Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Avropa niyə İSLAMlaş(m)ır?
    Fransada katoliklikdən, protestantlıqdan İslam dininə pənah aparanların sayı artır. Söhbət əlbəttə, cəmiyyətin şüurlu kəsimindən gedir. O kəsimindən ki, İslamı ilk baxışdanca qəbul edir. Əlbəttə, fərqli tendensiyalar da mövcuddur. Məsələn, fransız qadınları müsəlmanlığı etnik müsəlmanalara - ərəblərə, türklərə və farslara ərə getmək üçün edirlər… Amma etnik xristianın İslama meyl göstərməsinin səbəbi başqadır. Müəyyən mənada bu məsələdən də bəhs etməyə çalışacağıq.
    Əslində tutaq ki, fransız-müsəlman amili Avropa üçün heç də yenilik deyil. Hələ məşhur fransalı filosof və səyyah Rene Henon ötən əsrin 20-ci illərində İslam dinini qəbul etmişdi. Ümumənsə Fransanın Şərqdə koloniyaları olub və koloniyanın dini metropoliyaya həmişə hansısa cazibədarlıq verib.
    Digər tərəfdən, ölkənin bu günlərdə dünyasını dəyişmiş tanınmış yazıçısı Roje Qordini yada salaq. O, İkinci Dünya Müharibəsi vaxtı müqavimət hərəkatına qoşulub. Sonra respublikanın Kommunist Partiyasının fəal xadimlərindən birinə çevrilib. 1982-ci ildə isə İslamı qəbul edib. Yazıçının bu dinlə bağlı təsəvvürləri İraqa qarşı 1991-ci ilin «Səhrada tufan» əməliyyatından və 2001-ci ilin 11 sentyabr terrorundan sonra daha da möhkəmlənib. Halbuki belə düşünməyənlər, hadisə və proseslərin mahiyyətinə varmadan qərar çıxaranlar çoxdur.

    Ekspertlərin bildirdiklərinə görə, gənclər üçün radikalizm xarakterik xüsusiyyətdir. Onlar həmişə daxili mənəvi «mən»in axtarışındadırlar və bu, normal haldır. Ancaq məsələ anormallığa da yol açan təbiətə malikdir. Gənc fransızların əksəriyyətinin xoşuna «dünyanın İslama qarşı olması» gəlir. Digərlərində dinə maraq Avropanın bəlli sistemindən, oturuşmuş əxlaqi və mənəvi keyfiyyətlərə malik həyat tərzindən, quruluşun bəzən deqredasiya kimi təhazür tapan cəhətlərindən bezmə nəticəsində yaranıb.
    Amma onu da vurğulamaq lazımdır ki, böyük hesabla fransız gənclərinin düşüncələrindəki İslam heç də təqibə məruz qalmış din deyil və ümumən bu ölkədəki insanlar onu baxışlarında təsəvvürlərinə gətirdikləri toxunulmazlıq statusuna görə seçirlər. Təbii ki, belə demək mümkünsə, dini qavrayışın da özünəməxsus xüsusiyyətləri var.
    Bir məqama da diqqət yetirək: hazırda Qərb dünyasında İslam deyiləndə cihad yada düşür ki, həmin cihadı da həyata keçirənlər bir qayda olaraq terrorçular, potensial terrorçu kimi qələmə verilənlərdir. Amma müşahidəçilərin fikrincə, məsələn, fransız müsəlman heç bir halda dinə münasibəti yaxşı olmayan, ümumən düz yoldan uzaq qonşusunu qətlə yetirmək, yaxud beləsinə zərər vermək niyyətinə düşmür. O, öz dünyagörüşü ilə İslamı total qüvvə kimi yayanların planlarının əksinə gedərək düşünür: dini dəyərlərsiz ölərəm, Avropa xristianlığı isə «pul kisələrindən» asılı hala düşüb, buna görə də müsəlmanlığı seçmişəm… Göründüyü kimi, haradasa səmimiyyət axtarışlarında olan toplum istəyinin faydalı nəticələrə gətirmədiyi halda faydanı İslamda görməkdən başqa çıxış yolu tapmır. Təbii, səmimiyyət mühitinin ideoloji təsirlərin hesabına müxtəlif şəkil alması kimi əslində qlobal yaşantı da var ki, həmin yaşantının ayrı-ayrı elementləri heç də gerçək İslam anlayışları ilə uyğunlaşmır.
    Ekspertlərin bir qismi bildirir ki, insan quruluş baxımından dindən kənar yaşaya bilməz. O, hətta özünə başlanğıcdan yad olan, genetik koduna uyğun gəlməyən dini də qəbul edə bilər. Etnik fransızların İslama üz tutmaları isə Fransa cəmiyyətinin sekulyarlığı ilə əlaqələndirilir. Ümumən sekulyarlıq Qərb quruluşlarının hamısı üçün xarakterik əlamət sayıla bilər. Amma fikir sahiblərinin məntiqincə, müqəddəs yer boş olmur və məhz zorakılıq yolu ilə insanlardan uzaqlaşdırılmış xristianlığın yerinə Avropaya gələn İslamdır. İslam hansı tərzdə gəlir və ya gətirilir, söhbətimizdə buna aydınlıq gətirən məqamlar da olacaq.
    Diqqət yetirsək, 50 il öncə sekulyar cəmiyyət Avropa təsəvvüründə dəhşətli şey idi. Hazırda isə bu dəhşət harada və necə gəldi öz toxumlarını səpməkdədir. Məktəblərdə dua etmək olmaz, din xadimləri məktəb binalarından kənara çıxa bilməzlər və sair bu sayaq doqmatik baxışlar köhnə qitənin cəmiyyətləri üçün aktuallıq dərəcəsini itirməyib. Amma qeyd etdiyimiz kimi, din insanlar üçün daxili tələbatdir. Qərbi Avropanın gəncləri də bunu qəbul edirlər və hesab edirlər ki, dini dəyərlərsiz həyat yoxdur. Onların katolikliyi və protestantlığı isə az öncə göstərdiyimizi nəzərə alsaq, küncə sıxılmış vəziyyətdədir. Məhz buna görə də insanlar istənilən dini cərəyanlara qoşulurlar. İslam isə mahiyyət etibarilə başqalarından üstün olduğundan məhz ona üz tutma faizi daha yüksəkdir. Amma məsələnin başqa səbəbləri də var.
    Hazırda İslamdan qorxu (islamafobiya) mövcuddur və mövcud hal daha çox İslam radikalizmi və fundamentalizmi müstəvisində izahını tapır. Avropalılar hesab edirlər ki, bu dinə yaxınlıq təhlükəli meyllərə gətirə bilər. Həmin təhlükəlilik isə yenə də deyək, terrordur. Yəni, yuxarıda qeyd etdiyimiz pozitivliklər bir yana, reallıqda İslam Avropa insanının beynində terrorçuluq sindromu kimi assosiasiya olunur. İstər-istəməz məsələnin siyasi tərəfilərinə diqqət yetirmək, əvvəldə vurğuladığımız məqamlara aydınlıq gətirmək zərurəti yaranır.
    Məsələ ondadır ki, İslamı radikal din olaraq dəyərləndirmənin özünün varlığını doğuran səbəblər də elə Qərbdən gəlir. Bu gün köhnə qitədə insanlar övladlarırın radikal İslam birləşmələrinə qoşulmalarından ehtiyatlanırlarsa, heç fərqinə də varmırlar ki, radikalizm nəticəsində meydana çıxan hansısa terror hadisəsi əslində sonradan həmin Qərbin mənafeləri baxımından gerçəkləşəcək hər hansı prosesin başlanğıcı üçün bir növ, bəhanə rolunu oynayır. Deyimin ən böyük sübutu «11 sentyabr» hadisəsindən sonra  ABŞ-ın gerçəkləşdirdiyi «terrorçu ovları» adı altında Əfqanıstan və İraqda həyata keçirilmiş hərbi əməliyyatlar, faktiki olaraq intervensionist təmayüllərdir.
    Əlbəttə, ortada belə nəhəng, qlobal missiya yerinə yetirmək məramı varsa, istər Avropada, istərsə də Amerikada din azadlığı adı altında İslama verilən dəyər dinin gerçək anlamda dərkinə xidmətdən uzaq olacaq. Bu mənada doqmatik təsirlərdən uzaqlaşmış ictimai və fərdi düşüncənin məhsulu kimi meydana çıxan sekulyarlıqdan bezmə sindromundan İslam vasitəsilə qurtulmaq planlaşdırılmış prosesin təzahür forması kimi də görünə bilər. Hər bir halda Qərb insanı üçün dolaşıq labirintdən çıxış yolunun olmadığı görünür. Təxminən belə: cəmiyyəti qəbul etmirsənsə, İslamı qəbul edirsən. İslamın isə belə demək mümkünsə, radikal yönünü. Həmin yön isə din qardaşları ilə birləşərək qan tökməyi halal iş sayırsa və sonradan həmin iş anti-bəşəri hərəkət kimi dəyər tapırsa, o zaman müxtəlif bəlli təbliğatın təsiri ilə İslamın yekunda hansı tərzdə qəbul edildiyinə diqqət yetirmək zərurəti yaranır. Nəticədə həm İslam gözdən salınır, həm də gözdən salınmış dinin köməyilə siyasi məqsədlər gerçəkləşdirilir. Qərbə, o cümlədən ABŞ-a İslam hazırda buna görə lazımdır və təəssüf ki, şüurən və mənən nə qədər inkişaf etməsinə baxmayaraq, Avropa və Amerika cəmiyyətləri böyük hesabla bu planın tərkib hissəsinə çevrilməkdən yaxa qurtara bilmirlər.


    168.az

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 560
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30