“Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdi barədə mürtəd hökmünün verilməsinin ildönümü ərəfəsində İran hökmlə bağlı bir daha mövqeyini bəyan edib. İslam inqilabının rəhbəri İmam Xomeyninin verdiyi hökmün dəyişdirilməyəcəyini bəyan edən İranın bu mövqeyini dövlət televiziyası yayıb.
Xomeyninin əsərlərini yaymaq və qorumaq bürosu məsələ ilə əlaqədar açıqlamasında “Salman Rüşdi barədə hökm dəyişdirilə bilməz. Bu hökmü İmam Xomeyni verib və dəyişdirilməsi yox, icrası vacibdir” deyə vurğulayıb.
Qeyd edək ki, Salman Rüşdinin əsəri 1987-ci ildə yayınlanıb və bundan sonra müəllif haqında “mürtəd” hökmü verilib.