hündürlüyü isə 6 metrdir. Yerdən günbəzədək hündürlüyü isə 11 metrdir. Həyətyanı sahəsi daş və dəmirdən ucaldılmış hasara alınıb. Düzbucaqlı formaya malik olan bu məscid 1995-ci ildə tikilib. Tavanı betondan olub, 12 düzbucaqlı formalı sütun üzərində dayanıb. Sütunlar mişar daşından hörülüb. Məscidin qadınlar üçün nəzərdə tutulmuş hissəsi ikinci mərtəbədə yerləşir. Bura hücrələr şəklində olan 10 otaqdan ibarətdir və ümumi sahəsi 200 kv.metrə bərabərdir. Məscidin ibadət zalı dörd bir tərəfdən daş plitələrlə üzlənib. Saatlı şəhər Cümə məscidinin iki böyük minarəsi var. Kərpicdən hörülmüş bu minarələrin hündürlüyü 20 metrdir. Minarələrin aşağı hissəsi düzbucaqlı, yuxarı hissəsi isə dəyirmi formadadır. Minbəri taxtadandır və beşpilləlidir. Mehrabı isə divarın içərisində olub, hündürlüyü 3 metrdir.

    İmişlinin məscidləri

    İmişli rayonu da regionda ən çox məscid olan yerdir. Belə ki, rayonda 54 məscid var. Amma rayonun axundu Hacı Adıgözəl Bəşirovun verdiyi məlumata görə cəmi 3 məscidin icması qeydiyyata alınıb. Qalanları isə hələ də qeydiyyat növbəsi gözləyir. Bəzi məscidlərin isə ümumiyyətlə sənədləri hələ təqdim edilməyib. Rayon mərkəzində isə 6 məscid var.
    Axund Hacı Adıgözəlin sözlərinə görə rayonda əksər məscidlər qəzalı vəziyyətdədir. “Kəndlərdə olan qədim məscidlərimiz var. Əlbəttə, uzun illərdir təmir edilmədiyindən çox qəzalı vəziyyətdədir. 20-yə yaxın məscid var ki, onların içərisində həm qəzalı vəziyyətdə olanı, həm də yarımçıq tikililəri var. Elə məscidlərimiz var ki, insanlar onun bir otağını düzəldib oradan istifadə edir”.
    Rayon mərkəzində olan məscidlərdə isə vəziyyət nisbətən yaxşıdır. Amma kəndlərdə hələ də 20-dən çox məscid xeyirxah insanların və ya dövlət məmurlarının yolunu gözləyir.
    İmişli “Cümə” məscidi şəhərinin mərkəzində yerləşir. Məscid binası 1991-1994-cü illərdə tikilib. Bünövrəsi isə 1987-ci ildə rayonun icra başçısı Hacı Xanhüseyn tərəfindən qoyulub. Həyətyanı sahəsi 3000 m2 olub, başdan - başa daş plitələrlə döşənib. Məscid həmçinin, daş hasara alınıb. Əsas ibadət zalının sahəsi isə 15x15 metrdir. Əsas ibadət zalının sağ və sol tərəflərində daha iki ibadət zalı var. Onların sahələri isə 6x28 metrə bərabərdir. Məscid özünəməxsus memarlığı ilə səciyyələnir və nəfis formada işlənib. Onun mişar daşından tikilmiş qoşa minarəsi məscidin əzəmətini daha da artırır. Minarələrin qüllə hissəsi də daşla işlənmiş və üstündə aypara və səkkizguşəli ulduz rəmzi qoyulub. Minarələr daş plitələrlə üzlənib və aşağı hissəsi düzbucaqlı, yuxarı hissəsi isə dəyirmi formadadır. Minarələr həmçinin, tək şərəfəyə malikdir və şərəfələr daşla işlənib. Şərəfələrin aşağı hissəsi də üçqat stalaktitlərlə işlənib. Minarələrin hündürlüyü isə 27 metrdir. Əsas giriş qapısı nəfis şəkildə işlənib və dərhal nəzər-diqqəti cəlb edir. Məscidin günbəzinin diametri 15 metrdir və onu 16 ədəd tağvari pəncərə bəzəyir. Minbəri taxtadandır və altıpilləlidir. Məscidin divarlarının qalınlığı isə 1 metrdir. Məscid binasının döşəmə və tavanı betonla işlənib.

    Beyləqanın 12 məscidi var

    Beyləqan bu dəfəki rayonlar arasında ən az məscidi olandır. Rayonda cəmi 12 məscid var.  
    Rayonun axundu Hacı Mirsəccad İmranov deyir ki, Beyləqanın rayon mərkəzində cəmi bir məscid var.
    “Ona da hələ məscid demək olmaz. Yarımçıq tikilidir. Dindarlar orada balaca bir otaq düzəldib. Camaat namazlarını orda qılır. Həqiqətən də rayonda məscidə çox ehtiyac var. Təsəvvür edin ki, bu boyda şəhərin bir məscidi olsun o da yarımçıq. Düzü hər yerə müraciət etmişik. Hətta Prezident Administrasiyasına qədər. Rayon icra başçısı da məsələdən xəbərdardır. Söz verib ki, kömək edəcək. Amma hələlik gözləyirik, görək nə olur” - deyə Hacı Mirsəccad bildirib.
    Axundun sözlərinə görə şəhər məscidinin tikintisi üçün çox vəsait lazımdır. “Bu az pul deyil ki özümüz edə bilək. Xahişimiz budur ki, heç olmasa buranı məscid halına salmağımıza bizə köməklik edilsin. Müsəlmanın gərək məscidi olsun. Sabah şəhərə bir qonaq gəlsə və məscid istəsə nə olacaq? Onu gətirəcəyik ki, budur bizim məscidimiz?”.
    Beyləqanın kəndlərində isə tikilən əksər məscidlər təzədir. Axundun sözlərinə görə kənd məscidləri şəxsi vəsaitlər hesabına tikilib.
    Rayonda bir məscid isə uyğunlaşdırılmış binada yerləşib. Belə ki, Daşburun qəsəbəsində torpaq bölgüsü zamanı pay sahibi olan bir nəfər ərazisinə düşən bir binanı məscid şəklində düzəldib. Bu gün də orada insanlar ibadət edə bilir.  
    Həzrəti Cərciz (ə) Peyğəmbər ziyarətgahı Beyləqan rayonunun yaxınlığında yerləşmişdir. Abidə fasad tərəfdən dairəvi formalı olub, divarları bişmiş kərpiclə işlənmişdir. Divarların qalınlığı 1,20 metrdir. Giriş qapısı taxtadan olub (1x2m), düzbucaqlı formadadır. Ziyarətgahın hündürlüyü 7 metrdir. Abidənin yuxarı hissəsi günbəz şəklindədir. Günbəz də bişmiş kərpiclə işlənib. Günbəzdə dörd gözlük (0,20x0,40m) vardır və onlar tağvari formadadır. Bundan əlavə, abidənin aşağı qatında daha iki pəncərə (1x1,40m) qoyulub. Döşəməsi torpaqdır. Ziyarətgahın mərkəzi hissəsində qəbir var. Qəbir ağ mərmərlə üzlənmiş və baş daşında kiril, latın və ərəb əlifbası ilə "Həzrəti Cərciz (ə) Peyğəmbər" sözləri həkk olunub. Ziyarətgahın iç divarları dövrələmə səkkiz guşədən ibarətdir. Əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sahəsi 3x4 metr olub, hündürlüyü 6 metrdir. Dəhlizin sağ və sol tərəflərindən damın üstünə çıxmaq üçün iki daş pilləkən qoyulub. Rəvayətlərə görə, Həzrəti Cərciz (ə) peyğəmbər olub. O, dini təbliğ etdiyindən çox böyük əzab-əziyyətlər çəkib. Həzrəti Cərciz peyğəmbər vaxtilə Suriya ərazisindən tək allahlığı yaymaq üçün buralara gəlib. Tarixi mənbələr göstərir ki, Cərciz (ə) peyğəmbər III-IV əsrlərdə yaşayıb. Onun missiyası bu ərazilərdə tək olan Allaha sitayiş etməyi təbliğ etmək idi. Ziyarətgah hicri-qəməri tarixi ilə 1328-ci ildə (XX əsrin əvvəlləri) təbrizli usta Həsən tərəfindən tikilmişdir. Ziyarətgahın ətrafında olan qəbirlərin tarixi isə VII-VIII əsrlərə gedib çıxır. Həmin qəbir üzərində olan işarələr qədim Oğuz türklərinin adət-ənənələrini özündə nümayiş etdirməkdədir. Hətta burada Şirvan xanlığı dövründə dəfn olunan insanlar da var.
    Bura heç bir vaxt bağlı qalmayıb və həmişə xalqın ziyarət etdiyi yer kimi istifadə edilib. 1989-cu ildən ziyarətgahə təmir etməyə başlayıblar. 1997-ci ildə burada yenidən təmir işləri davam etdirilib. Bu işlər ocağa daxil olan nəzir-niyaz hesabına həyata keçirilir.

    Sabirabad məscidləri

    Sabirabad bu dəfəki bölgələrin ən çox məscidi olan yerdir. Belə ki, rayonda 80-ə qədər məscid var. Sabirabadın məscidlərinin bir çoxu tarixi əhəmiyyətlidir. Məsələn “Şamaxı məscidi” adı ilə tanınan abidə Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçüb gəlmiş Şamaxı sakinləri tərəfindən 1903-cü ildə inşa edilib.
    Qalaqayın kənd məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunub. Məscid isə özü müasir tiplidir. Sabirabadın ən qədim yaşayış məskənlərindən biri Cavad kəndidir. Adı XVI əsr mənbələrində çəkilsə də arxeoloji tədqiqatlar təsdiq edir ki, kəndin əsası daha 500-il əvvəl XI əsrdə qoyulmuşdur. Buradan böyük ticarət və karvan yolları keçib.
    Rəvəyətə görə Həzrəti Əlinin (ə) yolu Cavad kəndindən keçir və o yolüstü süfrə açıb nahar edir. Süfrəsini bu yerlərə səpdiyi üçün indi də Cavadda bu yerlər “süfrə çala” kimi qalmaqdadır. Bu yerlərin ruzi-bərəkətli olmasını da bu əfsanə ilə bağlayırlar. 
    Baba Samid Türbəsi Türbə Sabirabad rayon Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbaycan Tarix İnistitunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparıb və bu haqda fikirlərini dəfələrlə nəşr etdirib. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılıb. 4-5-ci sətirlər Həzrəti Əlinin (ə) tərifinə həsr olunub, qalan 4 sətirdə türbənin səfəvi padşahı birinci şah Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xanın əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında (XI-1585-ci miladi ili) «xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid «böyük» mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur» sözləri yazılıb. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (765-818-ci illərdə yaşayıb) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın (ə) oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir.

    Orxan Əli

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 737
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30