Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Parlamentdə ölkədə yaranan enerji böhranı müzakirə olundu
    Bu gün Milli Məclisin növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasın cari məsələlər müzakirə olunan hissəsində çıxış edən millət vəkilləri Bakıda qarlı hava şəraiti ilə əlaqədar yaranan enerji böhranını müzakirə ediblər. Deputat İqbal Ağazadə Bakıda hava şəraiti ilə bağlı yaranan problemlərin ciddi qüsur yaratdığını bildirdi. O, müvafiq qurumların səlahiyyət bölgüsünü apara bilməməsindən sadə vətəndaşların əziyyət çəkdiklərini söylədi. Millət vəkili təklif etdi ki, Bakı şəhərinin kommunal təchizatı ilə bağlı məsələ bələdiyyələrin sərəncamına verilməlidir və Bakı şəhər bələdiyyəsi yaradılmalıdır.

    Millət vəkili Musa Quliyev isə cinsi yolla yoluxan xəstəliklərin qarşısının alınmasının tənzimlənməli olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, bu kimi xəstəliklərin qarşısının alınması üçün Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir. Millət vəkili Tahir Rzayev isə bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinin problemlər yaradacağını vurğuladı. Onun sözlərinə görə, bələdiyyələr hələlik bu kimi problemin həllini tənzimləyə bilməzlər. Millət vəkili Qüdrət Həsənquliyev isə Bakıya qar yağmasının şəhər təsərrüfatının idarə edilməsini bütün çılpaqlığı ilə üzə çıxardığını bildirdi. “Yol Polisi, FHN-in fəaliyyətini təqdir edirəm. Lakin Bakının enerji təchizatının saatlarla dayanması ciddi problemdir. Zibillər küçədə qalıb. Bu problemlərin çoxu islahatların aparılmaması ilə bağlıdır. Bu sahəyə aid qurumlar özəlləşməlidir. Qüsurlara yol verən şəxslər isə cəzalandırılmalıdır”,-deyə Q.Həsənquliyev vurğuladı. Deputat Fəzail Ağamalı enerji böhranının araşdırılmalı və bundan ölçü götürülməli olduğunu bildirdi. Onun sözlərinə görə, bu problem müvafiq qurumların səhvi ucbatından yaranıb. Spiker Oqtay Əsədov məsələyə münasibət bildirərək qeyd edib ki, pis hava şəraitində FHN və Yol Polisi gözəl işləyib. Onun sözlərinə görə, enerji problemi Amerikada qar yağanda da yaranır. “Hazırda ABŞ-ın bir sıra dövlət əhəmiyyətli obyektləri bu kimi problemlər ucbatından fəaliyyət göstərə bilmirlər”,-deyə O.Əsədov əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 448
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30