Mehmet Görmez: Azərbaycanda olan tolerant mühit dünya ölkələrinin əksəriyyətində mövcud deyil
“Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyil. Bu isə Azərbaycanın dini, milli və irqi ayrı-seçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir”. Bu barədə Türkiyənin dəyanət işləri naziri Mehmet Görmez “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib. M.Görməz bildirib ki, dünya ölkələrində mövcud olan qeyri-tolerantlıq yanaşmaların Azərbaycanda olmamasından məmnundur.