Türkiyədə ikinci kəşfiyyat peyki orbitə buraxılacaq
Bu gün Türkiyədə "Göktürk-2" ikinci kəşfiyyat peyki orbitə buraxılacaq. Peyk Türkiyə vaxtı ilə saat 18:13-də Çinin "Jiuquan" bazasından buraxılacaq. Peykdən müdafiə məqsədləri üçün istifadə olunacaq.
Ankarada peykdən ilk siqnal yerli vaxtla saat 21:25-də alınacaq. Peykdən ilk çəkilişlər dekabrın 25-30-da ötürüləcək.