Gənc Vətənpərvərlər Birliyi (GVB) ilin yekunu ilə bağlı tədbir keçirib. Birlikdən verilən məlumata görə, iclasda GVB-nin sədri Müqamət Əliyev gündəlikdə duram məsələləri və 2012-ci ildə görülən işlər barədə məlumat verib. İdarə Heyətinin üzvləri Birliyin gördüyü işləri yüksək qiymətləndiriblər.
Təşkilatı məsələlərdən danışılarkən bildirilib ki, 2012-ci il ərzində müxtəlif sahələrdə işlər aparılıb, rayon Gənclər və İdman İdarələri ilə birgə müxtəlif yönlü tədbirlər həyata keçirilib.
2013-cü ildə görüləcək işlər və tədbirlər planına görə, 20 Yanvar faciəsi, 2 Fevral Gənclər Günü, Xocalı Soyqırımı, Novruz Bayramı və 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı Bakı və ətraf rayonlarda tədbirlərin keçirilməsi ilə bağlı Təşkilat komitəsi yaradılıb və üzvlər tədbir iştirakçıların nəzərinə çatdırılıb.
Tədbirin sonunda Gənc Vətənpərvərlər Birliyinin fəal üzvlərinə birliyin vəsiqələri və təşəkkür məktubları təqdim edilib.