Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İmam Hüseyn (Ə) Ərbəini əbədiyaşardır
    Çökməkdə olan İslam dini mam Hüseynin (ə) fədakarlığı ilə   dirçəldi. İslam dininin dirçəldilməsində İmam Hüseynin rolu əvəzsizdir desək heç də yanılmarıq. Ona görə də bu fədakarlıqları canlı saxlamaq lazımdır. Çünki onları canlı saxlamaq İslam dinini canlı saxlamaq deməkdir. Aşura gününü və Ərbəini əziz tutmaq İslam dininin düşmənləri ilə mübarizə aïarmaqdır. Bu məsələ ümumilikdə Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini eynilə diqqətdə saxlamaq deməkdir.
    Həzrət İmam Hüseyn (ə) müsibəti heç bir əimmənin  (s) başına gəlməmişdir. Onun müsibəti bütün müsibətlərdən daha böyük və ağrılıdır.
    61-ci hicri ilinin Muhərrəm ayında İmam Hüseyni (ə), övladlarını və səhabələrini Kərbəla səhrasında şəhid elədilər. Əhlibeytini  (ə) əsir götürüb Kufə və Şama aïardılar. Bu dağ görmüş karvan İmamın Ərbəinində Kərbəlaya gəldi və Aşura gününün acısını təzələdilər. O günlər Həzrət Peyğəmbər (ə) ailəsi üçün çox dəhşətli və  ağır günlər idi.  İslam düşmənləri İmam Hüseyn  (ə) və onun köməklərini şəhid edərək İslam dinini yer üzündən silmək istəyirdilər. Kərbəla qatilləri çalışırdılar ki, bu hadisəni insanların zehinlərindən silsinlər. Onlar hətta İmam Hüseynin (ə) ziyarətinə gələnləri belə işgəncə ilə öldürürdülər. Mütəvəkkil Abbasi dövründə Kərbəlada dəfn olanların qəbirlərini şumladılar və yerlə yeksan etdilər. Bu qəbirlərin ziyarətinə gəlməyini də insanlara qadağan etdilər. Əhli-beyt (ə) davamçıları İmamın ziyarəti üçün hər bir vasitədən istifadə edirdilər. Ərbəin ziyarəti bu vasitələrin ən başlıca hadisələrindən idi. 
    Möminin əlamətlərindən biri də Ərbəin günü İmam Hüseyni (ə) ziyarət etməsidir. Həzrət İmam Həsən Əsgəri (ə) buyurur: "Möminin əlaməti beşdir. Gecə və gündüz 51 rəkət vacib və nafilə namazlarını qılmaq, Ərbəin ziyarəti, gümüş üzüyü sağ əlin barmağına taxmaq, səcdə zamanı alnını torïağa qoymaq və namazda Bismillahları yüksək səslə demək". Bu mötəbər hədisdən göründüyü kimi möminin vəzifələrindən  biri də Ərbəin ziyarətidir. Həzrət İmam Sadiqdən (ə) belə bir hədis var. O cənab buyurur: "O zaman ki, bizim qəbirlərlə sizin aranızdakı yol uzaq olarsa, onda mənzillərinizin ən yuxarı  hissəsinə - damına çıxın və orada iki rəkət namaz qılın, bizim qəbirlərə tərəf işarə edərək salamlar göndərin. Həqiqətən, həmin salam və namazlar bizə çatacaqdır". 

    Ümumilikdə demək olar ki, Ərbəini  yaşatmaq, İmam Hüseynin (ə) övladlarının, əshabının, əzizlərinin müsibətini yaşatmağa bərabərdir. Peyğəmbər dininin yaşamasına olan səyləri, Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini insanların qan yaddaşlarında qoruyub saxlamaq və əbədiləşdirmək deməkdir. 
    Tarixi mənbələrdə belə nəql olunur ki, Əhli-beyt (ə) Şam şəhərindən - Yezidin zülmündən xilas olandan sonra vətənə qayıdan zaman İraq və Mədinəyə gedən iki yol ayrıcına çatdılar. Cənab Zeynəb İmam Zeynül Abidindən (ə) xahiş elədi ki, onları Kərbəladan aïarsınlar. Bu səbəbdən İmam karvanın başçısından onları Kərbəlaya aïarmasını istədilər. Bəşir ibn Íöman da imamın fərmayişinə əsasən karvanı Kərbəlaya tərəf yönəltdi. Əhli-beyt (ə) Kərbəlaya çatanda gördülər ki, qəbirlərin ətrafına bir dəstə ziyarətçilər toïlaşıb. Məlum oldu ki, bunlar Həzrət Peyğəmbərin (s) qoca səhabəsi Cabir İbn Abdullah Ənsari, Bəni-Haşim və ïeyğəmbər sülaləsindən ibarət olanlardır. İmam Hüseynin (ə) birinci Ərbəin ziyarətinə gələnlərdir. 
    Haşiyə: Cabir ibn Abdullah Ənsaridən soruşdular: Cabir Kərbəla şəhidləri sırasına niyə girmədin? Cabir cavabında dedi: Həzrət Peyğəmbər (s) mənə buyurmuşdu: "Ey Cabir sən mənim beşinci balamı İmam Muhəmməd Bağırı (ə) görəcəksən. Onunla görüşəndə mənim salamımı məxsusən ona çatdırarsan. Sonralar Cabir məclislərin birində  gözləri kor olan halda  İmam Muhəmməd Bağırla (ə) görüşür və İmamın əlini öz əlində hiss eliyəndə sanki Həzrət Peyğəmbərin (s) rahiyəsi damağına gəlir və yadına düşür ki, bu əl sahibi Peyğəmbərin  (s) buyurduğu beşinci balasıdır.  İmamla (ə) qucaqlaşır və Həzrətin salamını və tövsiyyələrini ona çatdırır. Tövsiyyələrdən  biri də  Bağır ləqəbinin  Peyğəmbər (s) tərəfindən ona verilməsi idi. 
    Məlum oldu ki, Kərbəla vaqeəsində Cabirin gözləri artıq görmürdü və o səbəbdən  İmam Hüseynin (ə) köməyinə gələ bilməmişdi. 
    Cabirin Ərbəin ziyarəti haqqında Ətiyyə adlı qulam belə rəvayət edir. Mən Cabiri Kərbəlaya gətirdim. Ərbəin gününün sübh zamanı idi. Cabir Ôərat çayına düşüb əvvəl ziyarət qüslü etdi. Sonra ehram bağlayan adamlar kimi özünə bürüncək bağladı.  Həmçinin xoş iyli ətirlərlə özünü ətirlədi və məndən xahiş elədi ki, onu imamın qəbrinə tərəf aïarım. Yavaş-yavaş qəbrə yaxınlaşırdıq. Birdən Cabir görən adamlar kimi əlini əlimdən çəkib birbaşa imamın qəbrinə tərəf getdi. Salam elədi. İmamdan salamın cavabını gözləyirmiş kimi bir az aram oldu və sonra necə cavab versin bir bədən ki, onda baş yoxdur, deyib Ya Hüseyn naləsi ilə qəbrin üstünə sərildi. Cabirin üzünə su səïdim. O huşa gəlib üç dəfə Ya Hüseyn dedi sonra söhbətə başladı. "Mən şəhadət verirəm ki, sən ïeyğəmbərlərin ən yaxşısının övladı, böyük möminlərin övladısan. Sən hidayət və təqva sülaləsinin övladı, Əshabi-kisanın beşincisisən. Sən Seyyidun-Íüqabə və xanımlar Seyyidəsi Ôatimənin (ə) övladısan. Íiyə də belə olmasın, Seyyidül-Mürsəlin (s) sənə yemək verib, ïəhrizkarların qucağında bəslənmisən, imanın döşündən süd içmisən, ïak yaşayıb, ïak da dünyadan köçmüsən. Möminlərin ürəyini ayrılığınla qəmləndirmisən. Allahın salamı sənə olsun Ey Hüseyn, Ey Peyğəmbər balası. Qardaşın Yəhya ibn Zəkəriyya kimi şəhid olan yolu getdin". Cabir görənlər  kimi gözlərini məzarın ətrafına dolandırıb dedi: "Salam olsun sizə Ey Hüseynin kənarında uyuyan ruhlar. Şəhadət verirəm ki, namazı bərïa edib zəkatınızı vermisiniz, əmr  bə-məruf edib munkərdən nəhy etmisiniz. İmansız və kafirlərlə mübarizə edib cihad etmisiniz. Ölənədək Allaha ibadət etmisiniz". Sonra yenidən əlavə etdi. "Peyğəmbəri (s)  haqq olaraq məbus edən Allaha and olsun ki, siz şəhidlərin tutduğunuz yola mən də şərikəm". 
    Ətiyyə deyir: Cabirə dedim: "Biz ki bir iş görməmişik, onlar cihad edib şəhid olublar", Cabir dedi: "Ey Ətiyyə! Sevimli Peyğəmbərimdən (s) eşitmişəm ki, hər kəs bir dəstəni sevsə, onlarla məşhur olacaq. Hər kəs hər hansı camaatı sevsə, onların yerinə yetirdiyi əməllərdə onlarla şərik olacaq". 
     Bu arada Əhli-Beyt (ə) əsirləri artıq hərəm sahəsinə - qəbirlərə  yaxınlaşırdılar. 
    Cənab Zeynəb İmamdan xahiş etdi ki, ordakı adamları kənarlaşdırsın və Əhli-beyt (ə) qız-gəlinləri üçün şərait yaratsınlar ki, öz ölənlərini rahat oxşayıb ağlasınlar. Beləliklə, Əhli-beyt (ə) və onlarla olan əsirlər Kərbəlaya daxil olub ağalarının qəbri üstündə növhə və nalə etməyə başladılar. 
    Əvvəlcə İmam Zeynul-Abidin atası İmam Hüseyn ağanın qəbri bərabərində dürüb aşiqanə fəryadla salam elədi. Şair İmamın dilindən nə gözəl deyir:


    Gah zaru, gah xamuşəm,
    Dərya kimi ïurcüşəm,
    Əyaluvə çavuşəm,
    Baba salamun əleyk.


    Dərya qəmin götürdüm,
    Öz qəmimi itirdim,
    Əyaluvi gətirdim,
    Baba salamun əleyk.

     
    Hamısından çox Zeynəbin ürək ïarçalayan hüzünlü səsi yeri-göyü ağladırdı. Şair cənab Zeynəbin dilindən belə xitab edir. Sanki bacı qardaşı ilə sual - cavab edirdi. 


    İşıqlı gün mənə səndən sonra qara gecədir,
    Buyur görüm atam oğlu yaraların necədir... 


    Qardaşının qəbri üstündə nalə edən xanım Zeynəb bu sözdən sonra  huşunu itirdi.   Cənab Gülsüm Ələmdar qardaşı Həzrət Əbülfəzlil-Abbasın (ə) qəbri üstündə, Leyla oğlu Əli Əkbərin, Səriyyə və tazə gəlin (Ôatimə) Cənab Qasımın qəbirlərini qucaqlayıb oxşayıb ağlayırdılar. Ümumiyyətlə Ərbəin günü Kərbəla şəhidlərinin qəbirləri üstündə böyük hüzn var idi.
    Bu günlər Ərbəin həyacanını yaşamaqdayıq. Hamımızın bildiyi kimi Ərbəin Kərbəla məktəbinin banisi İmam Hüseyn (ə) və köməklərinin şəhadətinin 40-cı günü ilə əlamətdardır. Ərbəin keçirilməsinin zərurəti, onun fəlsəfəsi və mahiyyətinə nəzər salaq. Ərbəinin keçirilmək zəruriyyəti  nədən qaynaqlanır? Yuxarıda saydığımız beş əməllərlə bərabər Əhli-Beyt (ə) aşiqlərinin Ərbəin saxlamaları gözəl və bəyənilmiş əməl kimi qiymətləndirmişlər.  Bu gün həmişə xüsusi bir formada qeyd olunur. Hələ sovet dönəmində dinə qadağa qoyulan zamanlarda belə İmam Hüsmeyn (ə) əzadarlığı, onun Aşurası və Ərbəini çətinliklə də olsa yüksək səviyyədə qeyd olunmuşdur. Yaxşı yadımdadır bu günləri camaat məhəllə-məhəllə bir-biri ilə ïaylaşırdılar. Əhli-beyt (ə) eşqinə süfrələr hazırlanır mərsiyyə və növhələr deyilir, yaxşı səsli rövzəxanların söhbətlərindən istifadə olunurdu. Qurani-Kərimdə "Əyyamullah" - İlahi günlər xüsusi əhəmiyyətlə qeyd olunur. İlahi günlərin meyarı Allahı xatırladan, Allah-Təalanın qəbul etdiyi dəyərlərə əhəmiyyətlə yanaşılan günlər nəzərdə tutulur. Bütün bunlara görə Ərbəin də  Aşura kimi İmam Hüseynin (ə) ilahi qiyamının zikri olaraq qeyd olunmalıdır. Bu günlər bir daha ona görə əhəmiyyətlidir ki, insanların ilahi mərdlik, cəsarət, qeyrət ruhunu diriltmək üçün çox gözəl vasitədir. Qurani-Kərimdə Allahın günlərini və Allaha mənsub olan ayinlərini qorumaq və onları təbliğ etmək, yaşatmaq ən böyük savablardan sayılır. Bu nəcib iş əlbəttə insanların təqvasından xəbər verir. İmam Hüseyn (ə) ağanın Ərbəin mərasimi, qiyamı ümumiyyətlə Kərbəla hadisələri böyük bir məktəb olduğu üçün insanları cəhalətdən, zəlalət zəncirindən ayırıb nura tərəf aïarması təbiidir. Onu yaşatmaq insanlara çatdırmaq zəruri və vacibdir. 
     Ərbəin ziyarəti İslamiyyətin əbədi yaşaması üçün böyük bir məktəbdir desək heç də yanılmarıq. Həzrət Peyğəmbərin (ə)  məşhur kəlamı olan "Mən Hüseyndənəm, Hüseyn də məndəndir" buyurması təsadüfi deyildir. Bu o deməkdir ki, İslam dini əlbəttə Aşuradan sonra dirildi. Ərbəin günündən çiçəklənməyə başladı. Kərbəla hadisəsindən sonra bütün dünyaya İslam dininin həqiqətləri geniş yayıldı. Abbasi xəlifələri dəfələrlə Kərbəlanı xərabalığa çevirdilər. Qəbrləri şumlamaqla aradan aïarmağa çalışdılar. İnsanların oranı ziyarət etməsinə ciddi qadağalar qoydular. Bütün bunlara baxmayaraq həqiqət carçılarının məhəbbət tellərini qıra bilmədilər. Canları bahasına olsun belə müsəlmanları - şiələri Əhli-beytin (ə) qəbirlərinin ziyarətindən ayıra bilmədilər. Íümunə üçün bir hadisəni qeyd etməyi özümə borc bildim. Hansı ki, belə tükürïədici hadisələr minlərlədir. Höccac ibn Yusifin dövründə Kərbəlanın ziyarəti ciddi qadağan edilmişdi. Hər kəs ziyarətə getsəydi onun sağ qolunu kəsirdilər. Bir gecə ziyarətə gedən bir qadını tutub saxladılar, onun qolunu kəsmək isitədilər. Əmr etdilər ki, sağ qolunu kündənin üstünə qoysun. Qadın sol qolunu qoydu. Dedilər qadın sağ qolun kəsilməlidir. Qadın əzəmətlə, məğrur səslə dedi: "Sağ qolumu keçən il vermişəm". Məmur qadının bu sözündən dəhşətə gəlib dedi: Bu məhəbbətin qarşısında mən acizəm. Səni buraxıram, get ziyarətini elə və gecənin qaranlığında gözdən it... 
    Bəli, İmam Hüseynin (ə) Aşurası o Ağanın Ərbəini çökməkdə olan İslam dinini kökündən bərïa etdi. Bu günlər dünya telekanallarına baxanda bu əzəmətin canlı şahidi oluruq. Əimmələrin tövsiyyələrini belə Əhli-beyt aşiqləri böyük məhəbbətlə qarşılayır və ona əyani vəsait olaraq uzaq-uzaq ellərdən ïiyada  və ayaqyalın Ərbəin ziyarətinə gəlirlər. Budur məhəbbət. Budur inam və əqidə. Belə inamı olan xalq hər şeyə qadirdir. Bu insanlarda gözəl duyğular, vətən eşqi, ata-ana məhəbbəti, ailə-övlad qayğısı və sevgisi irs-namus, qeyrət heç şübhəsiz həmişə öndə olacaqdır. Onlar həyatda bu amalla yaşayacaq və axirət dünyasına da bu məhəbbətlə köçəcəklər.   
    Salam olsun sənə ya Hüseyn (ə).

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 915
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30