Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident həmvətənlərimizi təbrik edib
    Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə həmvətənlərimizi təbrik edib. "Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və artıq ənənəvi bayramlarımızdan birinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Sizi səmimi qəlbdən salamlayır, hər birinizə səadət və firavanlıq arzulayıram.

     Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması və birliyinin möhkəmlənməsi, tarixi Vətənlə əlaqələrinin güclənməsi diaspor quruculuğunun mühüm tərkib hissəsini təşkil edir". Prezident bildirib ki, hazırda dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimizin yaratdıqları qurumlar Azərbaycan hökumətinin də ardıcıl dəstəyi sayəsində daha mütəşəkkil və çevik fəaliyyət göstərirlər. "Sevindirici haldır ki, yeni ideyaları və vətənpərvərliyi ilə seçilən gənclərimiz bu prosesə yaxından cəlb olunur, diasporun möhkəmlənməsinə öz töhfələrini verirlər. Cari ilin martında təsis edilmiş Dünya Azərbaycanlı Gənclər Birliyi buna bariz nümunədir. Soydaşlarımızın yaşadıqları dövlətlərin cəmiyyətinə dərindən inteqrasiya olunması, həmin ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatında getdikcə daha fəal rol oynaması təqdirəlayiqdir. Bunlar respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbaycan reallıqlarının dünyaya təqdim olunmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə əlverişli şərait yaradır. Eyni zamanda, Moskva, Hyuston, Paris və Türkiyənin Kocaeli şəhərində artıq fəaliyyətə başlamış, gələcəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəzləri diasporumuzun imkanlarını xeyli artıracaq. Ümidvaram ki, diaspor təşkilatlarımız bundan sonra da öz səylərini davam etdirəcək, Diasporla İş üzrə Dövlət Komitəsi, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz və Azərbaycan mədəniyyət mərkəzləri ilə sıx əməkdaşlıq edərək daha mütəşəkkil fəaliyyət göstərəcəklər" - deyə dövlət başçısı bildirib.
    İlham Əliyev qeyd edib ki, tarixi şərait dünya azərbaycanlılarının həmrəylik və birlik arzularının məhz müstəqil dövlətimiz yarandıqdan sonra reallığa çevrilməsini mümkün etmişdir. "Buna görə də biz milli varlığımızın əsası olan Azərbaycan Respublikasının hərtərəfli inkişafının təmin edilməsi, onun qüdrətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparırıq. Həyata keçirilən tədbirlər nəticəsində, əvvəlki dövrlərdə olduğu kimi, yola salmağa hazırlaşdığımız 2012-ci ildə də ölkəmizdə sosial-iqtisadi inkişaf prosesləri uğurla davam etmişdir. İqtisadi potensialın güclənməsi sosial, mədəni, hüquqi və digər sahələrə daha çox diqqət yetirilməsinə imkan yaratmış, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə və xaricdəki dostlarımızın sıralarının genişlənməsinə səbəb olmuşdur. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın istər qitə, istərsə də dünya miqyasındakı rolunun və təsir imkanlarının artmasının parlaq göstəricisidir" - deyə dövlət başçısı vurğulayıb.
    Prezident qeyd edib ki, hazırda BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərən Azərbaycan Respublikası dünyada sülhün və təhlükəsizliyin qorunması sahəsində öz məsuliyyətini dərindən dərk edir. "Bu gün ölkəmiz multikulturalizmin və tolerantlığın məkanı kimi islam dünyası ilə Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətlərə mənsub olan xalqlar arasında əməkdaşlıq üçün qlobal platformanın yaradılmasında mühüm rol oynayır. Əziz soydaşlar! Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Buna görə də bu gün bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mənəvi dəyərlərimizin qorunması, Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm. Sizi əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram!"

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 454
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30