Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Şamaxı repressiyaları ilə bağlı kitab nəşr olunub
    Şamaxıda keçən əsrin 30-40-cı illərində rayonda həyata keçirilən repressiyalardan bəhs edən “Şamaxı qırmızı terrorun hədəfində: 1930-40-cı illər repressiyaları” kitabının təqdimatı keçirilib. Kitabın müəllifləri Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanov, tədqiqatçı Məhərrəm Zülfüqarlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Dəyanət Musayevdir. Kitabda keçən əsrin 30-40-cı illərində sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə hadisəsindən və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunur.

    Təqdimat mərasimində Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edərək kitabın müəlliflərini təbrik edib. M.Zülfüqarlı bildirib ki, kitabın başlıca əhəmiyyəti ondan ibarətdir ki, kitab arxiv materialları, real faktlar, repressiyaya məruz qalan insanların yaxın qohumlarının məlumatları əsasında hazırlanıb: “Bəzi məlumatlara görə, 30-40-cı illərin repressiya dövründə Azərbaycanda 70-80 min ziyalı nümayəndəsi “xalq düşməni” elan edilərək məhv edilib. Şamaxı əhalisi isə daha böyük məhrumiyyətlərə və talanlara məruz qalıb. Əhalisi repressiyaya məruz qalan kəndlərdən biri də Təklə kəndi idi. Kəndin 70 nəfər günahsız sakini casusluqda və burjua-millətçilikdə ittiham olunaraq Bakıda tədbirdə iştirak etmək adı ilə aldadılaraq həbs edilir. Onlardan 60 nəfər məhkəmənin qərarı ilə edam olunur, 10 nəfər isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilir. Bu cür hadisələr Azərbaycanın başqa rayonlarında da həyata keçirilib”. Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Aydın Alcanov keçən əsrin 30-40-cı illərində Azərbaycanın heç bir rayonunda Şamaxıdakı kimi qırğının törədilmədiyini bildirərək babasının həmin illərdə ermənilər tərəfindən öldürüldüyünü, ailələrinin isə uzun müddət təqiblərə məruz qaldığını deyib. A.Alcanov Azərbaycanda həyata keçirilən repressiyaların daha ciddi araşdırılmasını vacib hesab edərək, repressiya illərində əhalisinin böyük hissəsi məhv edilən Əngəxaran kəndinin girişində soyqırımı abidəsinin ucaldılmasını təklif edib. Millət vəkili E.Süleymanov sovet hakimiyyətinin keçən əsrin 30-40-cı illərində Azərbaycanda həyata keçirdiyi qırğınları tariximizin ən qanlı səhifələrindən biri olduğunu deyib. Həmin dövrdə repressiyaların həyata keçirilməsində ermənilərin başlıca rol oynadıqlarını diqqətə çatdıran millət vəkili bütün bu faktların araşdırılmasını və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu vurğulayıb: “Düşmənimizi tanımaq üçün tariximizi daha dərindən bilməli, vətənpərvər olmalıyıq. Ermənilər bütün ölkələrdə Azərbaycana, türklərə qarşı çox ciddi təbliğat aparırlar. Lakin çox az adam bilir ki, atəşkəs elan olunduqdan sonra ermənilər təxminən 1250 nəfər azərbaycanlını qətlə yetiriblər. Dünya birliyi isə Azərbaycanda törədilən qırğınlara, repressiyalara, torpaqlarımızın işğal olunmasına susmaqla cavab verir. Ona görə də haqq səsimizin, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi artırmalı, həmrəy olmalıyıq”. Tədbirdə çıxış edən digər natiqlər də keçən əsrin 30-40-cı illərində sovet hakimiyyətinin Şamaxıda həyata keçirdiyi repressiyalar və qırğınlardan danışaraq, xalqımızın başına gətirilən müsibətlərin daha ciddi tədqiq edilməsinin və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 572
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30