“Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” Forumu bölmə iclaslarında davam edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı ilə “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda birinci Beynəlxalq Bakı Forumu bu gün işini bölmə iclaslarında davam etdirib.
Tədbirdə Türkiyə, Misir, İran, İordaniya, Malayziya, Küveyt kimi müsəlman ölkələri ilə yanaşı, İngiltərə, Fransa, ABŞ və Rusiyadan din siyasəti ilə məşğul olan rəsmi şəxslər, dinşünaslar, ilahiyyatçılar, din xadimləri və mütəxəssislər iştirak ediblər.
“Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli”, “Tolerantlıq və ifadə azadlığı”, “Universal dialoq axtarışında” mövzularında keçirilən bölmə iclaslarında Azərbaycan ilə yanaşı, müxtəlif ölkələrin din siyasəti ilə məşğul olan rəsmi şəxsləri, ilahiyyatçılar, dinşünaslar və mütəxəssislər məruzələrlə çıxış eiblər.
Forumun bağlanış mərasimində “Bakı platforması”nın qəbul olunacaq.