Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanda dini durum
    Bu məsələ ilə bağlı aparılan sosioloji sorğunun nəticələri açıqlanıb

    Bu günlərdə  Bakıda Strateji Araşdırmalar Mərkəzinin  "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” mövzusunda apardığı sosioloji sorğunun təqdimat mərasimi keçirilib. Tədbirdə SAM-ın direktoru Fərhad Məmmədov “Azərbaycanda dini durumun öyrənilməsi zərurəti və sosioloji tədqiqatın əsas xüsusiyyətləri” mövzusunda çıxış edib. F.Məmmədovun sözlərinə görə, sözügedən mövzunun aktuallığı ondan ibarətdir ki, müstəqillik illərində cəmiyyətin həyatında dini sahədə əhəmiyyətli dəyişikliklər baş verib. Sovet dövrünün din üzərində total nəzarətində və elmi ateizm praktikasından fərqli olaraq, müstəqil dövlətdə din və vicdan azadlıqları konstitusion və faktiki olaraq müstəqildir. F.Məmmədov deyib ki, əhali arasında dini dünyagörüş sürətlə yayılmaqdadır. Ölkədə yeni məscidlər tikilir və ya bərpa edilir. Hazırda Azərbaycanda fəaliyyət göstərən bir neçə pravoslav kilsəsi, sinaqoq və sair dini məbədlər var. Ölkədə tədricən dini təhsil formalaşıb. İslam və digər dinlər haqqında çoxsaylı ədəbiyyatlar mövcuddur. Bununla yanaşı dinlə bağlı fəaliyyət göstərən bir sıra ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, elmi-tədqiqat müəssisələri mövcuddur. F.Məmmədov qeyd edib ki, İslam dini cəmiyyətimizin ayrılmaz hissəsini təşkil edir və bu, bir çox insanın özünü  və dünyanı dərk forması kimi çıxış edir: “Bütün bunlarla yanaşı onu da demək lazımdır ki, hazırda ölkədəki dini vəziyyətin təhlili baxımından hər hansı dəqiq və sosioemprik tədqiqatın olmadığı müşahidə edilməkdədir. Tədqiqatın unikal cəhəti ondan ibarətdir ki, faktiki olaraq Azərbaycanda ilk dəfədir bu araşdırma kütləvi dini şüurun nəzəri və praktiki tərəflərini özündə ehtiva edir”.    
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov “Azərbaycanda Dövlət və din münasibətləri: mövcud reallıqlar və ictimai gözləntilər” mövzusunda çıxış edib. O, ölkədə dini  durumun vəziyyəti, mövcud reallıq və perespektivlərdən danışıb, aparılan sosioloji sorğunun əhəmiyyətindən bəhs edib: “Azərbaycanda  bütün dinlərin azad və sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ölkəmizdə mövcud olan tolerant mühit və dinlərarası münasibətlər imkan verir ki, İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələri də azad şəkildə fəaliyyət göstərə bilsinlər”. E.İskəndərov bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədə tənzimlənir. Əhalinin mütləq əksəriyyəti bu istiqamətdə aparılan işləri dəstəkləyir.  Azərbaycanda aparılan sorğuların nəticələrinə toxunan E.İskəndərovun sözlərinə görə, nəticələrdən məlum olur ki, ölkədə dini radikalizm şüarları üçün ictimai dəstək yoxdur. Sorğunun nəticələrinə görə, Azərbaycandakı tolerant mühit, dinlər və məzhəblərarası münasibətlər əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənir. E.İskəndərov onu da bildirib ki, əhalinin dini maarifləndirilməsinə böyük ehtiyac var: “Bu, sadəcə dövlət qurumlarının işi deyil, bütün cəmiyyətin problemidir. Dövlət-din münasibətlərinin tənzimlənməsi, həmçinin dini radikalizmin süni şəkildə genişləndirilməsinin qarşısının alınması və  aktiv şəkildə maarifləndirmənin aparılması cəmiyyətin dini maarifləndirməyə olan ehtiyacının ödənilməsidir”. 
    E.İskəndərov xatırladıb ki, Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra xalqın keçmişi, milli adət-ənənələri və dininə dövlət səviyyəsində hörmət və ehtiram göstərilməyə başlanılıb. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib. Bu gün də bu proses prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Xalq bu gün öz prezidentinin milli dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir”.  Dövlət Komitəsinin sədri xatırladıb ki, bu günlərdə Böyük Britaniya Parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə “Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib. Onun sözlərinə görə, həmin tədbirdə Azərbaycanda dinlərarası dialoq modelinin Avropa üçün önəm daşıdığını vurğulayan məruzəçilər və xarici iştirakçılar bu münasibətlərin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə ölkəmizdə dinlərarsı dialoq və tolerantlıq mərkəzinin yaradılması təklifini irəli sürüblər: “Bu isə bir daha sübut edir ki, Azərbaycanda dövlət və din münasibətləri yüksələn xətlə inkişaf edir” - deyən E.İskəndərov Venesiya Komissiyasının  Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna bəzi dəyişiklərin edilməsi ilə bağlı verdiyi təkliflərə də münasibət bildirib. E.İskəndərov qeyd edib  ki, sosioloji  sorğuların təhlilləri göstərir ki,  bu məsələlərlə bağlı qərar qəbul edərkən Azərbaycanın yerləşdiyi geosiyasi mövqe və adət-ənənələri nəzərə alınmalıdır. Onun sözlərinə görə, sırf akademik nöqteyi-nəzərdən hər hansı bir təhlilin verilməsi din kimi həssas sahədə gerçəklikdən uzaqdır: “Bütün bu kimi təkliflər biz tərəfdən qəbul olunur, nəzərə alınır və təhlil olunaraq zaman-zaman bunlara reaksiya verilir. Eyni zamanda bu istiqamətdə beynəlxalq qurumlarla davamlı dialoq şəklində müzakirələr aparılır”.
    E.İsgəndərov bildirib ki, Azərbaycanın  digər sahələrdə olduğu kimi, bu məsələlərə münasibətdə də müstəqil mövqeyi var: “Azərbaycan din sahəsində də dövlətçiliyimizin marağına uyğun olan siyasət aparır”.   
    Qeyd edək ki, Venesiya Komissiyası vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində dini təbliğat aparmağı, öz dini ayinlərini həyata keçirməyi təklif edir. Təkliflərdə dini ədəbiyyatların ölkəyə gətirilməsinə qadağanın aradan qaldırılması, dini icmaların qeydiyyat prosedurunun sadələşdirilməsi və s. öz əksini tapıb.
    Azərbaycan Dini Araşdırmalar Mərkəzinin direktoru Elçin Əsgərov qeyd edib ki, sorğunun keçirilməsinə əsas məqsəd Azərbaycan cəmiyyətində bu sahədə olan hərtərəfli və etibarlı sosial informasiyanın toplanması, müasir dində cəmiyyətin dinamika və tendensiyaların izlənməsi, kütləvi dini şüurun əsas parametrlərinin müəyyən edilməsi, dini sahəyə təsir göstərən bütün faktorların aşkarlanması, eyni zamanda İslamın fərdi və ictimai həyatda yerinin dəyərləndirilməsindən ibarətdir.  
    SAM-ın elmi işçisi Sahib Cəfərov  sorğunun nəticələrini  təqdim edib. O qeyd edib ki, bu ilin 20 may - 15 iyun tarixlərində Bakı, Abşeron, Quba-Xaçmaz, Aran, Qarabağ, Dağlıq Şirvan, Lənkəran, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi - coğrafi rayonlarda 1501 respondent arasında "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” mövzusunda sorğu keçirilib. Sorğu təsadüfi seçim əsasında ev təsərrüfatlarında üzbəüz müsahibə şəklində aparılıb. Sorğuya görə, əhalinin 96,8 faizi İslam dininə etiqad edir. Əhali əsas dini  informasiyanı dəfn mərasimlərindən (34,2 faiz) və bilavasitə əhatələrində olanlardan (ailə üzvləri, qohumlar, dostlar, tanışlar 34,4 faiz) alır. Respondentlərin 45 faizi özlərini heç bir dini məzhəbin nümayəndəsi hesab etmir. Özünü şiə hesab edən 38 faiz, sünni hesab edən 14 faiz təşkil edir. Bu barədə heç nə düşünməyən 2, cavab verməyə çətinlik çəkən isə 1 faiz olub. Namaz qılmayan 57,6 faiz, oruc tutmayan və planlaşdırmayan  50,4 faiz olub. Məscidə getməyən 42, yalnız Məhərrəm Ayında, Aşura günündə gedən 32, məscidə hərdən nəzir vermək üçün gedən 12, hər həftə cümə namazına gedən 2, tez-tez cümə namazına gedən 3 və əsasən böyük dini bayramlarında gedənlər  isə 9 faiz təşkil edir. 
    Sorğuda iştirak edənlərin 45 faizi digər dinlərin nümayəndələrinə münasibətdə neytraldır. Respondentlərin 34,2 faizi isə digər dinin nümayəndələrinə hörmətlə yanaşır. Respondentlərin 50,90 faiz ölkədəki dini azadlıqdan daha çox razıdır.  Tam razı olanlar 36,80, daha çox razı olmayanlar 9,50 və tamamilə narazılar 2,80 faiz olub.  İştirakçıların 44,8 faizi ölkədə İslam dininin vəziyyətini bir qədər, 41,5  faizi isə xeyli yaxşılaşdığını düşünür. Digərləri isə müxtəlif cavablar veriblər. Sorğu iştirakçılarının 85,4 faizi sələfilik (vəhabilik) cərəyanına mənfi münasibət bəsləyir. 2,6 faiz müsbət, başqaları isə müxtəlif cavablar veriblər. Respondentlərin 46 faizi orta məktəblərdə baş örtüyündən istifadəni yolverilməz sayır, 40,2 faizi isə neytral münasibətdədir. Qalan 13,8 faiz iştirakçı isə hesab edir ki, bu məsələdə şəxsi azadlığa hörmətlə yanaşılmalıdır.  



    Atif EYVAZOV

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 689
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30