İranda yeni “Mehr” saytı açılıb. Hakimiyyət ümid edir ki, bu “You Tube”nin yerli versiyası olacaq. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, İran hakimiyyəti 2009-cu il prezident seçkisindən sonra vaxtaşırı “YouTube”, “Facebook”, “Twitter” və digər məşhur saytlara qarşı senzura tətbiq edir. ABŞ İran hakimiyyətini ölkə sakinlərinin dünya ilə əlaqəsini qəsdən kəsməkdə ittiham edir.