ABŞ-ın “Trafford” nəşriyyatı “Modern Azərbaycan nəsri” adlı irihəcmli kitabı nəfis şəkildə kütləvi tirajla çap etdirib. Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı kitaba yazdığı “Ön söz”də Azərbaycan ədəbiyyatının, o cümlədən nəsrinin keçdiyi inkişaf mərhələlərindən söhbət açıb, söz sənətimizdəki yeniləşmə prosesini dünya ədəbiyyatı kontekstində şərh edib. topluda Azərbaycanın qələm sahiblərindən İsmayıl Şıxlı, İsa Muğanna, Yusif Səmədoğlu, Elçin, Anar, Aqşin Babayev və başqalarının əsərlərindən nümunələr təqdim olunub.
Kitabda yazıçıların tərcümeyi-halları və fotoşəkilləri də verilib.